USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Eqoyanın “SSRİ nağılı”

Yaxud Rusiyanı qorxaqcasına aşağılama


https://img.baki-baku.az/news/2024/03/photo_11471.jpg?v=MjAyNC0wMy0wMiAxMTo0Mzo0Mw==

Ermənistan hakimiyyəti nümayəndələri özlərinin anti-Rusiya təbliğatlarına, demək olar ki, hər gün yeni rəng çalarları qatmaqla məşğuldurlar. Bu təb­liğatın Moskvanın hakim rol oynadığı və İrəvanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gözdən salınması seqmentindən xə­bərdarıq. Həmçinin, Kremlin Qarabağı Azərbaycana verməsi kimi iddiaların mövcudluğu da məlumdur. İndi siyahıya yeni bir təzahür əlavə olunub. Söhbət nədən gedir, bu barədə söz açacağıq. Amma əvvəlcə digər bir məqamı vur­ğulayaq. 

Ermənistan iqtidarının anti-Rusiya xətti Qərbin sifarişidir. Baş nazir Nikol Paşinyan administrasiyası sifarişi ye­rinə yetirmək üçün əlindən gələn hər şeyi edir. Elə Nikolun özü bir müddət əvvəl Parisə səfəri zamanı “France 24” telekanalının efirində mövcud anlamda daha bir sərsəmliyə yol verdi. Guya ki, Rusiya rəsmiləri 2023-cü ilin sentyab­rında Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror təd­birlərindən sonra Ermənistanda haki­miyyətin devrilməsi ilə bağlı çağırışlar səsləndiriblər. 

Əlbəttə, Paşinyan həmişəki kimi, heç bir fakt təqdim etmədi, ad çəkmə­di. Amma məlum idi ki, onun belə fikir bildirməsi Qərbin gözündə Ermənista­nın vacibliyinin göstərilməsinə yönəlmiş hərəkətdir. Təbii ki, bu hərəkət, eyni zamanda, Qərb dünyasında Moskvanı növbəti dəfə aşağılamağa, onun barə­sində mənfi rəy formalaşdırmağa he­sablanmış gediş təsiri də bağışladı.

Ümumən, təkcə Nikol yox, onun ko­mandasının hər bir üzvü həm Rusiya­nın nüfuzunu heçə endirmək, həm də ölkəni daha qorxunc göstərmək məqsə­di daşıyan bəyanatlar verirlər. Bu yerdə hürən itin qorxusundan quyruğunu bu­laması mənzərəsi yada düşür. Ermənis­tan hazırda Rusiya ilə bağlı, təxminən, həmin itin günündədir. Həm Kremldən çəkinmədiyini göstərmək istəyir, həm də qorxusunu gizlədə bilmir. 

İndi isə keçək bilavasitə mətləbə. Görünür, qorxaqlardan və buna görə Rusiyanı qorxunc kimi göstərmək istəyənlərdən biri də Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının üzvü, Ermənistan parlamentinin de­putatı, qurumun Avropaya inteqrasiya komissiyasının sədri Arman Eqoyandır. Ancaq, hesab edirik ki, Eqoyan İrəvanın anti-Rusiya təbliğatındakı dozanı digər həmfikir dostlarından daha artıq etməsi ilə fərqlənib. Əlbəttə, bu fərqlənmədə Avropaya mesajı da tündləşdirmək mo­tivi var. 

Beləliklə, A.Eqoyan deyib ki, Rusi­ya, guya, keçmiş SSRİ-ni bərpa etmək niyyətindədir. Yəqin, hər kəsə maraqlı­dır ki, erməni parlamentari nədən belə səs-küylü nəticəyə gəlib. Səbəb çox sadədir. O, Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlso­na müsahibəsini cümləbəcümlə oxuyub və özünün yarımçıq dünyagörüşünü işə salıb. 

Məsələnin mahiyyəti belədir – Putin jurnalist Karlsonun suallarını cavablan­dırarkən, SSRİ-nin dağılma səbəblərin­dən danışıb. Eqoyanın sözlərinə görə, Rusiya lideri, guya, bildirib ki, Sovetlər Birliyi Qərblə münasibətləri yaxşılaşdır­maq üçün özünüməhv yolu tutdu, lakin bu yaxşılaşma baş vermədi. 

Sual olunur: Bu fikirdə SSRİ-ni bər­pa etmək niyyəti varmı? Əlbəttə, yox! Ancaq, necə deyərlər, sən saydığını say, görək, sərsəm erməni nə sayır. Eqoyanın məntiqincə, Putinin sözləri o deməkdir ki, Sovet İttifaqının Qərblə yaxınlaşmaq üçün özünü məhv etməsi­nin mənası olmadığından, sabiq birliyin bərpasına çalışmaq lazımdır. Əlbəttə, Paşinyanın partiyasından olan deputa­tın kontekstdən çıxardığı fikrə fokusla­naraq, danışması təəccüb doğurmur. Heç şübhəsiz, onun yanaşması, belə demək mümkünsə, klassik erməni hə­yasızlığının bariz nümunəsidir. Yaxşı olar ki, Rusiyanın hakim dairələri, elə­cə də ayrı-ayrı siyasi çevrələri illərlə doyuzdurduqları bir dövlətdə, əslində, hansı zay məhsulları ərsəyə gətirdik­lərinin fərqinə varsınlar. Təkcə fərqinə varmasınlar, nəticə çıxarsınlar. Həm də ona görə nəticə çıxarsınlar ki, Eqoyan yalnız dedikləri ilə kifayətlənmir. 

