- Daxili siyasət
- 11:03 30.09.2024
Ayının min oyunu bir armudun başındadır. Hazırda Azərbaycana qarşı beynəlxalq miqyasda aparılan total kampaniya bu atalar misalımızın məna çalarları barədə düşünməyə vadar edir.
Əslində, 2024-cü ilin ilk ayında yaşananlar qəribə durum formalaşdırır. Sanki sonxronlaşmış, koordinasiya edilmiş anti-Azərbaycan oyunu gedir. Fransa Senatının qətnaməsi, Avropa Şurası Parlament Assambleyası müstəvisində baş verənlər, Avropa İttifaqının yolverilməz yanaşmaları, Avropa Parlamentində ölkəmizi hədəfə alan diskussiyalar...
Bir sözlə, kollektiv Qərbin Avropa seqmentinin aktivləşməsini görürük. Bu proses fonunda okeanın o tayındakılar sakitdirlər. Hadisələri kənardan seyr etməklə kifayətlənirlər. Axı indi “növbə” onların deyil... Avropanın necə oynamasına tamaşa edirlər. Bilmək olmaz, bəlkə “konsultativ dəstək” də göstərirlər. Hər halda, ayının armuda əl yetirməsini arzulayırlar. Armud nədir, ondan söz açacağıq.
Ancaq əvvəlcə onu bildirək ki, hələ 2023-cü il başlayanda bir sıra siyasi ekspertlər və analitiklər cari ilin Cənubi Qafqaza sülh gətirəcəyini vurğulayırdılar. Müxtəlif fikirlər səsləndirirdilər. Azərbaycanla Ermənistan arasında bir sıra gərginliklərin yaşanmasına, ən əsası isə sentyabrın 19-20-də əsil müharibə şəraitinin mövcudluğuna, Azərbaycanın Silahlı Qüvvələrinin həmin tarixdə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin Ermənistanda, müəyyən mənada, barışmaz ab-hava doğurmasına baxmayaraq da eyni fikri dəstəkləyənlərin olduğunu görə bilirdik. Onlar hətta 2023-cü ilin dekabrında da Bakı-İrəvan sülh razılaşmasının əldə olunacağına münasibətdə nikbin ovqat bəsləyirdilər. Lakin gözlənilənlər özünü doğrultmadı. Belədə ümidlər 2024-cü ilin yanvarına qaldı.
İlk baxışdan, hər şey aydın idi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hansısa maneə yoxmuş kimi gəlirdi. Bəzi prinsipial anlaşılmazlıqların qalmasına rəğmən, bunu İrəvan rəsmiləri də dilə gətirirdilər. Lakin indiki durum tamam fərqli mənzərədən xəbər verir. Mənzərənin ana xəttini isə əvvəldə haqqında söz açdığımız anti-Azərbaycan kampaniyası təşkil edir.
Qeyd edək ki, əvvəllər Ermənistanın danışıqlar prosesində manipulyativ mövqe tutduğunu görürdük. Əslində, həmin manipulyasiyaların 2024-cü il başlayar-başlamaz yenə gündəmə gəldiyinin şahidi olduq. Məsələ burasındadır ki, əvvəllər bu meyil sırf İrəvanın düşüncə məhsulu kimi meydana çıxırdısa, artıq fərqli nüanslar ətrafında düşünməyə ehtiyac yaranıb. Görünür, “meydanda tək qalan döyüşçü deyil” məntiqi işə salınıb. Ona görə də Fransa Senatı, AŞPA, Avropa İttifaqı, Avropa Parlamenti “hərəkətə keçib”. Yəni, ayının armudu dərməsinə dəstək göstərməyə girişiblər.
Bəli, armud sülh müqaviləsidir. İndiki halda ayı Qərbin ermənipərəst dairləridir. İstəkləri sülh müqaviləsini “yeməkdir”, sənədin imzalanmasına yol verməməkdir. Əvvəldə barəsində söz açdığımız sinxronluq və koordinasiya edilmiş fəaliyyət də bundan qaynaqlanır. “Fəaliyyətin” Fransa və Almaniya kimi konkret oyunçuları var. Oyunçular Azərbaycanın beynəlxalq ictimaiyyətin gözündən salınması kursunu götürüblər. Təsəvvür edin, Bakı hazırda nə işlə məşğul olmalıdır, ancaq nəyə qol çırmayıb? Ölkəmiz Qərbin iftiralarına cavab verməyə vaxt sərf edir. Daha doğrusu, sülh üçün ayırmalı olduğu zamanı və enerjini buna xərcləyir.
Mövcud durumda Ermənistan tərəfindən səslənməkdə olan bəyanatlar isə sülhün “başına” çuval keçirməkdir. Hazırda İrəvan tam sərbəstdir. Özünə qarşı heç bir müqavimət hiss etmir... Təsəvvür edin ki, Ermənistanın AŞPA-da ölkəmizə qarşı növbəti düşmənçilik addımlarını idarə edən şəxs ölkə parlamentinin vitse-spikeri Ruben Rubinyandır. O Rubinyan ki, Ermənistan-Türkiyə normallaşma prosesində əsas şəxslərdən biridir. Onu da yada salaq ki, bu məxluq daim sülh və dialoqdan, normallaşmadan danışırdı. Deməli, saxta səmimiyyətlə maskalanırdı. Sual vermirik ki, o, ara səngiyəndən sonra hansı üzlə qaldığı yerdən davam edəcək? Çünki ermənidir, min sifətlidir. Bu yerdə, istər-istəməz, yada böyük rus şairi Aleksandr Puşkinin sözləri düşür: sən köləsən, sən qulsan, sən ermənisən!
Bəli, kollektiv Qərbin Avropa seqmentinin başlatdığı anti-Azərbaycan oyununda məqsəd bəllidir – Azərbaycan-Ermənistan sülh prosesinə zərər vurmaq, onu tamamilə sıradan çıxarmaq, pozmaq. Bu cinah paralel olaraq, Azərbaycan xalqının iradəsini heçə saymaq niyyətinə köklənib. Ölkəmizdə fevralın 7-də keçiriləcək Prezident seçkiləri barədə mənfi rəy formalaşdırmaq, prosesin əhəmiyyətsizliyinə dair görüntü yaratmaq da eyni planın tərkib hissəsidir. Bir sözlə, Azərbaycanı hərtərfli sıxmağa girişiblər. Yaxşı bilirlər ki, ölkəmiz seçkidən sonra yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Gözəl anlayırlar ki, o zaman dövlətimiz öz prinsiplərini daha qətiyyətlə irəli sürəcək. Reallıqları görürlər...
İstəkləri budur ki, dünya miqyasında ölkəmizə qarşı neqativ münasibət formalaşsın. Formalaşsın ki, beynəlxalq ictimaiyyət sülh prosesi ilə bağlı haqlı tələblərimizə qarşı çıxmaq immuniteti qazansın. Hər şey buna hesablanıb. Ona hesablanlıb ki, Ermənistan Cənubi Qafqaz müstəvisində üstünlüyə yiyələnsin. Heç olmasa, vaxt udsun.
Hesab edirlər ki, İrəvan vaxt udub güclənəcək və onun köməyi ilə Cənubi Qafqaz müstəvisində itirilmiş mövqelərini bərpa edəcəklər. Çalışdıqları yalnız və yalnız budur və qəti şübhə yoxdur ki, Ermənistan bir qədər güclü olsa, Azərbaycanın beynəlxalq platformada məşğul duruma düşdüyü indiki dönəmdə ölkəmizə qarşı hücuma keçər. O zaman “ssenari” tam gerçəkləşmiş olar. Təxminən belə: Demokratik Ermənistan “anti-demokratik Azərbaycan” üzərinə yeriyir ki, məzlum Qarabağ ermənilərini öz dədə-baba torpaqlarına qaytarsın. Pafos pafos dalınca sıralanar. Onsuz da işləməyən beynəlxalq hüquq isə yerin dibinə soxular. Dünyanın ikiüzlü media orqanları da reportajlar yayımlayarlar ki, guya, qəhrəman erməni xalqı öz haqqı uğrunda savaş aparır və sair ilaxır.
Ancaq bunu edə bilmirlər. Potensialları yalnız sabun köpüyü və ucuz populizm şousu yaratmağa çatır. Sadəcə vaxtı uzadırlar. Ermənistanı güc- bəla ilə ayaqda tuturlar. Tutsunlar, görək “ölünü” nə zamanadək süni nəfəs aparatında saxlayacaqlar! Görək, Ermənistanın spekulyasiyalarına dəstək vermələri nə qədər sürəcək!
Hazırda AŞPA-da təmsil olunmuruq. Lazım gəlsə, Avropa Şurasından da çıxarıq. Bunu dünən yüksək səviyyədə də bəyan etdik. Yəni, göstərdik ki, heç bir təzyiqdən çəkinmirik. Buyursunlar! Əllərindən nə gəlirsə, etsinlər. Amma sonra bizdən inciməsinlər, ağlaşma qurmasınlar. Əgər ləyaqətləri varsa, düşünsünlər və nəzərə alsınlar ki, özü yıxılan ağlamaz.
Əvəz CAHANGİROĞLU