USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Simonyanın “boyunduruq” məntiqi

Ermənistan parlamentinin spikeri yeni müharibə anonsu verirmi?


https://img.baki-baku.az/news/2024/02/photo_11408.jpg

Ermənistan parlamentinin spikeri Alen Simonyan yenə Rusiyanı ittiham yolunu tutub. Amma bu dəfə ad çəkmədən. Nəinki bu şəxsin, eləcə də erməni iqtidarında təmsil olunan hər kəsin anti-Rusiya ritorikasını anti-Azərbaycan məntiqi ilə vəhdətdə tutduğu isə danılmaz həqiqətdir. 

Beləliklə, A.Simonyan deyir ki, Er­mənistanı Azərbaycanla genişmiq­yaslı müharibəyə sürükləmək, sonda sülhpərvər sifət ifadəsi ilə bunun qarşı­sını almaq və hər iki ölkənin boynuna kəndir keçirərək, regionda növbəti dəfə sülh yaratmaq planları olub. 

Maraqlıdır, A.Simonyan hansı məqamı nəzərdə tutub? Çox güman, fevralın 13-dəki insidentdən danışıb. Yəni, başqa nə isə düşünməyə əsas yoxdur. Fevralın 13-də isə ilk atəş Er­mənistan tərəfdən açılmışdı. İndi necə başa düşək, bunu Rusiyamı təşkil et­mişdi? Hər halda, erməni spikerin fikir­ləri absurd görünür. Necə də görünmə­sin? Erməni mövqelərindən atəş açılır, buna qarşılıq Azərbaycan cavab verir və Ermənistanın dörd hərbçisi məhv edilir. Simonyanın məntiqi ilə təxribat üçüncü tərəfin işidirsə, hər halda bunu təsdiqləyəcək dəlil-sübut olmalıdır. An­caq bu yoxdur. Olsaydı, yüz faiz ortaya çıxaracaqdı. O zaman kimdir müqəssir? 

Haşiyə çıxaq ki, son günlər Ermənis­tan rəsmilərinin Rusiyanı hədəfə alma­ları, kifayət qədər, həyasız motivlərə və diplomatiyadan uzaq məqamlara köklə­nib. Baş nazir Nikol Paşinyan “France 24”ün efirindən bildirmişdi ki, ötən ilin sentyabrında Azərbaycan Qarabağa sahiblənəndə Rusiya rəsmiləri Ermə­nistanda hakimiyyəti devirmək yönüm­lü çağırışlar səsləndiriblər. Görəsən, kim idi bu Rusiya rəsmisi? Paşinyan da açıqlamayıb, məsuliyyətsizcəsinə danı­şıb.

İndi də Simonyan eyni yolu tutur. Bəlkə, aranı qarışdıran Azərbaycan–Er­mənistan şərti sərhədinin Ermənistan tərəfində dayanmış Avropa Şurasının mülki müşahidə missiyasının təmsilçilə­ridir? Hərçənd, spikerin onları nəzərdə tutduğunu söyləmək yerinə düşmür. Axı avropalılar mütərəqqidirlər, ruslar kimi insanlıq, sülh düşməni deyillər (?). Bəs onda kim?

Əslində, A.Simonyanın digər fikirlə­ri mövzudan, daha doğrusu, subliminal səslənmiş anti-Rusiya ritorikasından uzaqlaşmaqdır. İlk baxışdan, onun söy­lədiklərində məntiq yoxdur. Sanki iz az­dırır. Ancaq gizlətmək istədiyini ortaya qoyması ilə fərqlənir. Məsələn, erməni parlament sədri ölkəsinin təhlükəsizli­yinin təminatı prioritetindən söz açır və deyir: “Bizim əmrimizlə ordu Ermənis­tanın sərhədlərini qoruyur. Biz öz səy­lərimizlə sərhədlərimizi qorumaq üçün müxtəlif ölkələrdən silah gətiririk”.

Bəli, əsas məsələ də elə budur. Er­mənistan silah gətirirsə, deməli, onun istifadəsini düşünür. Düşünməyə bil­məz. Əlbəttə, xaricdən hər silah-sursat alan ölkə onu öz qonşusuna qarşı istifa­dəni nəzərdən keçirmir ki, bu da təbiidir. Tutalım, Gürcüstan xaricdən silah alır­sa, biz nəyə görə düşünək ki, məqsəd həmin silahdan Azərbaycana qarşı ya­rarlanmaqdır. Eləcə də Azərbaycan eyni addımı atanda Gürcüstan heç bir əndişə keçirmir. Ermənistan isə xoflanır. Çünki xislətində xainlik var. Elə Simonyan da İrəvanın müxtəlif ölkələrdən silah gə­tirdiyini deyəndə, tonunu eyni xainliklə çatdırır. 

Digər tərəfdən, Simonyan belə fikir bildirməklə, müəyyən mənada, köhnə mövzunu təzələyir. Əlbəttə, ən yaxın keçmişin anti-Rusiya ritorikasını. O, ötən il bildirmişdi ki, Moskva 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın im­zalanmasına nail olmaqla, Qarabağı Azərbaycana verdi. O da məlumdur ki, erməni spikerin bu fikri Rusiyada birmə­nalı qarşılanmadı. Hətta, ölkənin Prezi­denti Vladimir Putin başqa olmaqla, bir sıra yüksək rütbəli rəsmilər məsələ ilə bağlı mövqe səsləndirdilər. Putin baş nazir Nikol Paşinyanın 2022-ci ilin okt­yabrında və 2023-cü ilin mayında keçi­rilmiş Praqa və Brüssel sammitləri za­manı Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını və bununla hər şeyin bitdiyini dilə gətirdi. Eyni məqamı Rusiyanın xa­rici işlər naziri Sergey Lavrov da vurğu­ladı.

Simonyanın isə hazırda söylədik­lərindən belə nəticə hasil olur ki, Rusi­yanın 2020-ci ildə Ermənistanı Azər­baycanın əlindən alması hər iki dövləti nəzarətdə saxlamaq istəyi idi. O zaman belə düşünə bilərik ki, İrəvan özünün qeyri-ordinar hərəkətləri ilə belə bir nə­zarətə qarşı çıxdı və nə etdi? Qarabağ­da separatçı quruluşu qoruyub saxladı, bölgədəki erməni ordusuna məxsus hərbi birləşmələri çıxarmadı. Deməli, beynəlxalq hüquq normalarına etinasız yanaşdı. 

O zaman daha bir sual yaranır: Qarabağda separatizmin saxlanılması yekunda kimin xeyrinə idi? Əlbəttə, Er­mənistanın. Və məntiqlə İrəvan gərək üçtərəfli bəyanatın şərtlərini yerinə ye­tirə idi ki, boyunduruğa düşməsin. An­caq buna getmədi, destruktiv mövqe tutdu. Azərbaycanla konflikti davam etdirdi. Bir halda ki, Azərbaycanla mü­naqişədə “boyunduruq” məntiqi var, ol­mazdımı ki, Ermənistan bundan uzaq dayanardı? Görünür, olmazmış! 

Məsələyə başqa bucaqdan yana­şaq. Fərz edək ki, Moskva Qarabağı Er­mənistanın nəzarətində saxlamaq istə­yib, amma İrəvan bununla razılaşmayıb, ona görə ki, başına kəndir keçirilməsini istəməyib? Bu, əsla mümkün deyil. Həm də məsələ hansı boyunduruqdadır? Bəli, Ermənistan Qərbin boyunduruğu­nu başına salıb. Mövcud xüsusda ölkə özünü demokrat, insan hüquq və azad­lıqlarını qoruyan ölkə kimi reklam edir. Bu ritorika ilə Azərbaycanı gözdən sal­mağa girişir. Halbuki, ölkəmizlə səmimi keçinmək üçün şansı olub. Hətta, bu gün də var. Sadəcə, erməni iqtidarında səmimiyyət çatışmır. 

Bu yerdə A.Simonyanın başqa fi­kirlərinə də nəzər salaq. O, Azərbay­canla müharibə ehtimalını proqnozlaş­dırmaq istəmədiyini, təmsil olunduğu komandanın belə bir təhlükənin qar­şısını almaq üçün mümkün olan hər şeyi etdiyini vurğulayır. Əlbəttə, ermə­ni parlamentari söz oyununa baş vu­rur. Çalışdığı budur ki, ölkəsi müdafiə tərəfi kimi görünsün. Heç şübhəsiz, belə yanaşma Azərbaycanı təcavüzkar qismində qələmə verməyin dəfələrlə sınaqdan çıxarılmış üsulu, erməniləri məzlum göstərməyin dəfələrlə sınaq­dan çıxarılmış yarıtmaz metodudur. Çünki Simonyan vurğuladığımız kimi, hər şeyi açıqdan-açığa deyir. Yəni, dünyanın müxtəlif ölkələrindən silah aldıqlarını vurğulayır və bu deyimdə heç bir məzlumluq yoxdur. Əksinə, tam əminlik görünür. Belə nəticəyə gəlmək olar ki, Ermənistan parlamentinin spi­keri dolayısı ilə yeni müharibə anonsu­nu verir. Onu da nəzərə alaq ki, ölkənin Azərbaycanla müharibəyə başlamaq niyyəti ilə bağlı məlumatları yayan elə erməni mediasının özüdür. 

R.ƏVƏZ




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Əvəz RÜSTƏMOV