USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qırğız deputat: Seçkilərdə bütün namizədlər üçün bərabər şərait və imkan yaradılmışdı


https://img.baki-baku.az/news/2024/02/photo_11024.jpg

Fevralın 8-də MDB Parlament Assambleyasının (İƏT PA) müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Qırğızıstan parlamentinin nümayəndə heyətinin rəhbəri, MDB PA müşahidə missiyasının üzvü İskəndər Matraimov Azərbaycanda seçkilərin keçirilməsi üçün bütün lazımi şərait yaradıldığını vurğulayıb. Qeyd edib ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində müxtəlif partiyalardan nümayəndələrin namizədliklərinin irəli sürülməsi demokratiyanın təzahürüdür. Bu onu göstərir ki, seçicilər üçün alternativ namizədlərin yer aldığı platforma mövcud olub.

“Bütün namizədlərə bərabər şərait yaradılmışdı. Öz təşəbbüsü ilə namizədliyi irəli sürülənlər də daxil olmaqla, hər bir namizədə təşviqat kampaniyası üçün mümkün olan bütün çıxış imkanları təşkil edilmişdi. Seçki prosesində beynəlxalq standartlarda göstərilən şərtlərə riayət olunub”, - deyə o qeyd edib.

Xaricdə yaşayan vətəndaşlar üçün də zəruri şəraitin yaradıldığını bildirən İskəndər Matraimov evindən çıxa bilməyən şəxslərin də səsvermə hüququnun təmin edildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, prezident seçkilərinin ilkin yekun nəticələrinə görə, İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq qalib olub.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət