USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rəşad Məcid: Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin müsahibələri jurnalistika tədrisi üçün bir vəsaitdir


https://img.baki-baku.az/news/2023/12/photo_10396.jpg

Ulu Öndər Heydər Əliyevin mətbuata böyük önəm verməsi onun bütün müsahibələrində açıq şəkildə görünür. 1998-ci ilin avqustu mətbuat üçün bir bayram oldu. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə senzura ləğv edildi. Bu hadisə dünya mediasında böyük hay-küylə təqdim olunmuşdu. Senzuranın ləğvindən sonra mətbuat-məmur qarşıdurması daha da artmışdı. Ümummilli Lider o zaman da mətbuatı müdafiə edirdi.

Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransda çıxışında deyib.

O bildirib ki, Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin müsahibələri jurnalistika tədrisi üçün bir vəsaitdir.

Rəşad Məcid Şuşada keçirilən Qlobal Media Forumunun ənənə halını alacağına əminliyini ifadə edərək bildirib: “Növbəti illərdə də bizim dünyanın müxtəlif ölkələrindən gələn məşhur jurnalistlərlə görüşlərimiz olacaq, Prezident İlham Əliyev də onların suallarına bizi qürurlandıracaq şəkildə cavablar verəcək”.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət