USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

AZƏRTAC-ın təşəbbüsü ilə Sarayevoda “Heydər Əliyev İli” çərçivəsində fotosərgi açılıb


https://img.baki-baku.az/news/2023/12/photo_10239.jpg

AZƏRTAC-ın təşəbbüsü ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən fotosərgi açılıb.

Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyində təşkil olunan sərginin açılışında bu ölkədə yaşayan, çalışan və təhsil alan soydaşlarımız, eləcə də səfirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə səfirlikdə Heydər Əliyevin büstü önünə əklil qoyulub, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki müstəsna rolundan danışıb. O, bu il dahi şəxsiyyətin 100 illik yubileyinin qeyd olunduğunu, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edildiyini bildirib. Diplomat bu çərçivədə Bosniya və Herseqovina mətbuatında Ulu Öndərlə bağlı silsilə məqalələrin dərc olunduğunu, səfirlikdə Heydər Əliyevin büstünün açıldığını, Heydər Əliyev haqqında boşnak dilində kitabın nəşr edildiyini xatırladıb.

Vilayət Quliyev AZƏRTAC-ın təşəbbüsü ilə müxtəlif ölkələrdə Ümummilli Liderin 100 illik yubileyi münasibətilə sərgilərin keçirildiyini qeyd edib. Diplomat AZƏRTAC-ın son illərdə informasiya mühitinin yaradılmasında çox mühüm rol oynadığını, agentliyin müxtəlif dillərdə yaydığı xəbərlərin ölkəmizin dünya miqyasında tanınmasına töhfəsini verdiyini vurğulayıb.

Səfir qeyd edib ki, bu sərginin təşkili də AZƏRTAC-ın yaratdığı informasiya ab-havasının daha bir təzahürüdür. Bildirilib ki, sərgidə nümayiş olunan şəkillər Ulu Öndərin keçdiyi böyük həyat yolunun müxtəlif mərhələlərinin əks etdirir, fenomenal şəxsiyyətin ölkəmizin tərəqqisi və rifahı naminə gördüyü işlərin miqyasını göstərir.

Ulu Öndərin həyat yolunu əks etdirən sərgidə AZƏRTAC-ın fotoxronikasında saxlanılan və Heydər Əliyevin həyatının müxtəlif dövrlərinə aid, dahi şəxsiyyətin həm Azərbaycana birinci rəhbərliyi dövründə, həm müstəqil Azərbaycanın Prezidenti kimi ölkədaxili, həm də müxtəlif xarici səfərlər zamanı çəkilmiş fotoşəkilləri nümayiş olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Daxili siyasət