USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi Koreyada anılıb


https://img.baki-baku.az/news/2023/12/photo_10104.jpg

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Seul şəhərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Ramin Həsənov görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində oynadığı əvəzolunmaz roldan və Ulu Öndərin siyasi irsindən danışıb. Vurğulayıb ki, Heydər Əliyevin 100 illik yubileyinin təsadüf etdiyi 2023-cü il Ulu Öndərin xalqımız qarşısında əvəzedilməz xidmətlərinə ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə “Heydər Əliyev İli” kimi qeyd edilir. Diplomat deyib ki, ölkəmizi vaxtilə çox çətin vəziyyətdən çıxarmağa nail olmuş və dövlətçiliyimizi xilas etmiş Heydər Əliyevin adı müasir və güclü Azərbaycanın rəmzinə çevrilib.

Səfir Ulu Öndərin yüksək ustalıq və uzaqgörənliklə əsasını qoyduğu siyasi xəttin davamlı şəkildə həyata keçirilməsinin nəticəsi olaraq Müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi barədə məlumat verib. Qeyd edilib ki, buna görə Ulu Öndərin ruhu şaddır. Diplomat Azərbaycanın hazırda regionda davamlı sülhə nail olunması üçün səy göstərdiyini, eləcə də Ermənistanla münasibətlərin normallaşması və tezliklə sülh sazişinin imzalanmasına çalışdığını diqqətə çatdırıb.

Sonra Ulu Öndərin xarici siyasət sahəsində fəaliyyətini və diplomatik səylərini əks etdirən qısametrajlı sənədli film nümayiş olunub.

Tədbir koreyalı musiqiçilər Yunq Coo Park, Younq Kyounq Kvon və Bo Bae Yoonun ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət anım konserti ilə davam edib.

Tədbirdə Koreya Respublikasında akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Koreyanın ictimai-siyasi, mədəniyyət, elm, təhsil dairələrinin nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət