USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ombudsman: Mirzoyanın fikirləri işğal dövründə Azərbaycan ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin mövcud olduğunu təsdiqləyir


https://img.baki-baku.az/news/2024/01/photo_10770.jpg

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər işğal dövründə Azərbaycan ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin mövcud olduğunu və insanların qəsdən qətlə yetirilməsi məqsədilə ölkəmizə təqdim edilmədiyini təsdiqləyir.

Bu barədə Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib.

O, qeyd edib ki, Ermənistan tərəfindən törədilən mina terroru işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işlərinə mane olur, mülki şəxslərin həyat və sağlamlığını risk altında qoyur, əhalinin öz tarixi yurdlarına təhlükəsiz qayıdışını ləngidir. Birinci Qarabağ müharibəsindən bu günədək Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda basdırdığı minaların partlaması 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, ümumilikdə 3400-dən çox vətəndaşımızın minadan zərər çəkməsi ilə nəticələnmişdir.Bununla da beynəlxalq humanitar hüququn norma və prinsipləri Ermənistan tərəfindən kobud şəkildə pozmuşdur.

Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan tərəfindən minalanmış ərazilərlə bağlı dəqiq xəritələrin varlığı inkar edilmiş və ölkəmizə təqdim olunmamış, bu günədək verilmiş mina xəritələrinin dəqiqlik göstəricisi isə cəmi 25 faiz təşkil etmişdir. Ermənistanın xarici işlər nazirinin son etirafı həmin dövlətin Azərbaycana qarşı müharibə cinayətləri və mina terroru törətdiyini bir daha sübut edir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət