USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Balakəndə açılmış "ASAN Xidmət" hansı rayonları əhatə edəcək?


https://img.baki-baku.az/news/2020/08/photo_112.jpg

Avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Balakən regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb və bu münasibətlə jurnalistlər üçün mediatur təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il iyulun 29-da Balakən rayonuna səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Balakən “ASAN xidmət” mərkəzi Balakən, Zaqatala və Qax rayonlarında qeydiyyatda olan 284 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.

Qeyd edək ki, hazırda ölkədə 20 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i Bakı şəhərində, digər 15-i isə regional mərkəzlər olmaqla, Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

Balakən “ASAN xidmət” mərkəzinin tikintisinə 2018-ci ilin noyabrında başlanılıb. Tikinti işləri 2020-ci ilin iyulunda başa çatıb. Bir hektara yaxın ərazidə inşa olunan dördmərtəbəli Mərkəzin tikinti sahəsi 4153 kvadratmetrdir. Mərkəzin yerləşdiyi ərazidə 25 avtomobil üçün parklama yeri, həmçinin açıq zonada istirahət meydançası yaradılıb.

Balakən regional “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, 320 xidmət həyata keçiriləcək. Mərkəzdə əməkdaşların sayı 189, könüllülərin sayı isə 50 nəfər nəzərdə tutulur.

Qeyd edək ki, iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının “ASAN Həyat” kompleksi çərçivəsində genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə müvafiq vəsait ayrılacaq.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət