USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Elçin Əmirbəyov: Ermənistan Azərbaycandan gələn təhlükədən danışır, lakin özü atəşkəsi pozur


https://img.baki-baku.az/news/2024/02/photo_11175.jpg

Lüksemburqun “L’essentiel” portalında “Gizli müharibə fonunda Lüksemburqda təsir mübarizəsi” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun bu fikri xüsusi vurğulanıb: “Biz siyasi mübadilələri ticarət mübadiləsi səviyyəsinə qaldırmalıyıq”.

Qeyd edilib ki, E. Əmirbəyov Lüksemburq rəsmiləri ilə görüşdə Azərbaycanın strateji mövqeyi, Ukrayna müharibəsi fonunda təbii qaz ehtiyatları barədə danışıb, eləcə də paytaxt Bakının Lüksemburqun “Cargolux” yükdaşıma şirkəti üçün əsas hab olduğunu vurğulayıb.

Ermənistanla bağlı məsələyə toxunan Prezidentin köməkçisi deyib: “Ermənistan Azərbaycandan gələn təhlükədən danışır, lakin özü əsgərlərimizə atəş açmaqla atəşkəsi pozur. İki ölkə razılaşmalı, sərhədləri açmalı və diplomatik əlaqələr qurmalıdır”.

Jurnalistin Cənubi Qafqazla bağlı sualını cavablandıran Lüksemburqun xarici işlər naziri Ksavye Bettel bütün Qafqaz ölkələri ilə dialoqun davam etdirilməsinin, eləcə də müvafiq tərəflərə siyasi mesajların ötürülməsinin, müxtəlif dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini qeyd edib. O bildirib ki, Lüksemburq Ermənistana hərbi dəstək vermir aparır.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət