USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan ilə Konqo arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib


https://img.baki-baku.az/news/2024/03/photo_11554.jpg

Martın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Konqo Prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Fransua Joli ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan ilə Konqo arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi müzakirə edilib.

Görüşdə Afrika ölkələri ilə əməkdaşlığın inkişafının ölkəmizin əsas xarici siyasət prioritetlərindən biri olduğu vurğulanıb. Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticarət və energetika, eləcə də təhsil və humanitar sahələrdə münasibətlərin genişləndirilməsi üçün geniş imkanların mövcud olduğu bildirilib.

Qoşulmama Hərəkatı, BMT və digər beynəlxalq təsisatlar və platformalar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyindən məmnunluq ifadə olunub. Qoşulmama Hərəkatına (QH) üzv dövlətləri üçün təqaüd proqramı çərçivəsində konqolu tələbələrin ölkəmizdə təhsil almaları, Hərəkatın Gənclər Təşkilatında nümayəndələrin iştirakı üçün imkanlar nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP-29) əlavə əməkdaşlıq imkanları yaratdığını diqqətə çatdırıb.

Daha sonra qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələlər barədə fikir mübadiləsi aparılıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət