USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib


https://img.baki-baku.az/news/2024/04/photo_11988.jpg

Azərbaycanın iqamətgahı Vatikan şəhərində olmaqla Müqəddəs Taxt-Tacdakı və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya Prezidenti Marselo Rebelo de Sousaya təqdim edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Marselo Rebelo de Sousaya çatdıran səfir, eyni zamanda, ölkəmizin Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verdiyini, tezliklə Lissabon şəhərində səfirliyimizin diplomatik ofisinin açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Marselo Rebelo de Sousa öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib və tezliklə dövlətimizin başçısı ilə görüşməkdən məmnun olacağını bildirib.

Etimadnamənin təqdimetmə mərasimi XVI əsrə aid qədim kral sarayı olan və Portuqaliya Prezidentinin rəsmi iqamətgahı kimi fəaliyyət göstərən tarixi Belem sarayında keçirilib.

 

Nihad Budaqov

 

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət