USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qoç döyüşündə çəpişin nə işi var?

Yaxud “qırmızı kart” almış topdaşıyanın yenidən meydana girmək həvəsi


https://img.baki-baku.az/news/2023/12/photo_10290.jpg

Bu oyun uzun çəkdi, amma nəticəsi əvvəlcədən bəlli idi. Ümumən, Cənubi Qafqazda böyük oyunlar gedirdi. İştirakçıların kontingenti kimi, ssenariyə görə səhnəyə çıxarılan oyunçuların niyyəti də rəngarəngliyi ilə seçilirdi Otuz il idi ki, hərbi teatr meydanında cövlan edən böyük və təcrübəli “sənətkarlarla” yanaşı, hərdən onların dəsmal daşıyanları, suflyorları da auditoriyanın gözünə görünürdü.         Artıq oyun bitib, pərdə də endirilib

Hayların bir Samveli var. Xankəndidəki gorbagor olmuş separatçı rejimin qondarma “təhlükəsizlik şurasının katibi”, ara qarışanda dabanına tüpürüb İrəvana qaçanlardan birincisi olan Samvel Babayanı deyirik. İndi o, Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi rəsmən tanıyan və Bakı ilə sülh sazişi imzalamaq istəyən İrəvan hakimiyyətinə qarşı çıxır. Həmin fərari və “dərinzəkalı” siyasətçi olan bu məxluq iddia edir ki, əgər iki ölkə arasında sülh sazişi imzalansa, müharibə yenidən başlayacaq.                                                                                   Babayan özünün havadan kəşf etdiyi “strateji tezisini” əsaslandırmağa çalışır: “Ermənistan hökuməti sülh müqaviləsinin mətnini elə hazırlayır ki, 20-25 ildən sonra mənim nəvələrim yenidən müharibəyə getməli olacaq. İrəvanda oturanlar  elə bilirlər ki, Bakı ilə sülhə gedirlər, amma, bu, sülh yox, müharibə layihəsidir. Sadəcə olaraq, bu layihəni nəsildən-nəsilə ötürürlər. Yüz il əvvəl baş vermiş hadisələrə görə bu gün Türkiyə ilə münasibətlər qurmaq istəyənləri satqın adlandırırlar. Xaricdəki diasporumuz mövcud iqtidarı qəbul etmir”.              

Cənubi Qafqazda hələ də davam edən siyasi oyunların heç vaxt iştirakçısı olmayan hayların keçmiş başıbəlalı “təhlükəsilik naziri”, hətta Azərbaycanı hədələməkdən belə çəkinmir. Onun iddiasına fikir verin: “Əgər Qarabağ ermənilərinə “muxtariyyət” verilməsə, bölgədə heç vaxt sülh olmayacaq və müharibə yenidən alovlanacaq”.

Hansı məzhəbə qulluq etdiyi bəlli olmayan (o, bir il əvvəl gah Paşinyanı dəstəkləyirdi, gah da Xankəndidəki xunta rejiminin tərəfini saxlayırdı) Samvel yeni müharibənin alovlanacağı vaxtı da dəqiq göstərir: 20 il sonra! Axı Paşinyan həmin Babayandan bir il bundan əvvəl Qarabağdakı separatçıların arasına nifaq salmaq, qondarma “dqr” rejimini və  “artsax” ideyasını nəzarətə götürməkdən ötrü maşa kimi istifadə edirdi. Bəs indi necə oldu ki, o, baş nazirə düşmən kəsildi? Çox güman ki, Samvel Babayanın Paşinyan hökumətini tənqid atəşinə tutması hazırda İrəvan ətrafında tum çırtlayan separatçılar arasında özünü “Qarabağ ermənilərinin gələcəyini düşünən”, “artsax ideyasını ölməyə qoymayan” lider kimi göstərmək niyyətindən irəli gəlir. Harada, kimə qarşı və hansı oyunu oynadığını kəsdirə bilməyən psevdopolitoloq babayanların dövrü arxada qaldı. Artıq oyunun arbitri var və qaydaları da o müəyyənləşdirir.   

Bəli, Bakı böyük güclərin əvəzedicisiz “döyüşdüyü” Qarabağ oyununun mürtəce qaydalarını dəyişməyi bacardı. Bu meydanda əsl oyunçunun kim olduğunu tək iştirakçılara deyil, beynəlmiləl “tamaşaçı kütləsinə” də göstərdi. Başqa cür ola da bilməzdi. Çünki biz meydan sahibləri idik. Ermənilərin boyuna isə, taleyin ironiyası ilə, bu meydanın kənarında dayanıb, topdaşıyan kimi qara işi yerinə yetirmək biçilmişdi. Amma finalda qırmızı vərəqə alıb stadiondan tamam kənarlaşdırılan da topdaşıyan oldu. Axı, yuxarıda demişdik, qoç döyüşündə çəpişlərə yer ayrılmır.     

İ.HƏSƏNQALA




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İmran BƏDİRXANLI