USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yeni dönəmin xarici siyasət prioritetləri

Azərbaycan Prezidenti Münxendən dünyaya vacib mesajlar verdi


https://img.baki-baku.az/news/2024/02/photo_11266.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Münxendə öz işinə başlamış Təhlükəsizlik Konfransından əvvəl bir sıra görüşlər keçirib. Dünyanın aparıcı siyasi və hərbi xadimlərini bir araya gətirən 60-cı Münxen Təhlükəsizlik Konfransında əsas diqqət iki mövzuya fokuslanıb. Bunlar Şərqi Avropa və Yaxın Şərqdəki vəziyyətdir. 

Münxen Konfransına xüsusi dəvət olunan İlham Əliyev dünən “COP mexa­nizmləri: Beynəlxalq iqlim diplomatiyası­nın perspektivləri” mövzusundakı panel­də çıxış edib. 

“ATƏT çərçivəsində keçmişin qalıqla­rı olan bir sıra mexanizmlərin – ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaş­dırma Komitəsi və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz və səmərəsiz struk­turların, vəzifələrin rəsmi qaydada ləğv edilməsinin vaxtı çatıb”. Qarşı tərəfin müraciətinə əsasən baş tutan görüşdə bu sözləri dövlətimizin başçısı fevralın 16-da Münxendə ATƏT-in fəaliyyətdə olan səd­ri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə görüşü zamanı deyib. Azərbaycan Prezidenti, həmçinin ATƏT çərçivəsində büdcə və­saitinin daha məqsədyönlü və əhəmiy­yətli layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib. Qarabağ münaqişə­si adında problemin qalmadığını bəyan edən dövlətimizin başçısı Azərbaycanın özünün tarixi torpaqları üzərində suve­renliyini və ərazi bütövlüyünü bərpa et­diyini, hazırda Bakı və İrəvan arasında münasibətlərin normallaşma prosesinin ikitərəfli dialoq formatında getdiyini də ATƏT sədrinin diqqətinə çatdırıb.

Azərbaycanın qlobal xarici siyasəti

Azərbaycan Prezidenti İlham Əliye­vin qarşı tərəfin müraciətinə əsasən Av­ropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso, ABŞ Prezidentinin qlobal infrastruktur və ener­ji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn, Almaniya Bundestaqı­nın Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı Fraksiyasının xarici, təhlükəsizlik və müdafiə siyasəti üzrə sədr müavini, Almaniya–Cənubi Qafqaz parlament qrupunun sədri Yohan David Vadeful, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nü­mayəndəsi Con Kerri, “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark To­mas Murtran, İraq Kürdüstan regionunun başçısı Neçirvan Bərzani ilə də görüşləri olub. 

İkitərəfli görüşlərlərin intensivliyi və çoxşaxəliliyi Azərbaycan Prezidentinin yüksək nüfuzunun, onun şəxsiyyətinə olan hörmət və diqqətin göstəricisi sayıl­malıdır. 

Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın iştirakı, burada keçirilən görüşlərin çeşidi və miqyası həm də ona dəlalət edir ki, ölkəmizin xarici siyasəti ar­tıq regional deyil, qlobal xarakter daşıyır. Əslində, perspektivə hesablanmış həmin xarici siyasətin konturlarını İlham Əliyev fevralın 14-də Prezident kimi andiçmə mərasimində hamıya bəyan etmişdi. Proqram xarakterli həmin çıxış bölgə­də hələ də öz maraqlarını güdən kənar aktorlara, Azərbaycanın həm dostlarına, həm də bədxahlarına ünvanlanmış siyasi bəyanat idi:

“Əgər əvvəlki dövrdə bizim xarici si­yasətimizin əsas istiqaməti Ermənistan–Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ, demək olar ki, gündəlikdə durmur. Ona görə xarici si­yasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən, iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un evsahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sı­ralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olma­lıyıq. Neokolonializmi və o eybəcər tarix­dən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik”.

Kənardan müdaxilə dövrü bitdi

İlham Əliyev Münxendən bütün dün­yaya Azərbaycanın Cənubi Qafqazda şəriksiz geosiyasi iradə sahibi olduğunun açıq mesajını verdi. O, rəsmi Bakının Ermənistanla münasibətlərə əhəmiyyət vermədiyini ayrıca vurğulamaqla, kənar aktorların bölgəyə “nəfəsliyini” bağlamış oldu. Artıq sülhü, yoxsa savaşı seçmək Ermənistanın öz öhdəsinə buraxılıb. 

Cənubi Qafqazda tamamilə yeni dövrün ayaq səsləri eşidilməkdədir. Bu dövrdə Azərbaycanın özü kimi, bölgə də irəliyə doğru rəsmi Bakının cızdığı “yol xəritəsi”ni kompas bilərək hərəkət edə­cək. Bu, Azərbaycanın müstəqil, inamla apardığı və uğurla həyata keçirdiyi xarici siyasətidir. 

İkinci Qarabağ müharibəsindən son­ra ölkəmizin hərbi zəfərini beynəlxalq müstəvidə də möhkəmləndirən İlham Əliyevin düşünülmüş diplomatik gediş­ləri, qətiyyətli xarici siyasəti nəticəsində bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan oldu. Onu da birmənalı şəkildə deyə bilərik ki, bu gün region­da cərəyan edən proseslər, bütövlükdə, ölkəmizin milli maraqlarına tam uyğun istiqamətdədir. 

Son iyirmi ildə olduğu kimi, üç il üç ay ərzində də İlham Əliyev dediyi sözünün, atdığı hər bir addımın arxasında dayandı. Cənubi Qafqazda aparıcı mövqeyə ma­lik, söz sahibinə çevrilmiş Azərbaycanın siyasi iradəsinə kənardan heç bir qüvvə təsir göstərməyə qadir deyil. Otuz illik işğal dönəmi bir həqiqəti bütün çılpaqlı­ğı ilə ortaya çıxardı: böyük güclər məhz güclünün sözünü eşitməyə vərdiş edib­lər. Son iyirmi ildə iqtisadi, siyasi və hər­bi gücünü dəfələrlə artıran Azərbaycan bölgədə özünə rəqib saya biləcəyi ikinci ölkə tanımır. Lideri ətrafında yumruq kimi birləşən xalq doğma torpağının azadlığı uğrunda müharibə aparıb və zəfər qaza­naraq tarixi ədaləti bərpa edib. 

ATƏT-in Minsk qrupu bir oyun idi

Bu məqamda yaxın tarixə qısa eks­kurs etməyimiz yerinə düşər. ATƏT-in Minsk qrupunun niqabı altında gizlənən Fransa, onun prezidenti, Milli Assamble­yası və Senatı özünün əsl ermənipərəst simasını artıq açıq şəkildə ortaya qoy­malarını unutmamışıq. Onu da yaxşı xa­tırlayırıq ki, Vətən müharibəsi başlanan­dan üç gün sonra – 2020-ci il sentyabrın 30-da Emmanuel Makron “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişə­si” ətrafında son hadisələrə dair açıq-ay­dın haypərəst bəyanat verdi. 

Yelisey sarayından yayılan həmin bə­yanat Fransanın nəinki Minsk qrupunun həmsədri kimi neytral vasitəçilik missiya­sı ilə bir araya sığmırdı, üstəlik, həqiqə­ti təhrif edən, qərəzli bir açıqlama idi. Makron ölkəsinin öz üzərinə götürdüyü vasitəçilik missiyasını unudaraq ermə­nilərin yanında durdu, özünü işğalçının vəkili kimi apardı. Məhz işğalçının müda­fisinə qalxan Fransa prezidentini təxribat­çı bəyanatı bölgədə, eləcə də beynəlxalq miqyasda təhlükəsizliyin təmin edilmə­sinə deyil, 30 illik münaqişənin yenidən alovlandırılmasına hesablanmışdı. Post­müharibə dövründə Fransa prezidentinin qatı ermənipərəst, islamofob, anti-Azər­baycan və anti-Türkiyə siyasəti özünün “zirvə nöqtəsinə” çatdı. 

