USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qərb Ermənistanı illüziyalarda batırır

İrəvan istənilən hərbi avantüraya görə layiqli cavabını alacaq


https://img.baki-baku.az/news/2024/04/photo_11817.jpg

Ermənistan rəhbərliyi ağıllanmır, özünü qeyri-adekvat aparır. Bir tərəfdən sülhdən dəm vurur, digər tərəfdən Azərbaycan ilə şərti sərhədə qoşun yığır. Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin sərhədə canlı qüvvə və zirehli texnika cəmləşdirməsi haqqında bəyanatı da təsdiqləyir ki, İrəvan yaxın tarixdən nəticə çıxarmaq istəmir, Qərbin xəyali dəstəyinə ümid edərək, regionda vəziyyəti gərginləşdirməyə can atır. Ancaq Ermənistan rəhbərliyi və onun havadarları anlamalıdırlar ki, Azərbaycan əvvəllər olduğu kimi, bu dəfə də istənilən hərbi təxribatın qarşısını qətiyyətlə alacaq!

İkinci Qarabağ müharibəsində dar­madağın olaraq zəifləmiş Ermənistan indi yeni macəralar axtarışındadır. Ki­çik, amma qorxaq addımlarla Rusiyanın çətirinin altından çıxmağa çalışan İrə­van Azərbaycanla şərti sərhəddə yeni təxribatlar hazırlayır. Yenə də ABŞ və Avropa İttifaqının arxasından boylana­raq, Azərbaycan əsgərinə diş qıcamaq istəyir. Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, son zamanlar Ermənistan–Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qü­vvələrinin canlı qüvvəsi, zirehli texni­kası, artilleriya qurğuları, habelə, digər ağır döyüş vasitələrinin cəmləşdirilmə­si və qoşunların intensiv hərəkəti mü­şahidə olunur. Xəbərdə vurğulanır ki, son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüv­vələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında və­ziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir. 

Bu, bir təsadüf ola bilərmi? Ermənis­tan rəhbərliyinin son vaxtlar Qərblə tə­maslarının məzmunu belə düşünməyə əsas verir ki, ermənilərin şərti sərhədə canlı qüvvə və hərbi texnika yığması təsadüf sayıla bilməz. İrəvanın belə cəsarətlənməsi okeanın o tayından və “Köhnə qitə”dən verilən dəstək bəya­natları ilə bağlıdır. Xatırladaq ki, aprelin 5-də Ermənistan baş naziri Nikol Paşin­yanın ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen ilə Brüsseldə görüşü planlaşdırılır. Rəsmi Bakı görüşün belə formatda keçirilməsini kəskin şəkildə tənqid edir. Görüşün hərbi komponent­ləri nəzərdə tutduğuna dair məlumat­ların əlavə narahatlıq doğurduğunu və regionda sülh quruculuğu səylərinə xələl gətirdiyini vurğulayan rəsmi Bakı xəbərdarlıq edir ki, Ermənistandakı re­vanşist əhval-ruhiyyə fonunda Vaşinq­ton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür formaları Hayastanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-ın onları dəstəkləyəcəyinə təhlükəli illüzi­ya yarada bilər. 

Müdafiə Nazirliyinin son məlumatı da göstərir ki, XİN-nin Qərbə ünvanla­dığı xəbərdarlıq əbəs deyil. Ermənilər yenə də illüziyaya qapılırlar. İrəvan 2020-ci il müharibəsindən sonra orta­ya çıxan reallıqları qəbul etmək istəmir. Normallaşma prosesi davam etdiyi bir vaxtda Ermənistan öz öhdəliklərini ye­rinə yetirmir və bununla da gərginlik yaratmaqla diqqəti yayındırmağa, bu­nunla da normallaşma prosesinə xələl gətirməyə çalışır. Ermənistanı destruk­tuv mövqedən çəkilməsinə də Qərbin səsləndirdiyi vədlər mane olur. İrəvanı dəstəkləyən Qərb ölkələri də gözəl an­layırlar ki, Cənubi Qafqaz regionunda sabitlik və əməkdaşlıq mühitinin yara­dılması, münaqişələrin və təhdidlərin aradan qaldırılması üçün Azərbaycan və Ermənistan arasında sülh müqavilə­sinin imzalanması vacibdir. Bu məsələ müxtəlif görüşlərdə müzakirə olunur. Ancaq Qərb Ermənistanın bu gün re­gional proseslərə təsir etmək və regi­ondakı geostrateji reallıqları dəyişmək imkanının olmadığını anlasa da, İrəvanı öz maraq orbitinə daxil etməyə çalış­maqla və müxtəlif yardımlar edəcəyini vəd etməklə regional barışıq prosesini təhlükə altına atır. 

Qərbin motivi məlumdur. Rusiya və Çin ilə qlobal qarşıdurma vəziyyətində olan Qərb dünyanın müxtəlif strateji re­gionlarında maraqlarını təmin etməyə çalışır. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunun yeni geosiyasi transformasiyası fonunda Qərbin yeni “Böyük oyun”a başlaması da təsadüfi deyil. “Böyük şahmat löv­həsi”ndə qurban verilən piyadaya çev­rilmiş Ermənistan region dövlətlərilə, xüsusilə də Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaq əvə­zinə, minlərlə kilometr uzaqda yerləşən ölkələrə bel bağlamağa can atır. Xüsu­silə də ABŞ və Fransadan Ermənistana dəstək İrəvanı revanşizmə sövq edən mühüm addımlardan biridir. Ermənis­tan rəsmiləri Fransadan, Hindistandan, hətta başqa dövlətlərdən də müasir silahlar, hərbi texnika aldıqlarını açıq şəkildə bildirirlər. Əlbəttə, bu bəyanat­lar bir daha təsdiqləyir ki, Ermənistan sülhə yox, müharibəyə hazırlaşır və bu məsələdə ermənipərəst beynəlxalq qü­vvələrin imkanlarından istifadə edir. 

Bu gün Fransa və Hindistan Ermə­nistanın silahlanmasında fəal rol oyna­yırlar. Ermənistanın ABŞ-dan mənəvi və siyasi dəstəyi də təəssüf doğurur. Bütün bu faktlar onu göstərir ki, onlar region­da yeni müharibənin başlanmasında maraqlıdırlar və Ermənistanı buna sövq edirlər. 5 aprel görüşü də bu məqsədə xidmətə edir və Qərbin riyakar siyasə­tini bir daha təsdiqləyir. 30 illik işğal dövründə Azərbaycan üçün bir dəfə də olsun konfrans keçirməyən ABŞ və Av­ropa İttifaqı indi işğalçı və uzun illər bey­nəlxalq hüquq normalarını tapdalayan Ermənistana dayaq durmağa çalışırlar. Azərbaycanın Qərbin enerji təhlükə­sizliyində oynadığı strateji rola baxma­yaraq, Aİ indi İrəvanı yeni müharibəyə hazırlayır və Ermənistan üçün mini-NA­TO mexanizmi yaradır, ölkəmizə qarşı silahlandırır. Əlbəttə, Azərbaycan bütün bunları görür və zəruri addımlarnı atır. Ancaq Ermənistan və onun havadarları unutmamalıdır ki, baş verənlərə görə, məsuliyyət Ermənistanın və havadar­larının üzərinə düşür. Bir daha bəyan edirik ki, Azərbaycan milli maraqlarına zidd olan istənilən təhlükənin qarşısını qətiyyətlə alacaq.

Səbuhi MƏMMƏDOV




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Səbuhi MƏMMƏDOV