USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Papa Fransisk Azərbaycan və Ermənistanı sülh müqaviləsi imzalamağa çağırıb


https://img.baki-baku.az/news/2024/01/photo_10506.jpg

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesinin əhəmiyyətindən danışıb.

Yanvarın 8-də Papa Fransisk Müqəddəs Taxt-Tacda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri üçün təşkil edilən ənənəvi illik tədbirdə çıxış edib. Roma Papası Vatikanın 2023-cü ildəki fəaliyyəti, habelə 2024-cü il üzrə hədəfləri barədə məlumat verib, həmçinin dünyada baş verən proseslərə dair fikir və çağırışlarını səsləndirib.

Cənubi Qafqaz regionundakı vəziyyətə toxunan katoliklərin ruhani lideri tərəfləri sülh müqaviləsini imzalamağa çağırıb. O, bölgənin sakinlərinin çətin humanitar vəziyyəti ilə bağlı həll yolu tapmaq, köçkünlərin öz evlərinə qanuni və təhlükəsiz şəkildə qayıtmasını təşviq etmək, orada müxtəlif dini icmalara məxsus ibadət yerlərinə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb. Deyib ki, bu addımlar çox arzulanan sülh baxımından iki ölkə arasında etimad mühitinin yaradılmasına kömək edəcək”.

Ölkəmizin Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov isə Papa Fransiskə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və təbrikini çatdırıb, Roma Papasını ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına iştiraka dəvət edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət