USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qalib lider Azərbaycanı işıqlı gələcəyə aparır


https://img.baki-baku.az/news/2024/02/photo_11358.jpg

Ümummilli lider Heydər Əliyev tərəfindən 1993–2003-cü illər ərzində görülmüş genişmiqyaslı işlər Azərbaycanda siçrayışlı inkişafın başlaması üçün zəruri potensial formalaşdırmışdır. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, bu kursun ideoloji bazası əsasında yeni inkişaf modelini həyata keçirən, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah, mədəni cəmiyyətin qurulması istiqamətində 2003-cü ildə bəyan edilmiş hədəflər artıq günümüzün reallığına çevrilmişdir. Bu gün dövlət başçısı tərəfindən təsdiq olunmuş müasir inkişaf konsepsiyası keyfiyyətcə yeni prioritetlər müəyyən edir. İnnovasiya əsaslı inkişaf modelinə keçid, yüksək rəqabət qabiliyyətli və şaxələnmiş iqtisadiyyatın qurulması qarşıda duran ən mühüm prioritetdir.

 2003cü ilin oktyabrında, prezident seçkiləri ərəfəsində ümummilli lider Heydər Əliyev Azərbaycan vətəndaşlarına tarixi müraciətində əsasını qoyduğu siyasəti davam etdirə biləcək liderin dəqiq ünvanını da göstərmişdi: “...Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 

Müstəqilliyini günbəgün, ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı getdikcə artır. Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. 

Dövlətimizin başçısı Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışdı, nəhayət, üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına nail oldu. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. 

Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə Prezident İlham Əliyev xarici KİVə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. 

Müasir Azərbaycanın intensiv tərəqqisini təmin edən daha bir mühüm faktor Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, milli inkişafı şərtləndirən regionların sosialiqtisadi inkişafı konsepsiyasıdır. Dövlət başçısı seçildikdən sonra bütün bölgələrin inkişafını strateji məqsəd kimi müəyyənləşdirən İlham Əliyev bu istiqamətdə mühüm uğurlara nail olunmasını təmin edib. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilib. Əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, həyatımızın bütün sferalarında demokratik dəyərlərin tam bərqərar olması istiqamətində inkişafın davamlılığı təmin olunub. Sözsüz ki, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi. Belə də oldu: Azərbaycan, doğrudan da, heç vaxt indiki qədər güclü olmayıb. 

Xarizmatik liderlik və yüksək idarəçilik məharəti ilə fərqlənən Azərbaycan Prezidentinin müasir siyasət strategiyası nəticəsində ölkəmiz modernləşərək öz inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoyub, həyatın bütün sahələri yenilənib. Milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslanır. Bu praqmatik, çevik siyasət, sistemli və ardıcıl strateji kurs ölkəmizin müasir inkişafının əsas təminatçısıdır. Qədirbilən xalqının sevgisi qazanmış Güclü lider İlham Əliyev öz daxili və xarici siyasətinin həyata keçirilməsində dərin zəka, universal düşüncəsi, analitik analiz qabiliyyəti ilə böyük qətiyyət nümayiş etdirir. Öz irsi şəxsi keyfiyyətlərinin daşıyıcısı olan müzəffər Ali Baş Komandan İlham Əliyev harada çıxış etməsindən, istənilən sahədə mövqe bildirməsindən asılı olmayaraq, daim start vəziyyətində olaraq qarşı tərəflər üzərində öz üstünlüyünü təmin edir. Əgər qısa və konkret olaraq 20 ilin uğurlarını ümumiləşdirərək ifadə etsəm, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması özü buna sübutdur. 

Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd kimi irəli surulən Qalib xalqın Qalib lideri İlham Əliyevin 7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar prezident seçkilərində parlaq qələbəsi bir daha subut etdi ki, məqsədyönlü və xalqının, dövlətinin gələcəyə xidmət edən universal siyasəti bundan sonra da ölkəmiz Azərbaycana böyük uğurlar və tarixi ədaləti bərpa edən, ona söykənən Zəfərlər qazandıracaqdır. 

Məlum olduğu kimi, 30 ildən artıq bir vaxtdan sonra bu seçki Azərbaycanımızın bütün ərazisini əhatə etdi. Yəni seçki məntəqələri suveren ölkəmizin Xankəndi, Şuşa, Xocalı, Ağdərə və digər azad olunmuş ərazilərində quruldu. Ümumiyyətlə Qarabağımıza qayıdış konsepsiyası çərçivəsində dədəbaba torpaqlarına dönən keçmiş məcburi köçkünlər öz yurdlarında səs verdilər. Bu tarixi hadisə isə ölkəmizin ictimaisiyasi mühitində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, zəfər platformasında prezident seçkilərində qədirbilən xalqımız böyük coşqu və ruh yüksəkliyi ilə seçki məntəqələrinə axın etdi. Əlbətdə ki, xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu seçkiyə müharibəni zəfərlə bitirmiş,ərazi bütövlüyümüzü tam təmin edərək və sərhəd zolaqlarımızı müəyyənləşdirib sülhə doğru addımlayaraq getdik. Ölkəmiz hazırda, təkcə öz suverenliyini bərpa etməyib,eyni zamanda da bölgəyə yeni sabitlik və sülh gətirmişdir. Qalib xalqımız isə 7 fevral 2024-cü il Zəfər seçkisində öz Qalib liderini, Prezidentliyə namizəd İlham Heydər oğlu Əliyevi növbəti dəfə Prezident seçdi, ictimaisiyasi sabitlik içərisində firavan yaşayacaqdır.Nəhayət əminliklə deyə bilərik ki, qədirbilən xalqımız fevralın 7-də əvvəlki seçkilərdə olduğu kimi, yenə tarixi seçimini edəcəkdir. Yəni xalqımız sabitliyə, əminamanlığa, bütövlüyə səs verdi.Hətta qeyd edim ki, 2024-cü il fevral seçkiləri Azərbaycanın yüz illik tarixinə düşərək Zəfər seçkisi oldu. 

Prezident İlham Əliyev yaxın gələcəkdə sosialiqtisadi modelin məzmununu və strukturunu keyfiyyətcə yeni prinsiplər əsasında qurmaqla, iqtisadiyyatın sürətli və dayanıqlı artımının təmin edilməsi, ekoloji tarazlığın qorunması, bu məqsədə xidmət edən təşəbbüslərin dəstəklənməsi, ekoloji təmiz iqtisadi fəaliyyətin təşviq edilməsi kimi məsələləri xususi qeyd etmişdir. Eyni zamanda Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək 34500 ailənin doğma torpaqlarda layiqli şəkildə yaşayışı təmin ediləcək, həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası istiqamətində mühüm addımlar atılacaqdır. 

Dünyada ən mötəbər beynəlxalq təd birlərdən biri olan BMTnin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29cu sessiyasının – COP29-un cari ildə ölkəmizdə keçirilməsinə dair yekdil qərarın qəbul edilməsi də beynəlxalq ictimaiyyətin Azərbaycana olan böyük hörmət və etimadının bariz göstəricisidir. Milli maraqlara və beynəlxalq hüquqa söykənən müstəqil və prinsipial xarici siyasətin davam etdirilməsi və Azərbaycan tərəfindən irəli sürülmüş 5 əsas prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması və eyni zamanda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və onun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi ilə bağlı səylərin davam etdirilməsini zəruri hesab etmişdir. Milli təhlükəsizlik sahəsində ölkəmizin qarşısında duran kompleks vəzifələrin son 20 il ərzində tam və effektiv həllinin nəticəsi olaraq Azərbaycanın bütün sahələrdə təhlükəsizliyinin, suverenliyinin, ərazi bütövlüyünün və konstitusiya quruluşunun hər cür təsirlərdən qorunması, müasir müdafiə sənayesi və infrastrukturun davamlı inkişaf etdirilməsi, milli təhlükəsizlik potensialının artırılması, dövlətin müdafiə qabiliyyətinin daha da gücləndirilməsi əsas məsələlərdən biridir. 

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz İlham Əliyev siyasətinin təntənəsidir və Ulu öndərin əbədiyaşar ideyalarından qaynaqlanır. 

Əvəz ƏLƏKBƏROV,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, Əməkdar müəllim

Elnur SADIQOV,
professor




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Daxili siyasət