USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İranın müdafiə naziri: Bölgəyə kənar dövlətlərin hərbi birləşmələrini cəlb etmək əks təsir göstərə bilər


https://img.baki-baku.az/news/2024/03/photo_11570.jpg

İran yaxın qonşuları olan Azərbaycan ilə Ermənistan arasında birbaşa danışıqların aparılmasına və regionda sülhün davamlı xarakter daşımasına tərəfdardır. Rəsmi Tehran Qafqaz bölgəsində sabitliyin hökm sürməsi üçün lazım olan addımları atmağa hazırdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Tehranda erməni həmkarı Suren Papikyanla görüşdə səsləndirib.

İRNA agentliyinin verdiyi məlumata əsasən, görüşdə əməkdaşlıq məsələləri müzakirə olunub.

İranın müdafiə naziri diqqətə çatdırıb ki, bölgəyə kənar dövlətlərin hərbi birləşmələrini cəlb etmək əks təsir göstərə bilər. Təhlükəsizlik məsələlərini tərəflər özləri müzakirə edib yekun qərara gələ bilərlər.

M. R. Aştianinin fikrincə, regionu kənar dövlətlərin geosiyasi rəqabət meydanına çevirmək bölgənin bütün dövlətlərinin maraqlarına ziddir.

Nazir bildirib ki, Azərbaycan ilə Ermənistanın birbaşa ünsiyyəti regiona müdaxilə edib siyasi üstünlük əldə etmək istəyən qüvvələrin qarşısını alar.

“Biz hər iki qonşumuz arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasını istəyirik”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, Ermənistanın Fransa və digər dövlətlərdən silah-sursat alması, bəzi dövlətləri regiona dəvət etməsi qonşu dövlətlər tərəfindən birmənalı qarşılanmır.

İranın bəzi mətbu orqanları yazır ki, müdafiə nazirinin görüşdə səsləndirdiyi fikirlər Ermənistana edilən xəbərdarlıqdır.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət