USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ombudsman: Əsas vəzifələrimizdən biri insan hüquqları sahəsində maarifləndirmə işinin aparılmasıdır


https://img.baki-baku.az/news/2024/03/photo_11612.jpg

Əsas vəzifələrimizdən biri insan hüquqları sahəsində maarifləndirmə işinin aparılmasıdır.

Bu sözləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva Ombudsman Aparatının təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin Bakı şəhəri üzrə internat tipli ümumi təhsil müəssisələrinin rəhbər heyəti və əməkdaşları üçün bu gün start verilən “Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda təlimdə səsləndirib.

Ombudsman diqqətə çatdırıb ki, insan hüquqlarının müdafiəsi məqsədilə maarifləndirmə, bilik və bacarıqların təkmilləşdirilməsi, müvafiq proqram və layihələrdən irəli gələn vəzifələrin həyata keçirilməsində müvafiq işlər görülür.

“Son iki ərzində Ombudsman Aparatının fəaliyyətini tənzimləyən Konstitusiya qanununa bir sıra dəyişikliklər edilib. Bunlar uşaq hüquqlarının müdafiəsi, Milli Preventiv Qrupun yaradılması və digər məsələlərdir. Bu qəbildən təlimlər ilk dəfədir keçirilir. Biz çalışırıq ki, işimizi günün tələbləri səviyyəsində quraq və müxtəlif peşə fəaliyyəti ilə məşğul olan insanlarla birgə işləyək”, - deyə müvəkkil diqqətə çatdırıb.

Qeyd edək ki, 2023-cü ildən qüvvəyə minən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklərə əsasən, yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik şəxslər Milli Preventiv Qrupun üzvü ola bilərlər.

Milli Preventiv Qrupun üzvləri Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən 3 illik müddətə təyin edilir. Qrupun tərkibinə ixtisasca hüquqşünas, həkim, psixoloq və digər peşələrdən şəxslər daxildir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət