USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyanın nağılı və sülh gündəmi ilə bağlı növbəti manipulyasiya

Hayların lideri “göydən 3 almanın düşməsini” istəmir


https://img.baki-baku.az/news/2024/01/photo_10623.jpg

Əlbəttə, Ermənistan baş naziri Nikol Paşinyanın hakim “Vətəndaş sazişi” partiyasının təşəbbüs qrupunun iclasında söylədikləri Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirdiklərinə cavab mahiyyəti daşıyır. Hər halda, Nikolun çıxışının məzmunu bunu deməyə əsas verir. Bəs cavab qənaətbəxşdirmi? Əlbəttə ki, yox!

Ondan başlayaq ki, Ermənistanın hökumət rəhbəri Bakıdan gələn bəya­natları sülh prosesinə ciddi zərbə kimi qiymətləndirir. Paşinyan yenə də sər­hədlərin delimitasiyası və demarkasiyası prosesində 1991-ci ilin Alma-Ata Bəyan­naməsinin rəhbər tutulduğunu diqqətə çatdırır. Məsələ ondadır ki, həmişə həmin sənəd haqqında danışan Paşinyan olub. Görəsən, nəyə görə o, barəsində yalnız özünün söz açdığı məsələni prinsipial razılaşma qismində qabardır? Əlbəttə, bu, doğru deyil. Həm də tutalım, Alma-Ata Bəyannaməsi əsasdır. Orada elə bir müddəa varmı ki, Ermənistanın ərazisi 29,8 min kvadratkilometdir? Yoxdur! O zaman deməli, sərhədlərin demarkasi­yası və delimitasiyasından danışanda, həmin bəyannaməyə istinad da əhəmiy­yətini itirir. 

Digər tərəfdən, Alma-Ata Bə­yannaməsi müttəfiq respublikaların SSRİ-dən çıxarkən mövcud olmuş əra­zilərinin onların bir-biri tərəfindən ta­nınmasını əsas götürürdüsə, o zaman İttifaqdan çıxmaq kimi, ora daxil olmağa da diqqət yetirilməlidir. Hər halda, 1920-ci ildə sovetləşmə başlayanda Azərbay­canın ərazisi 86,6 min kvadratkilometr deyildi. Heç Ermənistanın da 29,8 min kvadratkilometr ərazisi yox idi. Məsələn, 1929-cu ildə Ermənistanın SSR tərki­bində Meğri rayonu yaradılmışdı. Bölgə Azərbaycandan qanunsuz yolla alınıb Er­mənistana verilmişdi. Hələ başqa torpaq hədiyyələri də var. Bir sözlə, Alma-Ata Bəyannaməsini ehkamlaşdırmaq düzgün deyil. Düzgün olan Prezident İlham Əli­yevin təklif etdiyi delimitasiya və demar­kasiya formuludur. 

Dövlətimizin başçısı müsahibəsində hazırkı Azərbaycan–Ermənistan sərhəd­lərinin şərti olduğunu demişdi. Ölkəmizin lideri bildirmişdi ki, delimitasiya prose­sində siyasi metodologiya, yaxud xro­nologiya əsas götürülməlidir: “Fəaliyyət hansısa xəritə əsasında qurulmamalı, Azərbaycan və Ermənistanın sərhəd ko­missiyaları işini fəallaşdırmalı, ekspert qrupları yaranmalıdır. Həmin qruplar isə sərhədi qarış-qarış müəyyənləşdirməli­dirlər”.

***

Bəli, N.Paşinyanın “1991-ci ildə Al­ma-Ata Bəyannaməsi qəbul edilən za­man mövcud olan sərhədlər yenidən müəyyənləşdirilməlidir” məntiqi yolve­rilməzdir. Eləcə də onun bu sənəd xü­susunda 2022-ci ilin Praqa və 2023-cü ilin Brüssel görüşlərinə (Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şu­rasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşlər – red.) istinadı da böyük ölçüdə manipulyasiyadan başqa bir şey deyil. Sözügedən görüşlərin ruhu­na zidd davranan da, müharibə məğlubu kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən də Ermənistan olub. Məhz İrəvanın yaramaz mövqeyinə görədir ki, sülh prosesi gözlənildiyi rəvan məcraya daxil olmur. 

Elə baş nazir Paşinyanın Azərbayca­nın Ermənistana qarşı ərazi iddiaları irəli sürməyə çalışdığını vurğulaması da sül­hə zidd təmayüldür. Çünki Bakının belə bir niyyəti yoxdur. Ölkəmiz sadəcə, İrə­vanın səmimiyyət göstərib öhdəliklərinə sadiqliyini istəyir. Bunun qarşılığında isə erməni hökumət rəhbəri belə hesab edir: “Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifləri ilə tanış olarkən belə təəssürat yaranır ki, bu ölkə sonrakı müharibələri legitimləşdirəcək sənəd yaratmağa çalı­şır”.

Bəli, Ermənistan hər vəchlə Azərbay­canı işğalçı kimi qələmə verməkdə israrlı­dır. Bu baxımdan N.Paşinyanın üzərində dayandığı növbəti məsələ hər iki ölkənin qoşunlarını sərhəddən geri çəkməsidir. Qeyd edək ki, mövzu hələ ötən ilin son­larına doğru gündəmə gətirilmişdi. Bu, tam yolverilməzdir. Çünki konkret sərhəd xətti yoxdur. O zaman Azərbaycan nə üçün öz qoşunlarını tutduğu mövqedən geri çəkməlidir? Ordumuz ölkəmizin təh­lükəsizliyi baxımından strateji nöqtələri ələ keçirib. Məsələnin qoyuluşu budur, vəssalam!

***

Məlumdur ki, Ermənistan ordusunda islahat adı ilə kütləvi silahlanma həyata keçirilməkdədir. Fransa başda olmaqla, dünyanın müxtəlif qütbləri də bu prosesə fəal dəstək göstərməkdədirlər. Nəzərə alsaq ki, ölkədə revanşist qüvvələr var, həmçinin rəsmi İrəvan Azərbaycanla sülh məsələsində heç bir səmimiyyət nümayiş etdirmir, o zaman elementar məntiq isla­hatların yeni müharibə hazırlığı olduğunu deyir. Paşinyan isə öz aləmində iz azdırır. O, təklif edir ki, Azərbaycan və Ermənis­tan silahlara nəzarətlə bağlı saziş imza­lasınlar. 

Göründüyü kimi, bu da Ermənistan rəhbərinin növbəti manipulyasiyasıdır. Axı necə ola bilər ki, hər iki ölkə bir-bi­rinin silahlanmasına nəzarət mexanizmi əldə etsinlər. Belə bir şey mümkün deyil. Deməli, Paşinyanın “ona görə də biz de­yirik: gəlin elə sülh müqaviləsi imzalayaq ki, müharibə ehtimalının qarşısını alsın” bəyanatı da səmimiyyətdən uzaqdır. Çünki İrəvanın silahlanmaya sülh müqa­viləsinin imzalanmasından daha səylə yanaşdığı ortadadır.

Ermənistanın baş naziri bildirir ki, Azərbaycan zaman-zaman Ermənistan ərazisi ilə bağlı “dəhliz” diskursunu for­malaşdırmağa çalışır. Aydındır ki, Nikol “Zəngəzur dəhlizi”ni nəzərdə tutur. O da aydındır ki, “Zəngəzur dəhlizi” Azərbay­canın digər ərazilərini Naxçıvanla birləş­dirən yol məntiqinə əsaslanmaqdadır. Məsələ Azərbaycan, Rusiya və Ermənis­tan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında əksini tapıb. İrəvan həmin bəyanatı saya salmır. Yəni, Ermə­nistanın öhdəliklərini yerinə yetirmədiyini vurğulayırıqsa, məhz bu məqamın üzə­rində dayanırıq. Bir halda ki, Ermənistan öhdəliyini yerinə yetirmək istəmir, Azər­baycanın alternativlər axtarması təbiidir. 

Prezident İlham Əliyev istər ötən ilin sonunda, istərsə də yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bil­dirmişdi ki, ölkəmizin Ermənistana qarşı ərazi iddiası yoxdur. İstəyimiz Naxçıva­na asan yoldur. Asan yolda isə hansısa sərhəd və gömrük nəzarəti olmamalıdır. İndi Bakı Naxçıvana yol xüsusunda İran ərazisini əsas götürür. Paşinyan isə bil­dirir ki, Ermənistan Azərbaycanın İslam respublikası ilə razılaşdığı şərtlərlə Nax­çıvana yolun getməsinə razıdır. Bəs öh­dəlik? Axı hər işdə bir prinsip olmalıdır. Prinsip onu diktə edir ki, Naxçıvana ge­dəcək yolda nəzarəti öz öhdəliyini yerinə yetirməkdən yayınmağı adətə çevirmiş Ermənistan edəcəksə, o zaman İran va­riantı daha məqbuldur. Hətta İran ərazi­sindən yol sərhəd nəzarəti həyata keçi­rilməklə olsa belə məqbuldur. Hər halda, Ermənistanın təhlükəsizlik zəmanəti ilə İranın təhlükəsizlik zəmanəti ayrı-ayrı məsələlərdir. Yəni, ikinci daha güvənli­dir, nəinki birinci. Həm də ona görə gü­vənlidir ki, işğal illərində Azərbaycanın Naxçıvanla quru əlaqəsi vasitəsilə olub və mövcud istiqamətdə hansısa insident qeydə alınmayıb. Ancaq 1988-ci ildən başlayaraq, Bakıdan Naxçıvana və əks istiqamətə gedən qatarlar Meğri ərazisin­dən keçərkən həmişə daşa basılıb. Kim təminat verə bilər ki, eyni hal yenidən yaşanmayacaq? Deməli, Azərbaycan Ermənistanın təhlükəsizlik zəmanətinə etimad göstərməməkdə haqlıdır. 

Azərbaycan, eyni zamanda, ona görə haqlıdır ki, Ermənistan hazırkı manipul­yasiyalarını da haqqında söz açdığımız üçtərəfli bəyanata kökləməkdədir. N.Pa­şinyan sənədin ölkəsi üçün əhəmiyyətini itirdiyini vurğulayır. Belə çıxır ki, Qara­bağda qeyri-qanuni erməni hərbi birləş­mələri qalmalı imiş. Ən əsası isə Nikolun dediklərindən bu qənaətə gəlmək müm­kündür ki, bölgədəki separatçı rejimin saxlanılması da üçtərəfli bəyanatdan irəli gəlirmiş. Bu yanaşmanın özü nəinki manipulyasiyadır, habelə, Azərbaycana qarşı ərazi iddiasıdır. Sən demə, ölkəmiz sentyabrın 19-da keçirdiyi lokal xarakterli uğurlu antiterror tədbirləri ilə Qaraba­ğa yiyələnəndə və özünün suverenliyini bərpa edəndə üçtərəfli bəyanat əhəmiy­yətini itiribmiş. Hər halda, Paşinyanın tipik erməni həyasızlığının obrazı kimi çıxış etdiyi aşkardır. Həyasızlığın növbəti göstəricisi isə Nikolun üçtərəfli bəyanat­da Rusiyanın rolunu inkar etməsidir. O, Naxçıvana yolda Rusiya Federal Təh­lükəsizlik Xidmətinin təhlükəsizliyi qoru­malı olduğuna dair bəndi nəzərə almır. 

Bir daha bildirək ki, Prezident İlham Əliyev Naxçıvana yola “Azərbaycandan –Azərbaycana yol” məntiqi ilə yanaşır və orada heç bir sərhəd və gömrük nəzarə­tinin olmamasını vacib sayır. Dövlətimizin başçısının Naxçıvana asan yolun Azər­baycanın legitim haqqı olduğunu vurğu­laması da bu prinsipdən irəli gəlməkdə­dir. Paşinyan isə özünün bəsit suverenlik məntiqinə söykənərək, məsələni qanun pozuntusu kimi dəyərləndirir. 

***

Nəhayət, Ermənistan baş nazirinin “Vətəndaş sazişi” partiyasının təşəbbüs qrupunun iclasında üzərində dayandığı növbəti məqam anklav və eksklavlarla bağldır. Məlumdur ki, hazırda Naxçıvanın Kərki kəndi və Qazaxın yeddi kəndi Er­mənistanın işğalı altındadır. Ümumilikdə səkkiz kəndimiz. Prezident İlham Əliyev müsahibəsində bu durumu dözülməz adlandırmışdı və bildirmişdi ki, xüsusən də dörd kənd anklav deyil və dərhal Azərbaycana qaytarılmalıdır. Paşinya­nın bildirdikləri isə bu mövzunun da Er­mənistanın manipulyasiyası predmetinə çevrildiyinin təsdiqidir. Məsələn, Nikol deyir ki, ərazilərin, sərhədlərin, eləcə də anklav və eksklavlar məsələsinin həlli üçün Azərbaycanla qarşılıqlı razılaşdırıl­mış xəritələr əsasında əməli addımların atılması vacibdir. Görəsən, qarşılıqlı ra­zılaşdırılmış xəritə nə deməkdir? Üstəlik, Paşinyan: “Azərbaycan dörd kəndin, Er­mənistan isə həyati əhəmiyyətli əraziləri işğal olunmuş 32 kəndin məsələsini qal­dırır. O cümlədən, Geqarkunik rayonu ilə bağlı məsələni. 

Alma-Ata Bəyannaməsinə əsasən biz deyirik ki, Ermənistanda Azərbay­can tərəfindən işğal olunmuş ərazilər olmamalıdır. Ona görə də Ermənistanın “de-yure” Azərbaycana məxsus olan bəzi ərazilərə nəzarət etdiyi ortaya çıxarsa, Ermənistan oranı tərk etməli, Ermənista­na məxsus və Azərbaycanın nəzarətində olan ərazilərdən isə Azərbaycan çıxma­lıdır”.

Göründüyü kimi, Nikol Paşinyan, necə deyərlər, yeni oyun qaydaları icad edir. Hər halda, 32 kənd söhbəti yenilik­dir. Belə çıxır ki, o, Azərbaycanın haqlı tələbini yerinə yetirməkdən boyun qaçırır. Boyun qaçırır və yenə də Alma-Ata Bə­yannaməsi müstəvisində nağıl danışma­ğa üstünlük verir. “Qarşılıqlı razılaşdırıl­mış xəritə” məntiqini ortaya atan erməni baş nazir əlavə edir ki, əraziləri dəqiqləş­dirməyin yolu sözügedən bəyannamənin müddəalarını əks etdirən xəritələri əsas götürməkdir. Daha dəqiq desək, xəritələri əsas götürməklə reallıqları yerində qiy­mətləndirmək, sonra reallıqları xəritələrlə uzlaşdırmaq. Yəni, Nikol balaca ağlı ilə dolaşıq bir mənzərə formalaşdırır. 

Məlumdur ki, N.Paşinyan 1970-ci ildən sonrakı xəritələri əsas tutmağın tərəfdarıdır və bunu bir neçə dəfə də bə­yan edib. Azərbaycan Prezidenti isə mü­sahibəsində bildirmişdi ki, həmin dövrün xəritələrinə istinadın heç bir məntiqi yox­dur: “Onlar məhz buna görə 1970-ci illə­rin xəritələrini əsas götürmək istəyirdilər. Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? Deyin, mənə izah edin, bunun han­sı metodoloji əsasları var, siyasi əsasları var? Yoxdur. Əgər biz siyasi əsaslarına istinad etsək, onda istinad nöqtəsi kimi ya Azərbaycan Xalq Cümhuriyyətinin yaran­ması dövrünü, ya da sovetləşmə dövrünü götürməliyik. O olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstün­lük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni, siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istə­yirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni, “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik”.

Sonda onu da bildirək ki, N.Paşinya­nın hakim “Vətəndaş sazişi” partiyasının təşəbbüs qrupunun iclasında söylədik­ləri Ermənistanın Azərbaycanla müna­sibətlərə, o cümlədən, sülh gündəliyinə qeyri-konstruktiv yanaşmasının növbəti göstəricisidir. Bu isə o deməkdir ki, ölkə Cənubi Qafqazda gərginliyin saxlanıl­masında maraqlıdır. İrəvanın belə dav­ranması isə həm də 2024-cü ilin gərgin keçəcəyinin anonsudur. 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Əvəz RÜSTƏMOV