- Daxili siyasət
- 11:03 30.09.2024
Mövzumuz qorxu barədədir. Yəni, Fransanın erməni qorxusu barədə. Yazının sonlarına doğru bu qorxunun konkret nədən qaynaqlandığını diqqətə çatdıracağıq. Onu da görəcəksiniz ki, erməni qorxusu təkcə Fransa üçün aktual deyil. Sən demə, hamı ermənilərdən ehtiyat edirmiş. Baxın, dünyanın müxtəlif ölkələrində erməni təəssübkeşliyi var və bunlar heç də səbəbsiz deyil...
Fransanın qatı ermənipərəst mövqe tutduğu aşkardır. Dəfələrlə görmüşük ki, bu ölkənin rəsmiləri bir murdar xislətli ermənidən daha murdar olmağa çalışırlar. Özü də iddialarını ağına-bozuna baxmadan, bütün beynəlxalq hüquq normalarını aşaraq ortaya qoyurlar. Ümumən, Fransa cəmiyyətinin də mövcud istiqamətdə “canfəşanlığı” diqqətdən yayınmır.
Bəli, rəsmi Parisin, o cümlədən, Prezident Emmanuel Makronun son dövrlər nümayiş etdirdiyi ermənipərəstliyin heç bir əndazəyə sığmadığı məlumdur. Bir müddət əvvəl ölkənin sabiq prezidenti Fransua Olland da Fransa üçün erməni amilini, az-qala, ölüm-dirim məsələsi kimi təqdim etmişdi. Onun sözlərindən belə çıxırdı ki, Ermənistanı müdafiə ölkəsi üçün son dərəcə müqəddəs vəzifədir. Bir sözlə, Olland özünü tarixi Xaç yürüşlərinin ilhamvericisi kimi tanınan Roma papası II Urbana bənzətmişdi. Elə təəssürat yaratmışdı ki, İsa peyğəmbərin (ə.) qəbri Qüdsdə yox, İrəvandadır və onu xilas etmək dünya xristianlarının borcudur.
Əlbəttə, bu yerdə Fransadakı erməni lobbi və diaspor təşkilatları amili üzərində də dayanmaq lazımdır. Bu qurumlar ölkənin həyatına təsir göstərmək gücündədirlər. O cümlədən, seçkilərə. Ancaq bütün dediklərimizin fonunda yenə də sual yaranır: niyə Fransa Ermənistanı dəstəkləyir? Nəyə görə İrəvan Paris üçün vazkeçilməzdir?
Bəli, istər-istəməz bu bağlantıda hansısa başqa məqamlar da axtarmaq zərurəti meydana çıxır. Əlbəttə, ilk növbədə, mənəvi bağ barədə düşünmək mümkündür. Ancaq görürük ki, ermənilər Fransa cəmiyyətində nə qədər aktiv olsalar da, onların fəallığı klassik fransız estetik ruhu ilə çulğalaşmış durumda deyil. Məsələn, erməni varlığı Rusiyanın həyatında daha çox ziyalı ampluasındadır, nəinki Fransanın. Elə isə nə? Bəlkə elə qorxu?
Qorxu psixoloji baxımdan həm də yönləndirən vasitədir. Bəzən təkcə fərdləri yox, bütöv bir toplumu idarə edir. Bəzən də dövlətlər qəsdən yaratdıqları qorxu mifi ilə öz cəmiyyətlərini nizama salırlar. Məsələn, ermənilər tarixən türklərin böyüklüyündən qorxublar. Əlbəttə, eyni zamanda, onlara paxıllıq da ediblər. Tədricən, paxıllıqları mərdimazarlığa çevrilib. Daha sonra isə nifrətə.
Göründüyü kimi, ortada qorxunun müəyyənləşdirdiyi trayektoriya var. Yeri gəlmişkən, qorxunun yaratdığı gücün təsdiqi baxımından daha bir tarixi örnək də mövcuddur. Götürək, “monqol” ifadəsini. Yəqin, fikir vermisinizsə, məişətdə, ara söhbətlərində kimsə qammaz, key təsir bağışlayan digərinə qeyri-ixtiyari “monqol” deyir. Sizcə, monqollar qanmazdırlar? Xeyr! Bu deyimi üç yüz il Monqol imperiyasının əsarətində qalmış ruslar onlara olan qorxularını yenmək üçün işlədiblər. Təxminən belə: monqol, yəni vecsiz, əhəmiyyətsiz adam.
Belə görünür, Fransa dövləti erməni qorxusunu dəf etmək üçün heç bir iksir tapmayıb. Eləcə də digərləri. Bəs, qorxu nədəndir? Şübhəsiz ki, terrordan. Çünki erməni varlığının düz-əməlli bacardığı iş elə terrordur. Dediklərimizin təsdiqini “Армянский геноцид: миф и реальност” («Erməni soyqırımı: mif və reallıq») kitabında yazılanlarda da görmək mümkündür. Bu nəşrdə yer alanlar ən çox Fransanın, ümumilikdə isə dünyanın erməni qorxusunun səbəblərinə aydınlıq gətirmək baxımından önəmlidir.
Beləliklə, “Армянский геноцид: миф и реальност” kitabında Vaşinqtondakı Türk Tədqiqatları İnstitutunun direktoru, professor Hit Louri tərəfindən 1973–1987-ci illərdə erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində həyata keçirdikləri terror aktlarının sayı göstərilir. Sən demə, həmin illərdə ermənilərin ən çox terror törətdikləri ölkə məhz Fransadır. Təkcə Fransada qeyd edilən zaman kəsiyində bu mənfur aktların nəticəsində ölənlərin sayı 87, yaralananların sayı 360-dır.
Kitabda, həmçinin 1973–1987-ci illərdə erməni terrorçularının dünyanın müxtəlif ölkələrində gerçəkləşdirdikləri aktların təsnifatı da verilib. Maraqlıdır ki, Fransadan sonrakı yeri ABŞ tutur. Fransada həmin mərhələdə 61 terror aktı törədilmişdisə, ABŞ-da bu rəqəm 22-dir. Siyahıda üçüncü yeri 20 terror aktı ilə Livan tutur. O Livan ki, oradada da erməni varlığına xüsusi yanaşılır. Maraqlıdır ki, Birinci dünya müharibəsindən sonra əbədi bitərəfliyini elan edən İsveçrə siyahıda dördüncü yerdə qərarlaşıb. Burada erməni terror təşkilatlarının gerçəkləşdirdikləri aktların sayı 19-dur. İlk beşliyi 14 terror aktı ilə İran tamamlayır.
1973–1987-ci illərdə erməni terror təşkilatları İtaliyada 13, Belçikada 7, İspaniyada 6, Almaniyada 5, Türkiyədə 5, Kanadada 5, Danimarkada 4, İngiltərədə 4, Yunanıstanda 3, Avstriyada 3, Portuqaliyada 2, Avstraliyada 2 terror aktı törədiblər. Bundan başqa, həmin müddətdə Bolqarıstan, Lüksenburq və keçmiş Yuqoslaviya da erməni terrorunun qəzəbinə tuş gəlmiş ölkələrdir. Bu terror aktlarının ümumi sayı 198 olub ki, nəticədə 143 şəxs həyatını itirib, 636 nəfər yaralanıb.
Əlbəttə, erməni terroru ilə bağlı digər faktlar da var. Yəni, “Армянский геноцид: миф и реальност” kitabı tək deyil. Ancaq elə yalnız bu kitabda yazılanlara diqqət yetirəndə Azərbaycanın 44 günlük müharibədə Ermənistanı diz çökdürməklə, necə böyük bəşəri missiya yerinə yetirdiyini görmək mümkündür. Tam qətiyyətlə demək olar ki, ölkəmizin Zəfəri terrora bulaşmış dünya erməniliyinə də vurulmuş son dərəcə sarsıdıcı zərbədir. Amma görün, terror qorxusu dünyanın canına nə qədər hopub ki, yenə də ermənipərəstliyindən qalmır.
Ə.RÜSTƏMOV