USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planları müzakirə edilib


https://img.baki-baku.az/news/2024/04/photo_11997.jpg

Aprelin 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) icraçı direktoru Kayrat Sarıbay ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin mümkün prioritetləri və planlarını, təşkilat çərçivəsində mövcud işləri və perspektivləri müzakirə ediblər.

İcraçı direktor Kayrat Sarıbay Azərbaycanın AQEM çərçivəsində hər zaman fəal iştirak etdiyini məmnunluqla bildirib və sədr seçilməsi münasibətilə səmimi təbriklərini çatdırıb. Nəqliyyat bağlantıları, ətraf mühit kimi mövzuların AQEM üçün hazırda ən aktual məsələlərdən olduğunu deyən K.Sarıbay bu xüsusda Azərbaycanın konstruktiv mövqeyi ilə seçildiyini vurğulayıb.

Görüşdə tərəflər AQEM-in transformasiyası, qurumun fəaliyyətinin birgə maraq doğuran və aktual məsələlər üzrə istiqamətlənməsi, Azərbaycanın sədrliyi ilə keçiriləcək nazirlər görüşünə və qarşıdan gələn Zirvə görüşünə hazırlıq, COP29 çərçivəsində əməkdaşlıq imkanları, habelə regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət