- Daxili siyasət
- 09:37 20.09.2024
Şəxsiyyətin tarixdə rolu bütün zamanlarda insanlığı düşündürmüş, bəşəriyyətin zəkasını məşğul etmişdir. Kommunist ideologiyasının sovet rejimində zorla yürütdüyü “kütlə tarixin yaradıcısıdır” konsepsiyası özünü doğrultmadı və elə tarixin öz əli ilə də biabırcasına iflasa uğradıldı.
Fikrimizcə, kütlə tarixin xammalıdır, tarixin yaradıcıları isə böyük səxsiyyətlər, dahilər və liderlərdir. Tarix üzərində parlaq zəfər çalmış belə liderlərdən biri də ümummilli lider Heydər Əliyev idi. Zəmanəmizin məshur siyasətçisi, mahir dövlət qurucusu, dönməz iradə sahibi və istedadlı natiq, filosof, tarixçi və mədəniyyətşünas Heydər Əliyev tarix yaratdı, öz misilsiz amalları ilə Azərbaycan xalqının Ümummilli lideri zirvəsinə ucaldı.
Liderə məxsus ən başlıca xüsusiyyət onun adi iş üsulu idi: Heydər Əliyev ayrı-ayrılıqda konkret bir fərdlə masgul olmur, özünə lazım olan ictimai-siyasi və tarixi mühiti yaradır, kütləni həmin mühitin çevrəsinə daxil edirdi. O, adamları, problemləri yox, bütövlükdə, mühiti idarə edirdi. Adamların öz meyarı, öz zamanı olmur. Onlar birlikdə liderin zamanı və meyarı ilə fəaliyyət göstərirlər. Burada tarixin gedişatını buxovlayan ehkam yaranmır, çünki zaman dəyişdikcə plan da dəyişir və insanlar bu gedişatdan razı qalırlar.
Ulu öndər Heydər Əliyev hələ gəncliyindən keçmis SSRİ-nin ən etibarlı, həm də ən qorxunc təskilatında – DTK-da böyük məktəb keçmis, onun Azərbaycandakı sədrliyinə, ən yüksək çinli zabiti səviyyəsinə yüksəlmişdi. Bu məktəb onun yenilməz səxsiyyətini, fiziki ahəngdarlığını, siyasi iradəsini, zamana və insana nüfuz etmək, çevrəsinə qətiyyətli təsir gostərmək bacarıgını, liderlərə məxsus uzaqgörənliyini, cevik həyat tərzini formalaşdırmışdı. Bütün bunlar 1969-cu ildə onun ölkə başçısı vəzifəsinə gəlməsində və bu ali kürsüdə uğurlu fəaliyyətində önəmli və müstəsna amillər olmuşdu.
Yaxın gələcəyin lideri Heydər Əliyev DTK-da təkcə kommunist rejiminin qaydalarını qorumur, daha cox xalqla, millətlə isləmək vərdişləri əldə edirdi. Bəlkə, elə buna görə də həm DTK generalı, həm də Azərbaycan KP MK-nin Birinci katibi kimi çoxillik fəaliyyəti zamanı qazandığı zəngin rəhbərlik təcrübəsi, habelə Kreml intriqalarında qalib gəlmək üçün işləyib hazırladığı siyasi taktika sonralar – Azərbaycanın ən ağır siyasi-tarixi durumu zamanı – 1993-cü ilin 15 iyunundan sonra daha çox kara gəldi. Yalnız onun lider kimi səxsi əzmkarlığı, xalqın ona böyük inamı, çevik diplomatiyası sayəsində Azərbaycan siyasi fəlakətdən xilas ola bildi.
Bu çətin dövrdə Ulu öndər Heydər Əliyevə məxsus iki vacib cəhət ortaya cıxdı:
1. Xalqı təşkil etmək bacarığı. Bhununla o, xaos qoynuna atılmış xalqı məharətlə toplayıb Azərbaycanın istiqlalına doğru yönəldə bildi.
2. Tarixin gedisatını, ən başlıca prioritetləri vaxtında və düzgün təyin etmək strategiyası. O öncə böyük uzaqgörənliklə “Yolumuz hayanadır?” sualına cavab verdi, Türk dünyasının baş qərargahı – qudrətli qardaş Türkiyə dövləti ilə münasibətlər qurdu. Nəticədə, onun müdrikcəsinə dediyi “Bir millət iki dövlət” konsepsiyası özünü dogrultdu. Məhz Heydər Əliyevin sayəsində Turk dünyası birləşərək Azərbaycanın arxasında dura bildi.
Ağıllı və uzaqgörən lider türk birliyinə siyasi yolla gəlmədi, tarixdə özünü həmişə dogrultmus ugurlu yol seçdi: “Türksoy” yarandı. “Kitabi-Dədə Qorqud” eposunun 1300, dahi Məhəmməd Füzulinin 500 illik yubileyləri ədəbi-tarixi hadisələr çərcivəsindən çıxıb türkləri birləşdirən siyasi-tarixi toparlayıcıya çevrildi. O, Füzulini “Azərbaycan xalqının, türk dünyasının, türk xalqlarının bu günü və gələcəyi üçün böyuk örnək” kimi dəyərləndirdi. Türkiyə Böyük Millət Məclisindəki çıxışında: “Füzuli keçmişdə də türkləri birləşdirən bir səxsiyyət olmuşdur”, – dedi.
Ümummilli lider Heydər Əliyevin irsinə əsaslanıb deyə bilərəm ki, Azərbaycan dünyaya yalnız ümumtürk kontekstində çıxdıqda güclü ola, siyasi ugur qazana bilərdi və Heydər Əliyev bunu ən yaxşı şəkildə gerçəkləşdirdi.
Xilaskar lider Heydər Əliyevin böyük siyasi iradəsi, güclü səxsiyyəti sayəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən, parçalanmaq faciəsindən qurtuldu. O, qısa müddətdə olkədəki siyasi və silahlı qruplaşmaları ləgv etməyə, milli-ictimai düsüncəni dövlətçilik məcrasına daxil etməyə nail oldu. Onun dövlətçilik xəttini, Azərbaycanın müstəqilliyini qorumaq naminə həyata keçirdiyi sərt tədbirləri xalq dəstəklədi. Ölkə Heydər Əliyev cəsarətinə, əzəmətinə güvənərək vahimə və səksəkədən xilas oldu.
Lakin hələ bunu beynəlxalq miqyasda sübut etmək, xarici ölkələri Azərbaycanda siyasi sabitlik yarandığına inandırmaq lazım idi. Bu şəraitdə də liderin – Heydər Əliyevin tarixə güvənən düsüncəsi qalib gəldi: 1994-cü ildə onun böyük iradəsi, inandırıcı diplomatiyası sayəsində tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft diplomatiyası gerçəkləşdi. Hələ siyasi sabitliyin tam bərqərar olmadığı, iqtisadiyyatı iflic vəziyyətdə olan bir ölkədə investisiya qoyuluşuna dünyanın məşhur neft sirkətlərini inandırmaq müskül məsələ idi. Fəqət, yenə də Heydər Əliyev səxsiyyəti, məntiqli nitqi və uzaqgörən diplomatiyası tarix üzərində zəfər çaldı – “Əsrin müqaviləsi” imzalandı. Bununla da, Heydər Əliyev Azərbaycanda müstəqillyin iqtisadi təməllərini yaratdı.
İqtisadi bünövrə, gələcəyin iqtisadi təminatı olmadan siyasi müstəqilliyi yaşatmaq və qoruyub saxlamaq mumkün olmazdı. Bu, həm də ölkədə milli burjuaziyanın yaranması, sağlam, sosial yönümlü kapitalizmin bərqərar olması üçün olduqca vacib idi.
Mükəmməl tarixi şəxsiyyət Heydər Əliyev liderlərə xas kompleks keyfiyyətləri öz varlığında qovuşdurmuşdu. O, fenomenal yaddaşı, parlaq və məzmunlu nitqi ilə dərhal qarşısındakını tərk-silah edir, dünyanın tanınmış liderlərini belə asanlıqla özünə inandırırdı. Fikrimcə, bir lider kimi onun iki əsas silahı var idi: təsir və təzyiq! O, ikinci silahdan az istifadə edirdi. Oz dəmir məntiqi, məzmunlu nitqi, xarizmatik səxsiyyəti və böyük nüfuzu ilə müasirlərinə təsir edir, planlarını lider kimi həyata keçirirdi.
Azərbaycan lideri Heydər Əliyev dünyada tayı-bərabəri olmayan böyük diplomat idi. Dünya diplomatiyasının pultu, sanki, onun əlində idi. O, diplomatiyada elə gözlənilməz gedişlər edirdi ki, qarşı tərəfin razılaşmaqdan başqa çarəsi qalmırdı. Onun təkcə məntiqli nitqi yox, eyni zamanda, qarşısındakını təslimçiliyə məcbur edən nüfuzlu baxışları, mürəkkəb, düyünlü diplomatik söhbətlər zamanı qarşı tərəfi öz aurası – haləsi ilə fəth etmək bacarığı var idi. Bütün bunlar isə yalnız böyük tarixi səxsiyyətə, həqiqi liderə məxsusdur.
Fenomen şəxsiyyət Heydər Əliyevin xidmətlərindən biri də budur ki, o, danışa-danışa Azərbaycan diplomatiya dilini, siyəsət dilini yaratdı. O, Azərbaycan dilini, ana dilini çox sevir, gözəl bilir, dilimizə millətin varlığı kimi yanaşırdı. Özü sonralar belə bir faktı etiraf edirdi: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.
İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra o, dil haqqında iki tarixi fərman verdi. Müstəqil ölkədə Azərbaycan dilinin hakim olması zərurətini əsaslandıran fərmanda deyilir: “Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Dilimiz xalqın keçdiyi bütin tarixi mərhələlərdə onunlə birgə olmus, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkisaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Beləliklə də, xalq və dil Heydər Əliyevi düşündürən əsəs məsələ idi. Umumiyyətlə, ulu öndər Heydər Əliyev böyük ədəbiyyat və mədəniyyət hamisi idi. Cəsarətlə deyə bilərik ki, dünyada heç bir lider onun qədər öz xalqının dilinə, tarix və ədəbiyyatına, incəsənətinə dəyər verməmişdir. Bu də səbəbsiz deyil: Heydər Əliyev Azərbaycan xalqına, onun milli sərvəti olan ədəbiyyat və mədəniyyətə böyük məhəbbət bəsləyir, bu sahəni dərindən bilirdi. İkincisi, o, ədəbiyyat və mədəniyyətə istiqlal ideologiyası – Azərbaycanın milli dövlət ideologiyası olan azərbaycançılığın ideya mənbəyi, məxəzi kimi yanaşırdı. O həmişə Səməd Vurgunun poetik himn olan “Azərbaycan” şeirini söyləyərkən kövrəlir və doluxsunurdu.
Bu böyük vətənpərvər Dünya Azərbaycanlılarının I qurultayındakı məşhur nitqində oz azərbaycançılıq konsepsiyasını qürurla bəyan edərək deyirdi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı oz milli mənsubiyyətinə gorə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Heydər Əliyev azərbaycançılığı ugurla dovlətçiliyə tətbiq edərək onu milli ideologiyadan dövlət ideologiyasına çevirdi.
Azərbaycançılıq milli istiqlal ideologiyasıdır. Azərbaycançılıq türkçülüyün Vətən əxlaqı müstəvisində dərkidir. Azərbaycançılıq dunya azərbaycanlılarını birləşdirən, onların kimliyini tanıdan milli ideologiyadır. Azərbaycançılıq bu ölkədə yaşayan butün xalqlar üçün müqəddəs olan vətənçiliyin ifadəsidir.
Azərbaycançılıq bu gün möhtərəm Prezident İlham Əliyevin inamla davam etdirdiyi məfkürə yoludur. Prezidentimiz İlham Əliyev şəhərsalma və memarlıqla baglı çıxışlarının birində tələb və tövsiyə etdi ki, hər şey azərbaycançılıq fəlsəfəsi əsasında qurulsun. Bu, əslində, həm keçmişə ehtiram, həm də istiqlal dolu gələcəyə böyük ümid ifadə edir.
Dövlət başçısı İlham Əliyevin gücü bundadır ki, o, ümummilli lider Heydər Əliyevin ideallarının tarixi mahiyyətini butün xalq və bütov dünya üçün aydın səkildə açıqladı. Təbii ki, Heydər Əliyev fenomenini təkcə bir ata kimi yox, həm də siyasi lider kimi İlham Əliyevdən yaxşı, dəqiq və hərtərəfli anlayan və qəbul edən yoxdur. O, dünyada ən qüdrətli liderlik universitetini – Heydər Əliyev dövlət idarəçilik akademiyasını bitirib.
