USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan XİN rəhbəri: AŞPA-nın qərəzli addımını qətiyyətlə pisləyirik


https://img.baki-baku.az/news/2024/01/photo_10828.jpg

Biz bir neçə gün bundan öncə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) ölkəmizə qarşı atılan tamamilə qərəzli və qəbul edilməyən addımı qətiyyətlə pisləyirik. Bununla bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti də çox açıq şəkildə etirazını ifadə edib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin rəsmi mövqeyi qurum üzvlərinin diqqətinə çatdırılıb.

“Azərbaycana qarşı belə bir qərəzli münasibətin əsas səbəbi məhz ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bağlıdır. Açıq deməliyik ki, ölkəmizdəki proseslərlə bağlı Avropa Şurası Parlament Assambleyasının müxtəlif rəyləri hər zaman mövcud idi. Azərbaycan nümayəndə heyəti də buna uyğun olaraq adekvat mövqe ifadə edirdi. Baş tutan müzakirələrdə hər hansı məsələlərlə bağlı razılaşmanın əldə edilib-edilməməsi halları da yaşanırdı. Ancaq bu, bir işçi prosesdir və bu proses 20 il ərzində davam edirdi”, - deyə Azərbaycan XİN rəhbəri vurğulayıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət