USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nifrət dağarcığı

Erməni antisemitizmi “miatsum”un dəfnindən sonra yaranmış qəzəbdir


https://img.baki-baku.az/news/2023/12/photo_10268.jpg

Əgər tarixin qədim dövrlərinə baş vurmasaq, yəhudi və erməni tayfalarının qarşıdurması versiyasını həqiqət kimi nəzərdən keçirməsək, bu halda hayların arasında antisemitizmin yayılmasının bir neçə səbəbini göstərmək olar. Bu səbəblər isə antik dövrün deyil, ən yeni tarixin yaddaşına daxil olub.

Erməni antisemitizminin ən sadə səbəbi ondan ibarətdir ki, İsrail son otuz ildə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini nəinki dəstəkləmədi, üstəlik, Bakı və Tel-Əviv öz aralarında strateji münasibətlər qurdu. Ermənilər üçün vəziyyəti “qəlizləşirdirən” həm də o idi ki, Azərbaycan 44 günlük müharibədə Ermənistan ordusunun darmadağın edilməsində xaricdən, o cümlədən İsraildən aldığı silahlardan istifadə edirdi.

Təmayül

Bu həssas mövzu ilə bağlı İsrailin “Ynet” nəşrində analitik məqaləsi dərc olunan tarix elmləri doktoru, Ermənistan–Azərbaycan münasibətlərinin tədqiqatçısı Elina Bardaç-Yalova yazır ki, Ermənistanda antisemitizm mövcuddur və bu, nə Azərbaycanın, nə də İsrailin ixtirasıdır. Tanınmış alim son dövrlər Ermənistanda antisemitizm meyillərinin artması ilə bağlı həyəcan təbili çalır və İsrail hakimiyyətini gələcəkdə başağrısına çevrilə biləcək bu problemi diqqətlə izləməyə çağırır:

“Son illər biz Ermənistanda çoxsaylı antisemit insidentlərin şahidi olmuşuq. Belə hadisələrin bir çoxuna rəsmi İrəvan tamamilə laqeyd yanaşıb. Bundan başqa, son bir ildə, xüsusilə də Qəzza bölgəsində “Dəmir qalxan” müharibəsi başlayandan internetdə antiisrail və antiyəhudi çıxış və bəyanatların səviyyəsi əhəmiyyətli dərəcədə artıb”.

Məqalənin müəllifi xanım Bardaç-Yalova olduqca vacib bir məqama – Ermənistanda yəhudilərə qarşı nifrət təmayülünün niyə məhz son bir ildə, ələlxüsus da, Qəzzada hərbi əməliyyatlar başlayandan sonra geniş vüsət almasına toxunaraq, bu suala özünün cavab versiyasını irəli sürür:

“Düşünürük ki, son bir il ərzində erməni cəmiyyətində antisemit əhvalın güclənməsi (hələlik Qəzzada mühаribəni nəzərdən keçirmirəm) sadəcə hayların az qala bütün dünyaya qarşı böyüyən qıcığının bir növ əksidir. Bu isə onların “miatsum” adlı sərsəm ideyasının tam iflasa uğramasını dərk etmələri fonunda baş verir. Dəqiq bilmirəm, görəsən, Ermənistan ictimai fikrində antifransız əhvali-ruhiyyənin səbəbini və dərəcəsini ölçüblərmi? Əgər bunun səbəbi kimi Bakının Qarabağ iqtisadi rayonu üzərində suverenliyini tam bərpa etmək siyasətinə qarşı Fransanın nəsə qoymaq iqtidarında olmaması, onun bu məsələdə gücsüzlüyü fonunda yaranması üzə çıxarsa, qətiyyən təəccüblənmərəm. Qəzzada hərbi əməliyyatlara gəldikdə isə, kənardan elə görünə bilər ki, guya, ermənilər fələstinlilərin müdafiəsinə qalxıblar. Amma, bu, ilk baxışda belə görünə bilər. Reallıqda isə məsələ bir qədər fərqlidir. 7 oktyabr terror aktına çox kəskin cavab tədbirləri görən İsrailin ünvanına bütün dünyada tənqid və ittihamların artmasından istifadə edən ermənilər yəhudilərə qarşı tamamilə fərqli xarakterli nifrətlərini yeni ampluada izhar etməyə başladılar”.

Təqlid

Amma bu təmayülün ermənilərin yəhudilərə qarşı nifrətinin heç də yeganə səbəbi olmadığını vurğulayan müəllif yazır ki, sadalanan səbəblərin bəziləri təmiz psixoloji xarakter daşıyır: “Görünür, belə motivlərdən biri ermənilərin qlobal miqyasda yəhudi funksionallığı modelini təqlid etmək cəhdində gizlənir. İntəhası, bu model onlarda o qədər də effektli alınmır. Əgər tam dəqiqliyi ilə desək, faydasız cəhdlərdir. Onların milli ideoloqlarının fikrincə, müasir İsrail və Ermənistan xalqın sərgərdan oğul və qızlarını öz çətiri altına toplamaq missiyasını daşıyır. Fəqət, səhrada cənnət – oazis yaratmağı bacaran yəhudilərdən fərqli olaraq, ermənilərin quruculuq qabiliyyəti heyrətamiz formada yalnız sovet dönəmində nəyəsə nail olmağa çatdı. Bu da İrəvanın qədim müsəlman simasını “müzəffərcəsinə” dağıdaraq, onun yerində ermənilərin çəhrayı arzularının şəhərini ucaltmaqdan ibarət oldu. İttifaq büdcəsindən ayrılmış böyükhəcmli dotasiyanın hesabına reallaşan “erməni arzusu” deportasiya edilmiş azərbaycanlıların hələ soyumamış ocaqlarına Suriyadan, Livandan, hətta Fransadan “sivil” repatriantların köçürülməsindən ibarət idi. Bəli, məhz SSRİ mərhələsi məlum erməni ideyasının “çiçəklənən” dövrü sayılmalıdır. Sovet Ermənistanını isə tarixi dövr fərqi ilə şərti olaraq “müasir İsrail” adlandırmaq olar”.     

Məhz Moskvanın “atalıq dəstəyi” ilə Ermənistanın milli dövlətçilik atributuna yiyələndiyini xüsusu olaraq önə çəkən yəhudi tarixçisi məqaləsində onu da qeyd edir ki, SSRİ dağılandan sonra və hərə öz başının çarəsinə baxmağa məcbur qalanda məlum oldu ki, ermənilər sadəcə nəyisə yaratmaq imkanına malik deyillər:

“Ermənilərin müstəqillik əldə etdikləri 1991-ci ildən 32 il keçib. Bu müddət ərzində onlar, misal üçün, yəhudilər kimi iqtisadi cəhətdən inkişaf etmiş, texnoloji tərəqqiyə nail olmuş və sosial yönümlü bir dövlət qura bilərdilər. Amma bunun əvəzində millətin bütün potensial enerjisi Qarabağın işğalına, oradakı boz zonanın və separatçı rejimin saxlanmasına xərcləndi. Hələ bir özlərinin “pir qələbəsi”ndən boş qürrələnmə və hamıya acıq verməklə məşğul idilər. Onların fəxr etdikləri “keçilməz Ohanyan müdafiə xətti” özünün fransızsayağı bütün qüdrətinə baxmayaraq, müharibədə məlum oldu ki, bu sədd sadəcə geridə qalmış texniki düşüncənin məhsuludur. Azərbaycan Ordusu PUA-ların vasitəsi ilə həmin müdafiə xəttini “asankeçilən” etdi. Bəli, keçmişdə qalmış müharibə taktikasına malik Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin yüksək texnoloji həmlələrinə müqavimət göstərməyə hazır olmadığını ortaya qoydu. Ordusunun darmadağın edilməsi ilə eyni zamanda, həm də “miatsum” tiryəkinin sıradan çıxması hələ də beyinlərinə hakim kəsilmiş xəstə erməni ideologiyasının yarıtmazlığını göstərdi”.

Empatiya

Məqaləsində İsrailin ermənilərin maraqlarına lazımi səviyyədə empatiya göstərməməsindən şok keçirdiklərini qələmə alan Elina Bardaç-Yalovanın qənaətinə görə, hələ Sovet məkanında yəhudi intelligensiyasının azərbaycanlılarla müqayisədə daha çox erməni elitası ilə yaxından bağlılığı faktını belə izah edir:

“Axı onlar bu yaxınlıqdan çox şey umurdular. Bunun da çox bəsit səbəbi var. Azərbaycan elitası say etibarı ilə Rusiyada daha az təmsil olunmuşdu. Onların ziyalı təbəqəsi daha çox Vətənlərində yaşamağa üstünlük verir. Buna görə ermənilər ümid edirdilər ki, İsrail dövləti Rusiyadan köçmüş nəhəng repetriant kütləsinin hesabına erməniyönlü olacaq. İntəhası, bu, baş vermədi. Çünki yəhudi siyasətçiləri pfraqmatik adamlardır və onlar yalnız milli maraqlara görə hərəkət etməyə üstünlük verirlər. Bu maraqlar isə onlara ermənilərlə deyil, Azərbaycanla dostluq etməyi diktə edir. Praqmatizmdən danışarkən, iki ölkə arasındakı mənəvi bağları da qətiyyən unutmaq olmaz. Аzərbaycan on minlərlə yəhudinin yaşadığı (onlar əsasən dağlıq ərazidə, Quba rayonunda yaşayırlar), özlərinə Vətən saydıqları ölkədir. Bu zaman Ermənistanda isə ermənilərdən və bir neçə min yezidi kürdündən başqa kənar millətlərin nümayəndələri yaşamır”.

Tarixçi alim məqaləsinin sonunda yazdıqlarına onu da əlavə edir ki, böyük mənada yəhudilərin və müsəlmanların bölə bilmədikləri heç nə yoxdur:

“Dünyada bir-birinə bunca yaxın və Yer üzündə həyatın mənasını bu qədər yaxın anlayan iki konfessiya mövcud deyil. Gec və ya tez, İsraildə və ərəb dünyasında radikalizmin və barışmazlığın dərəcəsi aşağı düşəndə indi yaşanan münaqişə də öz həllini tapacaq. Əminəm ki, İsraillə dostluğu çox yüksək dəyərləndirən, eləcə də İslam dünyası ilə həmrəy olan Azərbaycan da tezliklə Cənubi Qafqaza və Yaxın Şərqə sülhün gəlməyini cani-dildən arzulayır.

Biz həmçinin, erməniləri qonşularına və digər xalqlara qarşı etnik və dini dözümlülüyə çağırırıq. Azərbaycanlılara nifrətin sizi hansı aqibətə düçar etdiyini gördünüz. Bundan sonra daha kimlərəsə qarşı içinizi nifrətlə doldurmağı özünüzə rəva görməyin”.

Hazırladı: İ.HƏSƏNQALA




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

İmran BƏDİRXANLI