Bakı–İrəvan münasibətləri ilə bağlı verdiyi bəyanatları, etdiyi bütün çıxışları ona dəlalət edir ki, Emmanuel Makron Fransanın ATƏT-in Minsk qrupunun həmsədri mandatını sadəcə işğalçının maraqlarını güdmək kontekstində başa düşüb və otuz il bundan əvvəl başlayan bu yanaşmaya sonadək sadiq qalıb. Minsk qrupunun yalnız fransalı həmsəd­ri deyil, həmçinin amerikalı və rusiyalı elçilər də illərlə davam edən mənasız turist səfərləri, monitorinq adı altında “Dağlıq Qarabağ”ın status-kvosunun saxlanmasına yönəlik fəaliyyətləri ilə əsl niyyətlərini ortaya qoydular. Amma bütün diplomatik etiket və qaydaları gözləyən rəsmi Bakı özünün xarici si­yasətində qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək və ya hədələməmək prinsiplə­rinə sadiq qaldı. 

Bununla paralel olaraq avropalı və asiyalı tərəfdaşları ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirən Azərbaycan, ümumən, Qafqazda və Xəzər regionunda sabitliyin əldə edilməsi üçün bütün səylə­ri göstərdi, Avropanın enerji təhlükəsizli­yinə öz töhfəsini verdi. Bununla kifayət­lənməyən, müasir dünyanın çağırışlarına səs verən ölkəmiz çox önəmli beynəlxalq layihələrdə də iştirakdan qalmadı. 

Artıq Azərbaycan tarixinin yeni mər­hələsinə qədəm qoyub. Bu mərhələ yeni siyasi yanaşma tələb edir. 2024-cü il fev­ralın 14-də Prezident kimi andiçmə mə­rasimindəkı çıxışında İlham Əliyev məhz bu dövrdə xarici siyasət istiqamətində yeni üfüqlərin açılacağına əminliyini ifadə edib. 

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

Azərbaycanın Münxen Təhlükə­sizlik Konfransına dəvət olunması həm dövlət kimi əhəmiyyətinin təza­hürü, həm də Prezident İlham Əliye­vin beynəlxalq nüfuzunun göstəricisi­dir. Diqqəti bir məsələyə cəlb etmək istərdim. Güman edirəm ki, həmin konfransa dəvət olunan dövlət başçı­larının arasında ən təcrübəlisi İlham Əliyevdir. Cənab Prezident, səhv et­mirəmsə, on yeddinci, yaxud on sək­kizinci dəfədir Münxen Konfransının iştirakçısı olur. Baxmayaraq ki, geo­siyasi nöqteyi-nəzərdən, o beynəlxalq platformanın çətinlikləri də az deyil. Həmin tribunada dünyanın aparıcı güclərinin qarşısına çıxan, suverenli­yini və ərazi bütövlüyünü bərpa etmiş, bölgənin ən qüdrətli ordusuna sahib, böyük enerji resurslarına malik Azər­baycan əhəmiyyətli dövlətdir. 

Sadaladığımız amillər Münxen Təhlükəsizlik Kofransının təşkilatçıları tərəfindən Azərbaycan Prezidentinin tədbirə dəvət olunmasını şərtləndir­di. Elə konfransdan əvvəl edilən mü­raciətlər əsasında keçirilən ikitərəfli görüşlərdə ciddi fikir mübadiləsinin şahidi olduq. Bildiyimiz kimi, həmin konfransda dövlətimizin başçısını bir sıra nazirlər, müşavirlər də müşayiət edirlər. Onlar da Azərbaycana maraq göstərən tərəfdaşlarla görüşlər keçirir, danışıqlar aparırlar. Yəni, bunun sayə­sində dünyanın təhlükəsizliyi ilə bağlı nəbzi hiss etmək imkanı yaranır. 

Kiminsə qəbul edib-etməməsin­dən asılı olmayaraq, Azərbaycan dün­yanın siyasi müstəvisində mövcuddur. Bizim Cənubi Qafqazın sərhədlərini aşan böyük nüfuzumuz var. Qoşul­mama Hərəkatında sədrliyi Uqandaya versək də, yenə o beynəlxalq təşkilat­da söz sahibiyik. 

Bu baxımdan, Azərbaycan həm Türk Dövlətləri Təşkilatının möh­kəmlənməsində, həm də regional, o cümlədən Orta Dəhliz, Şimal–Cənub nəqliyyat marşrutu kimi transmilli la­yihələrin reallaşmasında əsas icra­çıdır. Bütün bu amillər Azərbaycanın Münxen Təhlükəsizlik Konfransında iştirakını zərurətə çevirdi.

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İmran BƏDİRXANLI