USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakıda Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib


https://img.baki-baku.az/news/2024/02/photo_11306.jpg

Fevralın 21-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilib.

İclasda İcraedici Şuranın sədri Abdulkadir Emin Önen məruzə ilə çıxış edib. O, qurumun keçdiyi yol və qarşıdakı perspektivləri ilə bağlı fikirlərini bölüşüb, APA-nın qlobal problemlərin həllində mühüm platforma rolunu oynadığını diqqətə çatdırıb və Azərbaycanın 2024-2025-ci illər üzrə Assambleyaya uğurla sədrlik edəcəyinə əminliyini bildirib.

İclasda APA-nın Baş katibinin müavini Kia Tabatabaye qurumun ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. APA-nın baş katibi Muhammed Reza Məcidi isə müzakirədə olan qətnamə layihələri üzrə son fikir və təkliflərlə bağlı məlumat verib. Baş katib ev sahibliyinə görə Azərbaycana təşəkkürünü bildirib, ölkəmizin APA-ya müvəffəqiyyətlə sədrlik edəcəyinə şübhə etmədiyini vurğulayıb.

Sonra Assambleyanın 14-cü plenar iclasının gündəliyi müzakirə olunub. Tədbirdə İqtisadi və davamlı inkişaf, Büdcə və planlaşdırma, Sosial və mədəni məsələlər, Siyasi məsələlər üzrə daimi komitələr tərəfindən irəli sürülən qərar layihələri nəzərdən keçirilib, təşkilati və digər məsələlərə baxılıb.

İclasda Milli Məclisin Asiya PA-dakı nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə, nümayəndə heyətinin üzvləri Aydın Hüseynov, İlham Məmmədov, Anar Məmmədov, Assambleyaya üzv ölkələrin nümayəndə heyətləri və digər rəsmi şəxslər iştirak ediblər.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət