USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

MSK ilk dəfə Ekspert qruplarının üzvləri üçün yaddaş kitabçası hazırlayıb


https://img.baki-baku.az/news/2023/12/photo_10367.jpg

Mərkəzi Seçki Komissiyası ilk dəfə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası hazırlayıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən  bildiriblər ki, layihə vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan müraciət və şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və onlara metodiki kömək göstərilməsi üçün reallaşdırılıb.

Nəşrdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun Ekspert qruplarının üzvlərinə müraciəti yer alıb. Sədr müraciətində ilk dəfə seçkilərin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlar da daxil olmaqla, respublikamızın hər bir bölgəsində keçirildiyini vurğulayır. O, həmçinin Ekspert qrupu üzvlərinin vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasında böyük məsuliyyət daşıdığını xatırladır və onların seçki qanunvericiliyində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərinin öhdəsindən peşəkarlıqla və layiqincə gələcəyinə inandığını bildirərək, məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayır.

Kitabçada seçki hüququ ilə bağlı müraciətlərə baxılması, şikayət və müraciətlərin araşdırılması müddətləri, ardıcıllığı, qaydaları və sübutların qiymətləndirilməsi, habelə rəy və qərar layihəsinin hazırlanması prosedurları müfəssəl izah olunub.

Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında hazırlanıb.

“Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində (www.msk.gov.az) də yerləşdirilib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət