USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tonoyanın “hay yalanı”


https://img.baki-baku.az/news/2024/04/photo_11794.jpg

Yalanın dərəcəsindən söz düşəndə, adətən, “ağ yalan” ifadəsini işlədirlər. Hamının bildiyi və qəbul etdiyi həqiqəti məqsədyönlü şəkildə, qəsdən təhrif etməyə, onu ictimai rəyə tərs kontekstdə sırımağa çalışana inanmayanlar ona “gözünün içinə kimi qırmızı” yalan danışdığını deyirlər. Amma Ermənistan mediasından izlədiklərimizdən bu nəticə hasil olur ki, “ağ” və “qırmızı” yalanlar anatomik nöqteyi–nəzərdən “hay yalanı”nın yanında toya getməlidirlər. 

“Azərbaycan lap əvvəldən “Dağ­lıq Qarabağı” ermənisizləşdirmək məqsədini güdürdü. Əsas məqsəd isə insanların əcdadlarının min illər əvvəl (?) burada məskunlaşmasına bax­mayaraq, onların bölgəni tərk etmək məcburiyyətində qalmasına nail olmaq idi”. Bu sözləri İrəvanda aparılan pa­nel müzakirələr zamanı Ermənistanın keçmiş ombudsmanı Arman Tonoyan deyib. Əgər insan haqları üzrə keçmiş müvəkkil hayların Qarabağa XIX əsrin ortalarından, sonra XX əsrin əvvəllə­rindən etibarən, daha sonra isə əllinci illərində köçürülən repatriant olduqları barədə məlumatı yoxdursa, onda bizim deyil, özlərinin tarixçi-alimlərinin həmin dövrlərə aid elmi araşdırmalarına göz yetirməsini məsləhət görərdik. 

***

Bakının özünün “blokada siyasə­ti”nə 2022-ci ilin dekabrında, saxta (?) ekofəalların Qarabağın yeganə həyat yolunu bağladıqları vaxt başladığını ərz edən Tonoyana, deyəsən, Kəlbə­cərdəki mis–molibden yataqlarımızdan sərvətimizi ərtaf mühitə zərər vurmaqla taladıqlarını xatırlatmağımıza ehtiyac var. Həmin talançılığa, təbiətə divan tutmalarına etirazını bildirən sahənin mütəxəssislərini və təşəbbüskarları “Azərbaycan hakimiyyətinin agentlə­ri” adlandıran Tonoyanın rəngarəng yalanları bununla da bitmir: “Onlar (ekofəallar–red.) ya Heydər Əliyev Fondu, ya da İlham Əliyevin aparatı tərəfindən maliyyələşdirilib və əsasən Türkiyə təmsilçiləri kimi hazırkı hərb­çilər idilər. Bunu ekofəalların bəziləri­nin Türkiyənin bayrağını qaldırmaları sübut edir”. 

Hayların təbiətimizə tutduqları amansız divana etiraz edənlərə ma­liyə dəstəyinin hansı mənbədən edil­məsinin eks-ombudsmanı nədən bu qədər əndişələndirdiyi heyrət doğurur. Bununla erməni vəhşiliyinə hansı tərəf­dən haqq qazandırmağa çalışmasının izahını verməyən Tonoyan bu dəfə ya­lanın “qırmızı zirvəsinə” qalxır: “2020-ci il müharibəsindən sonra ermənilər dörd böyük yaşayış məntəqəsində qalmışdı. 2023-cü ilin sentyabrında edilən təcavüzün (?) məqsədi onları bir-birindən təcrid etmək, su təchizatını kəsmək olub. Stepanakertdə (Xankən­didə– red.) insanlar dağlardan axan suyu içməyə məcbur edilib”.

Daha bu qədər də həyasızlıq ol­maz! Rəsmi İrəvanın 2010-cu il no­yabrın 10-da imzaladığı bəyanatda silahlı qüvvələrinin tör-töküntüsünün Qarabağ iqtisadi rayonumuzdan çıxa­rılması ilə bağlı öhdəliyini üç il ərzində yerinə yetirmədiyindən Azərbaycan 2023-cü il sentyabrın 19-20-də lokal antiterror tədbirinə əl atmağa məcbur oldu. O vaxta qədər separatçı xunta rejiminin əlində girov kimi saxladığı er­məni sakinlərin çay-çörəyi, o cümlədən suyu yetərincə olub. Çatışmayanı isə ya Beynəlxlaq Qırmızı Xaç Komitəsinin “volontyorları”, ya da rus sülhməramlı­ları təmin ediblər. 

***

Bu isə tərtəmiz “hay yalanı”dır: “Hərbi təcavüz (?) insanlar işdə, yemək axtarışında, uşaqlar məktəbdə olanda, ayrı düşmüş ailələrin bir-birini tapmağa çalışdığı, ətraf aləmdən təcrid olundu­ğu vaxt başlayıb”. 

Azərbaycan hərbçiləri rayonların əhalisini bir kənddən digərinə qovdu­ğu zaman Tonoyan xəritələrdə, guya, Azərbaycan qüvvələrinin hərəkətlərini “əyani şəkildə” təqdim edib. “Azər­baycanlılar Stepanakertdən (Xankən­didən– red.) bütün çıxışları, “Artsax” paytaxtına aparan yolları da bağla­dılar. Bundan xəbərsiz sakinlər evlə­rinə qayıtmağa cəhd edəndə qəfildən Azərbaycan hərbçiləri ilə üzləşiblər və ən zəruri əşyalarını belə götürmək imkanından məhrum olublar. Azərbay­canlıların bilərəkdən dinc əhaliyə atəş açması ilə bağlı faktlar (?) da var”, - deyən Tonoyan bu zaman, guya, üç mülki şəxsin olduğu avtomobilin atəşə tutulmasını “misal” çəkib.

İndi qəribə səslənsə də, qədim dövrlərdə çox düz eləyib yalan danı­şanın dilini kəsirdilər. Kənardan verilən əmr əsasında tam dinc şəraitdə və könüllü şəkildə Qarabağı tərk edən er­mənilərə bizim hərbçilərimiz nəinki zor tətbiq edib, tam əksinə, postlarda ge­dənləri geri qaytarmaq üçün dilə tutma­ları, onlara su və yemək təklif etmələri sənədləşdirilmiş faktlardır. Belə kadrlar telekanallarda, sosial şəbəkədə kifayət qədərdir. Əgər Arman Tonoyanın, doğ­rudan da, bunlardan xəbəri yoxdursa, ünvanını sosial şəbəkədə yazsın, ona video–materialları göndərək... 

İ.HƏSƏNQALA




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

İmran BƏDİRXANLI