USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ASEAN PA-nın rəsmisi: Seçkilər tam şəffaf və demokratik şəkildə keçdi


https://img.baki-baku.az/news/2024/02/photo_11008.jpg

Fevralın 8-də Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Parlament Assambleyasının (AİPA) müşahidə missiyası növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Qurumun müşahidə missiyasının rəhbəri Sanya Praseut Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri zamanı 7 seçki məntəqəsindəseçki prosesi ilə tanış olduğunu bildirib. Deyib ki, missiya həmin məntəqələrdə səsvermə prosesini sonadək izləyib və səslərin sayılmasında iştirak edib.

“Missiyamızın qənaəti bundan ibarətdir ki, seçkilər tam şəffaf və demokratik şəkildə keçib, heç bir təzyiq hadisəsi qeydə alınmayıb”, - deyə qurumun rəsmisi diqqətə çatdırıb.

Qeyd olunub ki, vətəndaşlar sakit, rahat şəkildə səsvermə prosesində iştirak ediblər. Prezident seçkiləri sakit şəraitdə və ədalətli keçib. Ölkədəki sabit şəraitə görə həm yerli, həm də beynəlxalq müşahidəçilər seçki prosesini sərbəst şəkildə izləyə biliblər.

Qeyd edək ki, MSK-nın yaydığı ilkin yekun nəticələr əsasən, İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq seçkilərdə qalib olub.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət