USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak etmək üçün Strasburqa yola düşəcək


https://img.baki-baku.az/news/2024/01/photo_10718.jpg

Yanvarın 22-dən 26-dək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək. Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak etmək üçün yanvarın 20-də Strasburq şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, eləcə də Rafael Hüseynov, Erkin Qədirli, Nigar Arpadarai, Kamal Cəfərov və Sevil Mikayılova daxildir.

Qış sessiyasında AŞPA Bürosunun, Daimi Komitəsinin, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarının hesabatları dinləniləcək, bəzi təşkilati işlərə baxılacaq. Tədbirdə, həmçinin Serbiyada erkən parlament seçkilərinin müşahidəsinin nəticələri, Yaxın Şərq və Avropa regionundakı vəziyyət nəzərdən keçiriləcək, Avropa həbsxanalarında sistemli işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, üzv dövlətlərdə media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmini kimi məsələlər müzakirə olunacaq və müvafiq qərarlar qəbul olunacaq.

 




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət