USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Moskva İslam İnstitutunun rektoru: Avropada Quranı yandıranların cəzalandırılmaması ikili standartların ən bariz göstəricisidir


https://img.baki-baku.az/news/2024/03/photo_11584.jpg

Beynəlxalq təşkilatlar və qurumlar islamofobiyanı pisləyən qərarlar qəbul etsə də, təəssüf ki, bu halın qarşısını almaq mümkün olmur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muxetdinov Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans çərçivəsində keçirilən “Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları” mövzusunda aralıq sessiyada deyib.

D.Muxetdinov qeyd edib ki, BMT-nin İnsan Hüquqları Şurası “Qurani-Kərim”in qəsdən təhqir olunmasını pisləyən qətnamə qəbul edib. Ancaq Avropada müqəddəs “Qurani-Kərim”i yandıran şəxslər cəzalandırılmır. “Sözsüz ki, bu nümunələr ikili standartların ən bariz göstəricisidir. Çünki Qərb ölkələrinin liberal demokratiya prinsipləri üzərində qurulmuş qanunvericiliyi sözügedən aksiyalara mane olmağa imkan vermir”, - deyə D.Muxetdinov bildirib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət