USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakıda AZƏRTAC-ın təşkilatçılığı ilə “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir


https://img.baki-baku.az/news/2023/12/photo_10387.jpg

Dekabrın 27-də AZƏRTAC-ın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransdan əvvəl “Heydər Əliyev-100” fotosərgisinə baxış keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda bütün sahələrdə silinməz izlər qoyub. O, Ulu Öndərin söz azadlığı və KİV-lərin inkişafı yolundakı gördüyü işlərdən bəhs edərək deyib: “Ümummilli Liderin söz azadlığı və KİV-lərin inkişafı yolunda ilk və ən mühüm addımlarından biri 1998-ci ildə mətbuatda senzuranın tam ləğv edilməsi oldu. Bu, cəsarətli, hətta ola bilər ki, riskli addım idi. Çünki respublika siyasi sarsıntılardan sonra yenicə özünə gəlirdi, qaynar fazada olmasa da, müharibə vəziyyətində idi, bir neçə dövlət çevrilişi cəhdini arxada buraxmışdı. Amma ölkədə demokratik islahatlara başlayan Heydər Əliyevin uzaqgörənliklə hesab etdiyi kimi, bu qərar Azərbaycan mediasının fəaliyyətinə yeni nəfəs verdi”.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət