USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vaşinqton – Bakı yaxınlığı barədə “fikir” İrəvana nə üçün lazımdır?

Erməni siyasi dairələri Azərbaycanın Rusiya və İranla münasibətlərini pozmaq barədə plan qurur


https://img.baki-baku.az/news/2023/12/photo_10249.jpg

Dəfələrlə bildirilib ki, Qərbin bəzi dairələri Ermənistanın mövcud hakimiyyətini illüziya bataqlığına sürükləməkdədirlər. Həmişə də erməni iqtidarı həmin dairələrin sözdə dəstək bəyanatlarından ruhlanaraq, Azərbaycana qarşı çıxıb. Bu qarşıçıxma isə Cənubi Qafqaz regionunda sülhə demarş səciyyəsi daşıyıb.

Əslində, indi də durum dəyişməyib. Bununla bağlı müxtəlif baxışlar var. Heç də demək istəmirik ki, bildirdikləri fikirlər ətrafında hazırda söz açacağımız Stendford Universitetinin professoru, siyasi icmalçı Artur Xaçikyan Ermənistanı, belə demək mümkünsə, qəflət yuxusundan ayıltmaq niyyətindədir. Şübhəsiz, o da Azərbaycana qarşı əks mövqe tutaraq, reallığı düzgün qiymətləndirməyənlərdən və bununla da İrəvanı haqqında danışdığımız illüziya bataqlığına çəkənlərdəndir. Ancaq siyasi icmalçının yanaşması bir qədər fərqlidir. Həm də ona görə fərqlidir ki, onun bildirdikləri tamam başqa məqsədin reallaşdırılmasına xidmət təsiri bağışlamaqdadır. Hansı məqsədin, bunu yazının sonunda diqqətə çatdıracağıq.

Əvvəla, A.Xaçikyan deyir ki, rəsmi Bakı Qərb platformalarında danışıqlar aparmaq istəmir. Halbuki, məsələ heç də danışıqlar üçün hansı platformasının seçilməsində deyil. Əsas olan işin faydalılığıdır. Bəli, Azərbaycan səmimiyyət görmədikdə, faydasız işlərə vaxt sərf etmir. Ölkəmiz, eyni zamanda, nəzərə alır ki, danışıqlar xətrinə danışıq aparmaq məntiqi çox zaman Qərb dairələrinin sülh gündəminə uyğun gəlməyən məsələləri irəli sürmələri ilə nəticələnir. Buna görə də tədbirli davranır və davranmaqda haqlıdır.

Bəs, nəyə görə A.Xaçikyan Qərbin yalnız mənəvi qınaq tədbirləri ilə məhdudlaşdığını və Azərbaycanın bu səbəbdən danışıqlara can atmadığını vurğulayır? Aydındır ki, o, mövcud duruma görə Qərbi ittiham etməkdir. Ancaq Xaçikyan özünün ittihamçı ampluasında bəzi həqiqətləri açıqlayır. Yəni, erməni siyasi icmalçı “Bakı İrəvanla danışıqlar aparmaq niyyətindən uzaqdır və uzaqlığını davam etdirmək üçün hər cür imkanlara malikdir” fikrini irəli sürməklə, həm xarici dairələri fəaliyyətsizlikdə günahlandırır, həm də ilk baxışdan özü də fərqinə varmadan Ermənistan hakimiyyətini haqqında söz açdığımız qəflət yuxusundan ayıldır. Amma İrəvan ayılmır. Daha doğrusu, Ermənistan iqtidarı başqa mövqedədir. Reallıqları görməkdən uzaqdır, yeni reallıqlar formalaşdırmaq “əzmindədir”.  

Beləliklə, A.Xaçikyan vurğulayır ki, bütün ciddi ekspertlər yekdilliklə əmin edirlər: Birləşmiş Ştatlar öz maraqlarının təminat faktoru kimi, müstəsna olaraq Azərbaycanı görür. Onun sözlərinə görə, bir neçə gün əvvəl “Foreign Policy Focus” jurnalında birbaşa olaraq Azərbaycan nefti və qazının ABŞ üçün Ermənistandan daha vacib olduğunu vurğulayan məqalə yayımlanıb. Həmin məqalədə Vaşinqtonun məramının regionu Rusiya və İranın təsirindən çıxarmaq olduğu əksini tapıb və vurğulanıb ki, ABŞ məhz bunun üçün Azərbaycanı Qafqazda əsas müttəfiqi kimi görür.

Erməni politoloq onu da bildirib ki, sözügedən məqalədə Azərbaycanın başçılıq etdiyi Qafqazda ABŞ-ın hökmranlığının qurulacağı açıqlanıb. O, Amerikanın bir çox digər media nəşrlərinə istinad edərək də Birləşmiş Ştatların Bakı ilə müttəfiqlik perspektivlərini gördüyünü vurğulayıb. Xaçikyan, eyni zamanda, deyib ki, Fransa mediası da Qərbin Ermənistana real dəstək perspektivinin olmadığından yazır. Politoloqun bildirdiyinə görə, Avropa regiondakı maraqlarının Azərbaycanın neftinin və qazının üzərində olduğunu açıq şəkildə ortaya qoyub. “Əgər Ermənistandakı təbliğat qrupu bunu oxuya bilmirsə, biz kömək edə bilərik. Onlar özlərini qərbyönlü adlandırırlar, lakin Qərbdə nə baş verdiyindən xəbərləri yoxdur”.

Əlbəttə, A.Xaçikyanın söylədiklərində müəyyən reallıq payı var. Məsələ burasındadır ki, hazırkı məqamda Qərbə Ermənistana görə Azərbaycana qarşı çıxmaq sərfəli deyil. İrəvanın Qərbə verəcəyi heç nə yoxdur. Əksinə, hazırda Ermənistan ikinci üçün, bir növ, yükdür. Özü də ağır yük.

Elə təəssürat yaranır ki, 2018-ci il inqilabı, obrazlı ifadə etsək, Qərb tərəfindən Ermənistan adlı evin qapısından və pəncərəsindən deyil, bacasından içəri salınıb. İçəri isə üfunət qoxuduğundan, inqilabın havası çatmır və boğulur.

Üstəlik, inqilabın mahiyyəti fərdi erməni avantürizmini inkar etsə də, hazırkı dövrdə avantürizm Qərb dəyərlərinə meydan oxumaqdadır. Hər halda, Ermənistanda 2018-ci il siyasi dəyişikliklərini reallaşdıranlar hakimiyyətə gətirdikləri baş nazir Nikol Paşinyana “Qarabağ Ermənistandır nöqtə” bəyanatını verməklə bağlı hansısa təlimat verməmişdilər. Amma erməni hökumət rəhbəri bunu etdi. Nəticədə Qərbin inqilab ritorikasına yad ab-hava yarandı ki, hazırda Ermənistanda baş verənlər həmin ab-havanın təsirindən başqa bir şey deyil.

Bəli, Ermənistan hakimiyyətinin tədbirsiz, naşı davranışı səbəbindən inqilabın gələcəyi də sual altındadır. Bu, öz yerində. İndi isə gələk, əvvəldə bildirəcəyimizi vurğuladığımız məqama. Yuxarıda diqqətə çatdırdıqlarımızla yanaşı, onu da deyək ki, hazırda Azərbaycanın Rusiya ilə müştərək şəkildə Ermənistandakı demokratiyanı sarsıtmaq üçün fəaliyyətə keçdiyindən söz açan siyasi qüvvələr mövcuddur. Onlar irəli sürdükləri ritorikanın Qərbin anti-Azərbaycan davranışını körükləmək baxımından real mənzərə formalaşdırmadığının fərqindədirlər. Ona görə başqa yola əl atırlar. Hesab edirlər ki, ABŞ-Azərbaycan yaxınlığı məsələsini gündəmə gətirməklə, özləri üçün indiki arzuolunmaz sayılan vəziyyətə təsir göstərə bilərlər. Onların fikrincə, belə bir yaxınlığı ön plana çəkmək Rusiyanı, habelə İranı qıcıqlandıra bilər. Deməli, əsas hədəf Bakı-Moskva və Bakı-Tehran əlaqələrinə zərbə vurmaqdır. Əslində, A.Xaçikyan kimilər də eyni məkrli vəzifəni reallaşdırmaq üçün ortaya düşüblər.

Sonda bir daha illüziya barədə. Bəli, bütün bu sayaq fikirlərin, söz oyunlarının və digər məkrli davranışların Ermənistan hakimiyyətini ümidlə “silahlandırdığı” aydındır. Baş nazir N.Paşinyanın administrasiyası nə qədər sülhdən danışsa da, həm beynəlxalq aləmdəki anti-Azərbaycan ritorikası ilə, həm də müxtəlif ekspert cameəsinin, siyasi dairələrin manipulyativ fikirləri ilə Cənubi Qafqazda, necə deyərlər, suyu bulandırmaq yolu tutur. Baxmayaraq ki, belə yanaşmanın uğursuz nəticələr verdiyi və Ermənistanı daha da ağır vəziyyətə saldığı aşkardır. Görünür, dəryada boğulan özünə saman çöpündən yapışmaqdan başqa heç nə tapmır.

Ən sonda isə onu deyək ki, Azərbaycan hər daim özünün müstəqil xarici siyasət kursuna sadiqdir. Bu kurs, kifayət qədər, incə düşünülmüş mahiyyətə malikdir və özündə kənar təsirlərdən etibarlı müdafiə immunitetini daşıyır. Ona görə də erməni siyasi dairələrinin spekulyativ yanaşmalarının nə Bakının davranışlarına, nə də xaricin ölkəmizlə bağlı sistemli və prinsipial mövqeyinə hansısa təsir göstərməsi mümkündür.

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Əvəz RÜSTƏMOV