USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ərəb Parlamentinin prezidenti: Seçicilərin iradəsinə hər hansı bir müdaxiləyə qətiyyən rast gəlmədik


https://img.baki-baku.az/news/2024/02/photo_11014.jpg

Növbədənkənar prezident seçkilərində qazandığı böyük uğura görə Azərbaycanı təbrik etmək istəyirəm. Dünən biz bir çox seçki məntəqələrində müşahidə apardıq. Olduğumuz seçki məntəqələrinin hamısında çox yüksək fəallıq müşahidə etdik. Seçicilərin iradəsinə hər hansı bir müdaxiləyə qətiyyən rast gəlmədik.

Bu sözləri Ərəb Parlamentinin müşahidə missiyasının növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı fevralın 8-də keçirdiyi mətbuat konfransında qurumun prezidenti, nümayəndə heyətinin rəhbəri Adel bin Əbdulrəhman əl-Asumi deyib.

O qeyd edib ki, hər bir seçici öz iradəsi ilə istədiyi namizədə səs verə bildi. Seçki çox gözəl şəkildə və seçici aktivliyi ilə keçdi.

İstər yerli, istərsə də beynəlxalq müşahidəçilərin tam şəkildə iştirakının müşahidə olunduğunu qeyd edən Al-Asumi bildirib: “Seçkilər şəffaf şəkildə keçdi. Ərəb Parlamenti olaraq biz bunu alqışlayırıq. Ümumilikdə seçkilərin gedişatının pozulması ilə bağlı heç bir hal qeydə alınmadı. Hər hansı ciddi pozuntu ilə qarşılaşmadıq”.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət