USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ombudsman: Aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərin izlərini üzə çıxarır


https://img.baki-baku.az/news/2024/02/photo_11350.jpg

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində davamlı şəkildə aşkar olunan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin izlərini üzə çıxarır.

Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Xocalı şəhəri ərazisində növbəti kütləvi məzarlığın tapılması faktı Ermənistanın inkar etməyə çalışdığı qeyri-insani əməllərini bir daha açıq şəkildə sübuta yetirmiş oldu.

Bu fikirlər Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Xocalıda aşkarlanan kütləvi məzarlıqlarla bağlı bəyanatında yer alıb.

Ombudsman, həmçinin qeyd edib: “Belə ki, bu il fevralın 21-də Xocalı şəhərində bərpa-quruculuq məqsədilə qazıntı işləri aparılarkən növbəti kütləvi dəfn yeri aşkarlanmışdır. Ərazidə hələ də davam edən qazıntılar zamanı ilkin olaraq müəyyən edilmiş insan qalıqlarının əsasən qadın və uşaqlara aid olması, onların əllərinin kəndirlə bağlanması və işgəncələrlə qətlə yetirilməsi faktları Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət və soyqırımı siyasətini, müharibə və insanlıq əleyhinə törətmiş olduğu cinayətləri sübut edir. Dəhşətli faktlardan biri də ərazidə tapılmış qalıqlardan birinin 4-5 yaşlarında uşağa məxsus olması ehtimalı ilə bağlıdır.

Bir daha xatırlatmaq istərdim ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlının, o cümlədən Xocalı soyqırımı nəticəsində əsir və girov götürülmüş 150 nəfərin taleyi bugünədək məlum deyildir. Təəssüf ki, Ermənistan tərəfi bu illər ərzində itkin düşmüş şəxslərlə bağlı məlumatları, o cümlədən kütləvi məzarlıqların koordinatlarını ölkəmizə təqdim etməkdən yayınmış, yalnız azad edilmiş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlər nəticəsində bir neçə itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilmişdir.

Qeyd olunanları nəzərə alaraq, insan hüquqları sahəsində fəaliyyət göstərən bütün beynəlxalq təşkilatları bu cür faktlara biganə yanaşmamağa, Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik nifrət zəminində cinayət əməllərinin törədilməsində təqsirli olan şəxslərin ədalət mühakiməsinə cəlb edilməsi istiqamətində zəruri addımlar atmağa çağırıram”.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət