USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanla Lüksemburq arasında əməkdaşlıq əlaqələri müzakirə edilib


https://img.baki-baku.az/news/2024/03/photo_11483.jpg

Martın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun Baş nazirinin müavini, xarici işlər və xarici ticarət naziri, əməkdaşlıq və humanitar məsələlər naziri Xavier Bettel ilə görüş keçirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə son zamanlar Azərbaycan-Lüksemburq təmaslarında müşahidə olunan canlanma məmnunluqla qeyd edilərək, ölkələrimiz arasında siyasi dialoqun vacibliyi vurğulanıb.

Azərbaycanla Lüksemburq arasında əməkdaşlıq əlaqələrinin inkişafı üçün qarşılıqlı səylərin fəallaşdırılmasının, siyasi dialoqun, qarşılıqlı səfərlərin zəruriliyi qeyd olunub.

Görüş zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzü və 30 ilə yaxın davam edən işğalı, Azərbaycan və Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət