USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qərb Cənubi Qafqazda sülh prosesinə əngəl törədir


https://img.baki-baku.az/news/2024/04/photo_11878.jpg?v=MjAyNC0wNC0wNSAwOTo1MDo0Mw==

Ermənistan düz yolda deyil. Bütün gücünü postmüharibə dövrünün reallıqlarına uyğunlaşdırmağa yönəltmək əvəzinə, qeyri-regional ölkələrlə separat danışıqlara girir, ABŞ və Avropa İttifaqının arxasında gizlənərək, dumanlı məqsədlərinə çatmaq istəyir. 

Əlbəttə, İrəvanın planı məlumdur: Er­mənistan Qərbin köməyinə ümid edərək, Azərbaycanla davamlı sülhün imzalanmasını uzatmağa və güc toplayaraq yenidən xəya­li arzularını reallaşdırmağa can atır. Aprelin 5-də Antoni Blinken, Ursula Fon der Lyayen və Nikol Paşinyan arasında Brüsseldə ke­çirilən görüş İrəvanın məhz bu niyyətindən xəbər verir. Amma İrəvan unudur ki, qonşu­ya ümid olan şamsız qalar. Azərbaycan heç zaman regionda formalaşan yeni geosiyasi reallığın dəyişdirilməsinə imkan verməyəcək.

Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng et­məsi barədə məlumat vermişdik. Dövlət baş­çımızla telefon danışında ABŞ-ın planlaşdı­rılan görüşlə bağlı mövqeyini izah etməyə çalışmasını da diqqətə çatdırmışdır. Həmin telefon danışından bir gün sonra, yəni ap­relin 4-də Avropa Komissiyasının Preziden­ti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng etdi. Telefon danışığında ap­relin 5-də Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi müzakirə olunub. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu gö­rüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib. Əlbəttə, dün­yanın ikinci güc mərkəzi sayılan Avropa İttifaqı rəsmisinin dövlət başçımıza zəng etməsi və Birləşmiş Ştatların ardından “Köhnə qitə”­nin görüşlə bağlı mövqeyini izah etməyə çalışması Prezident İlham Əliyevin qlobal müstəvidə nüfuzunun və çəkisinin göstəricisi kimi qiymətləndirilmə­lidir. Bununla belə, Aİ də ABŞ kimi anla­malıdır ki, görüşün regional inklüzivliyinin olmaması özündə böyük təhlükələr daşıyır. Dövlət başçımız ABŞ Dövlət katibi ilə tele­fon danışığında bununla bağlı xəbərdarlığı­nı da edib.

Aprelin 5-də keçirilməsi nəzərdə tutulan görüş Türkiyə və Rusiyada da narahatlıq­la qarşılanır. Bakı Ermənistanla yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Ermənistan isə hələ də imitasiya ilə məş­ğuldur. İrəvanın ərköyünləşməsinə də Qərb rəvac verir. ABŞ, Avropa İttifaqı və xüsusilə də Fransa Ermənistanı öz şərtləri əsasında sülh sazişi bağlaya biləcəyinə ümid etməyə sövq edir. Təbii ki, bununla Qərb sülh sazi­şinin bağlanmasına mane olur. Tərəfsizliyini geosiyasi planlarına qurban verən ABŞ və Aİ regionu yenidən “barıt çəlləyi”nə döndərmək istəyir. Təbii ki, Qərbi, ümumiyyətlə, Ermə­nistan maraqlandırmır. Onların vəzifəsi Cənu­bi Qafqaza daxil olmaq və regionda Rusiyaya qarşı yeni platsdarma yaratmağa çalışmaqdır. İrəvan da Qərbin əlində belə alətə çevrilməyə razıdır. Amma Azərbaycanın heç bir halda Ermənistanın yenidən baş qaldırmasına və re­gionda yeni münaqişə ocağının yaranmasına yol verməyəcəyi birmənalıdır. 

Azərbaycan ədalətli sülh istəyir, regionu birləşdirən fəaliyyəti dəstəkləyir. Bunun əksi­ni düşünənlər isə əməllərinə görə yaranacaq arzuolunmaz vəziyyətə görə məsuliyyəti bö­lüşməli olacaqlar.

M.SƏBUHİ




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səbuhi MƏMMƏDOV