Bəli, Ermənistan parlamentinin ko­missiya sədri, həmçinin, bildirir ki, Ru­siya Ukraynadan sonra Cənubi Qafqaz müstəvisinə keçəcək və Ermənistanı işğal edəcək. Əlbəttə, gözlənilən idi ki, Eqoyan danışdığı “nağıl”a Azərbaycanı da əlavə edəcək və Moskvanın məhz ölkəmizin əli ilə Ermənistan dövlətinin varlığına son qoyacağından söz aça­caq. Amma buna getmir. Görünür, yük­sək səslə təqdim etdiyi cəfəngiyyatın miqyasına Azərbaycan adının mənfi təsir göstərəcəyindən çəkinir. Bir də on­suz da Paşinyanın komandasının digər üzvləri haqqında söz açdığımız təbliğatı aparır, Rusiya–Azərbaycan tandeminin İrəvana qəsb reallaşdıracağına dair çərənləmələrə baş vururlar. Üstəlik, mövcud xüsusda Türkiyənin də adını çəkirlər... 

Eqoyanın “SSRİ-nin zühuru” nağılı üçün demon obrazı kimi yalnız Rusiya­nı seçməsi, ölkəmizin adını çəkməməsi ona görə lazımdır ki, Azərbaycan da Sovetlər Birliyinin tərkibində yer alıb, yəni rus işğalı dövrünü yaşayıb. Çox güman, erməni deputatın axmaq mən­tiqinə görə, Sovet İttifaqı yenidən for­malaşsa, onun tərkibində Azərbaycan olacaq. ...Amma Ermənistan bunu istə­mir. Hər halda, Eqoyan fikirləri ilə, öz aləmində, müqavimət hissi yaradır. 

Nə isə, komissiya sədrinin danışdığı nağılın başqa hissələri də var. Məsələn, o ağıllı-ağıllı deyir ki, Ermənistanın Rusi­ya ilə münasibətlərində hazırkı mövqe­yindən və əməkdaşlıq səviyyəsindən çox az şey asılıdır. Eqoyanın sözlərinə görə, Putin ittifaqın bərpası ilə bağlı planlarını reallaşdırmağa indi yox, hələ 2000-ci ilin əvvəllərindən başlayıb. 2011-2012-ci illərdə Rusiya liderinin niyyəti strateji plan şəklini alıb. Guya, bu pla­na əsasən 2015-2016-cı illərdə Cənubi Qafqazın bir hissəsinin ələ keçirilməsi nəzərdə tutulubmuş. Eqoyan, hətta, bu məqsədlə bağlı “Lavrov planı” formatının olduğundan da söz açıb (?). Sən demə, Rusiyanın istər Xarici işlər nazirinin, istər nazirliyin nümayəndələrinin, istərsə də digər dövlət rəsmilərinin hazırkı bə­yanatları SSRİ-nin bərpası məramının mövcudluğunu təsdiqləyirmiş...

Əlbəttə, Eqoyanın konsprioloji mən­tiqindən baş açmaq çətin olsa da, əslin­də, onun nə demək istədiyi məlumdur. Bu baxımdan bəzi məqamları vurğula­dıq və həm Qərbpərəst Ermənistanın Rusiyaya qarşı çıxmaqla yanaşı, eyni zamanda, ondan qorxduğunu, həm də özünü dünyanın anti-Rusiya dirənişinin vacib halqası kimi göstərmək cəhdlərini diqqətə çatdırdıq. Ancaq vurğulanmalı bir cəhət qaldı. Belə ki, 2015-2016-cı illərdə Kremlin Cənubi Qafqaza qəsb reallaşdırmaq planının hazırlandığını deyən Eqoyan, dilə gətirməsə də, xaric­dəki erməni havadarlarına mesaj verir. Mesaj, kifayət qədər, aydındır – 2018-ci ilin Ermənistan inqilabı rus intervensi­yasının qarşısını aldı. Deməli, daha bir subliminal mesaj inqilabın nəticələrinin qorunması ilə bağlıdır. Bu, daha çox ça­ğırış, hətta, yalvarışdır. 

Sonda bir daha hürən itin qorxudan quyruq bulaması üzərində dayanaq. Əgər Eqoyanın indiyədək söylədiklə­ri, obrazlı ifadə etsək, quyruq bulamaq idisə, onun ən sonda dediyi qorxudan hürməkdir. Belə ki, Rusiyanın SSRİ-nin bərpası məqsədinin olduğuna qəti əmin­liyini bildirən erməni deputat onu da vurğulayır ki, vaxtilə Sovetlər Birliyində yer alan 15 respublikanın hamısını eyni sərhədlər daxilində birləşdirmək çətin olacaq. Heç şübhəsiz, o, Ermənistanın buna getməyəcəyinə eyham vurur. 

Ən sonda isə onu da diqqətə çat­dıraq ki, hazırda qatı qərbpərəst haki­miyyətin mövcudluğuna baxmayaraq, Ermənistanda Rusiyaya nəinki simpa­tiya, habelə, köhnə imperiya boyun­duruğuna razı olan qüvvələrin sayı yetərincədir. Eqoyanın tərkibində yer aldığı Paşinyan administrasiyasının sə­riştəsiz siyasəti nəticəsində belələrinin sayı durmadan artır. Ən pisi isə odur ki, Nikol iqtidarının hazırda reallaşdırdığı kurs heç bir ənənələri olmayan, qonşu ölkələrin əraziləri hesabına yaradılmış Ermənistan dövlətini, sözün əsl məna­sında, iflasa aparır. Labüd görünən iflas reallaşdıqdan sonra hazırda pis-yax­şı mövcudluğunu saxlayan ölkə hansı dövlətin, yaxud dövlətlərin ərazisi ola­caq, bunu zaman göstərəcək. Eqoyan isə indidən o dövləti SSRİ adlandıra bilər. Hər halda, yuxu onundur, nə deyə bilərik.

Əvəz RÜSTƏMOV




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Əvəz RÜSTƏMOV