Təsadüfi deyil ki, dünyanın böyük yazıçısı, dahi türk oğlu Cingiz Aytmatov deyib: “İlham Əliyev XXI əsrin lider etalonudur!” Bu sadə cümlə böyük bir həqiqətin parlaq ifədəsidir. Onun başlıca xüsusiyyəti qalibiyyət əzmidir. O, 200 illik tariximizdə Azərbaycanın işğal edilmiş ərazilərini özünə qaytarmış ilk və yeganə böyük sərkərdə, qalib komandandır. O, dövlət idarəçiliyindən xalq idarəçiliyinə kecidin əsasını goydu. Həqiqətən də, ilk dəfə Prezident seçiləndə verdiyi vədə əzmlə əməl edib hər bir azərbaycanlının Prezidenti ola bildi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqınin milli sərvətinə çevrilmiş çox dəyərli əsərlər yaradıb və yadigar qoyub gedib. Fəqət, onun iki sah əsəri var: Müstəqil Azərbaycan və Prezident İlham Əliyev! Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanı məhz azərbaycançı İlham Əliyevin cahanşümul fəaliyyəti sayəsində öz vüsətli iqtisadi tərəqqisi, siyasi və diplomatik uğurları, hərbi qüdrəti ilə 44 günlük müharibədə qazandığı şanlı Zəfəri ilə bütün dünyanı heyrətdə qoyub.
Dünənə qədər heç kəsin hesablaşmaq istəmədiyi Azərbaycan boyda kiçik bir ölkənin Prezidenti İlham Əliyev bütün səlibçi mərkəzlərin iradəsini qırdı və heç kimə, heç nəyə məhəl qoymadan ölkəsinin tarixi haqqını bərpa etdi. Buna ancaq Ümummilli lider Heydər Əliyevin varisinin cəsarəti, qətiyyəti, hikməti və diplomatiyası çatardı və çatdı da. Prezident, Ali Baş Komandan İlham Əliyevin bu Zəfəri dünyanı özlərinin hegemonluğuna tabe etmək istəyən Qərb xristian elitası üzərində Heydər Əliyev varisinin şəksiz qələbəsidir. Bu, həm də artıq dünya müstəvisində türk iradəsinin yenilməzliyini sübut edən bir xəbərdarlıqdır.
Ölkəmizin paytaxtı Bakı öz qədim tarixinin yeni inkişaf mərhələsinə qədəm basıb, regionların inkisafı dövlət proqramı əzmlə həyata keçirilir – bölgələr yeni mərkəzlərə cevrilir. Üstəlik, hörmətli Prezidentimizin dediyi kimi, vəhşi tayfaların xarabazara çevirdiyi, işğaldan azad edilmiş doğma Qarabağımızın şəhər və kəndləri ən müasir və modern üslubda yenidən tikilir. Ağıllı qəsəbə və şəhərlər salınır, illərlə yurd həsrəti çəkən vətəndaşlarımız artıq mərhələ-mərhələ öz el-obalarına qayıdırlar. Bir sözlə, Azərbaycanda yazıya, kitaba sığmayan əzəmətli islər görülür. Əsas odur ki, 20 il öncə Avropa və Amerikaya həsədlə baxan Azərbaycan vətəndaşı bu gün möcüzələri öz vətənində görüb dəyişir, modernləsir...
Bütün bunlar əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi-siyasi prioritetlərin tarix tərəfindən təsdiqlənməsi deməkdir. Ulu tarix bu gün xüsusi bir inadla böyük insanın – Ümummilli liderin ideyalarının təsdiqinə xidmət edir. Milli mövcudluğumuzun ən böyük azərbaycanlısı Heydər Əliyev ölməz ideyalarının gerçəkləşməsi ilə tarix üzərində zəfər çalır. Bu, zamana sığmayan əbədiyaşarlıqdır.
Nizaməddin ŞƏMSİZADƏ,
filologiya elmləri doktoru,
Əməkdar elm xadimi,
professor