USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının üzvləri Azərbaycanda seçkilərə hazırlıq prosesi barədə məlumatlandırılıb


https://img.baki-baku.az/news/2024/02/photo_10952.jpg

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 6-da Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının sədri Viktor Seliverstovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 Məzahir Pənahov ölkəmizdə 6,5 milyona qədər seçicinin qeydə alındığını, onların 6537 məntəqədə səs verəcəyini bildirib. O, həmçinin 1000 məntəqədə veb-kameraların quraşdırıldığını və bunun bütün ölkə ərazisini əhatə etdiyini vurğulayıb.

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə seçkilərin keçiriləcəyini qonaqların diqqətinə çatdıran M.Pənahov qeyd edib ki, seçicilər həmin ərazilərdə yaradılmış 26 məntəqədə səs verəcəklər. Bildirib ki, Xocalı, Xankəndi, Şuşa və digər ərazilərdə səsvermə üçün bütün imkanlar yaradılıb.

Belarus və Rusiya İttifaqının Parlament Assambleyasının sədri Viktor Seliverstov prezident seçkilərinin ciddi və məsuliyyətli proses olduğunu diqqətə çatdıraraq deyib: “Mən Moldovada, Qazaxıstanda, Qırğızıstanda seçkiləri müşahidə etmişəm. Bizim məqsədimiz seçkilərin şəffaf keçrilməsində ölkənizə dəstək olmaqdır”, - deyə o qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət