USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Siyasət nəhəngi

Azərbaycan xalqı – torpaqlarımız Ermənistanın işğalından azad edildikdən sonra rahat nəfəs alır, qəddini düzəldib başını uca tutur. Bir qərinə eyni açılmayan insanlarımız indi alnıaçıq, çöhrələri təbəssümlü gəzir, qürur hissi keçirir, yüksək əzmkarlıqla hariqələr yaradır. Bəli, qalib xalqımız işğaldan azad olunmuş şəhər və rayonlarımızda, qəsəbə və kəndlərimizdə geniş, fundamental quruculuq işləri aparır.


https://img.baki-baku.az/news/2023/12/photo_10341.jpg?v=MjAyMy0xMi0yNCAxMjozMjoxNg==

44 günlük Zəfər müharibəsi zamanı erməni vandallarının tapdağından qurtulmuş ərazilərimizə böyük qayıdış başlamışdır. Qarabağın mədəniyyət mərkəzi Şuşada artıq həyat öz ahənginə qovuşur, Zəngilan, Laçın və Füzuli rayonlarında keçmiş qaçqınlar öz doğma torpaqlarına qayıdırlar. Ermənistanın quldur ordusunun caynaqlarından qoparılmış Qarabağın digər rayonlarına da yaxın gələcəkdə insanların mərhələli qayıdışı başlayacaqdır.

         Bu qısa tezisləri qeyd etməklə bildirmək istəyirəm ki, nankor erməni qonşularımızın 30 il işğal altında saxladıkları və bu müddət ərzində xarabalığa çevirdikləri ərazilərimizi müzəffər ordumuz azad etdikdən sonra misli görülməmiş quruculuq işləri aparılır, müasir şəhərlər salınır, dünya standartlarına cavab verən magistrallar çəkilir, beynəlxalq idman meydançaları düzəldilir, digər lazımi strukturlar yaradılır. Artıq Qarabağ iqtisadi rayonunda iki beynəlxalq aeroport fəaliyyət göstərir.

         Məhz bütün bunlar xalqımıza kim bəxş etmişdir? Bu sualın bircə dolğun cavabı var: Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, onun rəhbərliyi altında müzəffər ordumuz. Və bu zəfər çox da asan qazanılmamışdır. Dərin zəkanın, düşünülmüş düzgün siyasətin, titanik fəaliyyətin nəticəsində qələbə sahibi olduk. İndi fəxrlə deyirik: Biz qalib xalqıq. Və həmişə düşünürük biz xoşbəxt insanlarıq ki, dünyamiqyaslı siyasətçi, vətəninin, xalqının dayağı olan İlham Əliyev kimi Prezidentimiz var.

         Daxili və xarici siyasəti ilə diqqəti cəlb edən, ordu quruculuğunu mükəmməl bilən, diplomatiyanın dərinliklərinə nüfuz edən, ölkəsinin inkişafını, sosial-iqtisadi məsələlərini daim gündəmdə saxlayan, sözünə əməl edən, ciddi xarakterli, dərin bilikli, möhkəm iradəli, hər bir azərbaycanlının möhtərəm Prezidenti İlham Əliyev 20 ildir əvəzolunmaz Prezident kimi fəaliyyət göstərir. Bu müddət ərzində Azərbaycan böyük inkişaf yolu keçmiş, dünyada tanınmış, Cənubi Qafqazda lider ölkəyə çevrilmişdir. Bu, məhz Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin zərgər dəqiqliyi ilə həyata keçirdiyi siyasətin sayəsində olmuşdur.

         İlham Əliyev cənabları həm də xalqına xoş müjdələr çatdıran İnsandır. 2020-ci ildə ikinci Qarabağ müharibəsi dövründə müzəffər ordumuzun 44 gün qazandığı uğurlar barədə məlumatları xalqına və bütün dünyaya məhz Azərbaycan Prezidenti, Ali Baş Komandan hər gün özü çatdırırdı. Hər bir ölkə vətəndaşı ekranlarda, efirlərdə müzəffər sərkərdəmizi eşitməyə tələsirdi.

         İkinci Qarabağ müharibəsi zamanı Cənab İlham Əliyevin fəaliyyəti təkcə döyüş meydanlarında uğurlar qazanmaqla məhdudlaşmırdı. O, eyni zamanda düzgün diplomatik gedişləri də genişləndirir, dünya siyasət aləmində öz layiqli yerini tuturdu. Müharibənin qızğın çağlarında 30 yaxın xarici ölkənin aparıcı televiziya kanallarının, qəzetlərin müxbirlərinə verdiyi geniş müsahibələri yada salmaq kifayətdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasət nəhəngi olduğuna öz varlığı kimi inanasan. Həmin müsahibələr zamanı Azərbaycanımızı sevməyən bəzi ölkələrin çılğın jurnalistlərinin çox məntiqsiz, dolaşıq suallarına zəngin diplomatiya təcrübəsi, dərin siyasi biliyi ilə verdiyi geniş cavabların mətnində həm də qarşısındakılara suallar yağdırır, müsahibini, necə deyərlər, nokauta salırdı. Mən burada bir fikir səsləndirmək istəyirəm. Dünya jurnalistlərini bir yerə toplasalar İlham Əliyevə birinci yer verərlər. O, siyasət nəhəngi statusu alar. Bu həqiqətən belədir. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına rəhbərlik etmək, onu təşkilata çevirmək təkrar edirəm, nəhəng siyasətçinin işidir. Bu böyük bir təşkilata rəhbərliyin daha bir il Azərbaycan Prezidenti İlham Əliyevə yekdilliklə həvalə edilməsi 120 ölkənin başçılarının, dövlət rəhbərlərinin Prezidentimizə böyük etimadın, inamın, mərhəmətin təzahürüdür.

         Ölkəmizin müstəqil beynəlxalq idman və mədəni tədbirlərə konfrans və simpoziumlara ev sahibliyi etməsi də möhtərəm Prezidentimiz İlham Əliyevin düzgün siyasətinin nəticəsidir. Belə tədbirlər isə artıq çoxdur. Onların hər biri haqqında ayrıca söhbət açmağa ehtiyac duymuruq, çünki onların barəsində həmişə geniş məlumatlar verilir, müzakirələr aparılır.

         Özünün təbirincə desək, çox hörmətli Prezidentimiz İlham Əliyev sözünün ağasıdır. O, düşmən tapdağından azad edilmiş torpaqlarımızı gülüstana, gözəl diyara çevirəcəyinə söz vermişdir. Və bu mühüm işi çox sürətlə həyata keçirir. Sevindirici haldır ki, cənab Prezidentimiz verdiyi tapşırıqları daim öz nəzarətində saxlayır. Vaxtaşırı bölgələrə gedir, işlərin gedişatını, keyfiyyətini yoxlayır. Prezidentimizi isti yay günlərində, yağışlı, qarlı havalarda Qarabağ bölgəsində görəndə adamın ürəyi dağa dönür. Azad torpaqlarımızda yeni məskunlaşmış sakinlərin arasında olmaq, ad günlərini onların yanında qeyd etmək, əsgər və zabitlərimiz ilə görüşmək Prezidentimizin xalqa bağlılığıdır.

         Erməni quldurlarından təmizlənmiş, öz doğma sahiblərinə qaytarılmış rayonlarımızda -  Şuşada, Xankəndidə, bölgənin digər şəhər və rayonlarında keçirilən tədbirlər – məsələn, Xarı Bülbül Festivalı, Vaqif poeziya günləri, Ağdamın “Qarabağ” və Bakının Mərkəzi Ordu Klubunun Xankəndi stadionunda görüşləri xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın yarışı məhz Xankəndində izləmələri xüsusi anlardan biridir.

         Mən ikinci Qarabağ müharibəsi zamanı yazdığım silsilə məqalələrdən birində Ulu Öndərimiz Heydər Əliyevə müraciətlə qeyd etmişdim ki: Ruhun şad olsun, sizin siyasi kursunuzun, ideya və tapşırıqlarınızın layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, sevimli oğlunuz İlham Əliyev ləyaqətlə davam etdirir, əzmkarlıqla həyata keçirir. Unudulmaz Ulu Öndər! Sizə bir daha müraciət edərək bildirirəm ki, möhtərəm İlham Əliyev ideyalarınız əsasında öz fəaliyyətini genişləndirərək dünya ictimaiyyətinə nüfuz edir. Beynəlxalq siyasətdə layiqli yerini tutur. Onun həm hərbi, həm quruculuq, həm də iqtisadi sahədə böyük uğurları var və beynəlxalq aləmdə onunla razılaşırlar.

         Xalqımızın həmişəyaşar Ulu Öndəri! 2023-cü il Prezidenti İlham Əliyevin  “Heydər Əliyev” ili adlandırılır. İl artıq başa çatmaq üzrədir. Ötən bir il ərzində Azərbaycan xalqı, digər ölkələrin təşkilat və nümayəndələri mübaliğəsiz hər gün sizi yaradıcılığınıza müraciət etmiş, bəhrələnmişlər. Və bundan sonra da Sizin ideyalarınıza nüfuz ediləcəkdir. Bütün bunlar İlham Əliyev təntənəsinin davamıdır. 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcəkdir. Artıq İlham Əliyevin prezidentliyə namizədi qeydiyyata alınmışdır. Bununla bağlı bütün Azərbaycanda seçkilər keçiriləcək. Azad olunmuş torpaqlarımız da daxil olmaqla hər yerdə yığıncaqlar keçirilir, fikirlər, rəylər söylənilir. Bütün tədbirlərdə İlham Əliyevin namizədliyi tam müdafiə olunur.

         Adi bir misal. Bu günlərdə Bakının Yasamal Bələdiyyəsində Heydər Əliyev ili ilə prezidentliyə namizədlə bağlı və qurumun ilin yekunlarına aid geniş tərkibdə toplantı keçirilmişdir. Toplantı iştirakçıları bir nəfər kimi İlham Əliyevin namizədliyini dəstəklədi. Bu rayon miqyasında olan bir təşkilatın yığıncağı idi.

         Respublikamızın əksər idarə və təşkilatlarında toplantılar keçirilir. Çox qürur verici haldır ki, hamı möhtərəm Prezidentimizin 20 illik fəaliyyətinə böyük dəstək verir, yenidən prezident seçilməsinə əminlik bildirir. Bunu İlham Əliyev özü qazanmışdır.

 

ƏNVƏR MƏŞƏDİYEV




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət