USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransada Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktı ilə əlaqədar etiraz aksiyası keçirilir


https://img.baki-baku.az/news/2024/01/photo_10593.jpg

Fransada azərbaycanlı şair Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına cavab olaraq, Azərbaycan və türk icmalarının üzvləri yanvarın 13-də Evianda etiraz aksiyası keçirirlər.

Azərbaycan icmasının üzvləri aksiyanın keçirilməsi üçün yerli hakimiyyət orqanlarından icazə alıb və hüquq-mühafizə orqanları aksiya zamanı təhlükəsizliyi təmin edirlər.

Fransadakı Azərbaycan icması tərəfindən təşkil olunan etiraz aksiyasında Xurşidbanu Natəvanın irsinin qorunmasına, Eviandakı “Azərbaycan bağı”nın adının bərpasına, ədəbiyyatda, eləcə də qadın azadlığında böyük rolu olan X. Natəvanın xatirəsini ehtiramla anmağa və onun irsinin qorunub saxlanması üçün həmrəyliyə çağırışlar edilib.

Etirazçılar “Natəvanın mədəni irsini qoruyaq!”, “Azərbaycan bağının adının bərpasını tələb edirik!”, “Görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın irsini müdafiə edək!”, “Natəvanın ədəbiyyatda və qadın davasında oynadığı rola hörmətlə yanaşaq!”, “Natəvan irsinin, mədəni irsin qorunub saxlanması üçün birləşək!” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian-le Bən şəhərinə hədiyyəsi olaraq “Azərbaycan bağı”nda ucaldılmış heykələ qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də narahat edib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət