USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransadakı icmamız AŞPA-ya etiraz edib


https://img.baki-baku.az/news/2024/01/photo_10811.jpg

Fransada yaşayan Azərbaycan icması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi barədə 24 yanvar tarixli qətnaməsini qətiyyətlə pisləyib.

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının adından AŞPA-ya ünvanlanan bəyanatda bildirilib ki, belə qətnamənin Azərbaycanla Avropa ictimaiyyəti arasında geniş şəkildə əməkdaşlığın əsasının başlandığı, ölkəmizin Avropa Şurasına qəbul olunmasının 22-ci ildönümü ərəfəsində qəbul edilməsi xüsusilə yolverilməzdir.

Azərbaycanın qanunun aliliyi və hüquqi islahatlar sahəsində Avropa Şurası ilə əməkdaşlığı davam etdirməsi sayəsində ölkədə böyük nəticələrə nail olunduğu, Azərbaycan dövlətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərar və qətnamələrinə sadiqlik nümayiş etdirdiyi diqqətə çatdırılıb: “Bu, ölkədə vətəndaş cəmiyyətinin rifahı naminə əməkdaşlığın güclü göstəricisidir”.

Belə məqamda AŞPA üzvlərinin qətnaməsi “ikitərəfli əməkdaşlığın nəticələrinin məhv edilməsi cəhdi” kimi qiymətləndirilib. Müstəqil dövlət olan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü möhkəmləndirməsinə və 30 ilə yaxın davam edən erməni işğalına son qoyması kimi mühüm məsələdə “məzəmmət edilməsi” açıq qərəzli münasibətin göstəricisi adlandırılıb.

Demokratiya uğrunda mücadilə aparan görkəmli dövlət xadimi Benazir Bhuttonun “demokratiyanın dəstəyə ehtiyacı var və ən yaxşı dəstək digər demokratiyaların dəstəyidir” fikrini xatırladan müraciət müəllifləri xatırladıblar ki, bu, İkinci Dünya müharibəsindən sonra Avropa Şurasının təməlini qoyan əsas prinsipdir.

Diqqətə çatdırılıb ki, hazırda Avropanın astanasında faciəvi geosiyasi hadisələrin baş verdiyi dövrdə AŞPA-nın belə qərar qəbul etməsi öz dəyərlərinin məhv edilməsindən başqa bir şey deyil: “Avropa Şurası kimi platformalar hazırkı qətnamənin müzakirəsi üçün beynəlxalq foruma çevriləndə AŞPA öz ilkin prinsiplərindən çəkilir, ədalətsiz və qərəzli mövqe nümayiş etdirir”.

Fransadakı icmamız AŞPA-nı beynəlxalq hüququn gücünü və prinsiplərini kövrək demokratiyaların mövcud olduğu Azərbaycan kimi ölkələrə qarşı təzyiq vasitəsinə çevirməməyə, belə üzv-dövlətləri təşviq etməyə çağırıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət