USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Respublikaçılar Co Baydenə qarşı

Ağ ev sahibinin postundan uzaqlaşdırılması baş tutacaqmı?


https://img.baki-baku.az/news/2023/12/photo_10022.jpg

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Respublikaçılar çoxluğu prezident Co Baydenə qarşı impiçment prosesinin araşdırılması məsələsini yaxın həftələrdə səsverməyə çıxarmaq niyyətindədir. İstintaqı daha əvvəl aşağı palatanın vəzifədən kənarlaşdırılmış spikeri Kevin Makkarti başlatmışdı. O, bunu səsvermə prosedurundan yan keçməklə etmişdi. Bəs təşəbbüsün səbəbləri nədir və bu prosesin uğurla başa çatmaq şansı varmı?

ABŞ prezidenti Co Bayden impiçment proseduruna məruz qalan Amerika liderləri siyahısına daxil olmaq riski ilə üzləşib. Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar demokrat prezident Co Baydenə qarşı mümkün impiçment prosedurları (vəzifədən kənarlaşdırılması) istiqamətində ilk konkret addımları atıblar. Bu həftənin əvvəlində Nümayəndələr Palatasının spikeri Kevin MakKarti belə bir prosedurla bağlı rəsmi araşdırmaya başlamağı göstəriş verdiyini açıqlayıb. Araşdırmanın səbəbi, K.Makkartiyə görə, Co Baydenin oğlu Hanter Baydenin qeyri-qanuni biznes əməliyyatlarında iştirak etdiyinə dair etibarlı iddiaların olmasındadır: “Bunlar vəzifə səlahiyyətlərindən sui-istifadə, faktların gizlədilməsi və korrupsiya ittihamlarıdır və əlavə araşdırma tələb edir”.

Ümumiyyətlə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının (RP) sağ qanadı xeyli müddətdir ki, Co Baydenə qarşı impiçment prosesinə başlatmağa çalışır. Avqustun sonunda D.Tramp özünün “Truth” sosial şəbəkəsində belə yazmışdı: “Ya siz bu uduzan şəxsə impiçment elan edin, ya da unudulmuş halda yoxa çıxın”. Onlar da (Demokrat Partiyası - Red.) bizə də bunu etmişdilər!”. Xatırladaq ki, D.Trampın Ağ Evdə işlədiyi dörd il ərzində Konqresdəki Demokratlar çoxluğu onu iki dəfə vəzifəsindən uzaqlaşdırmağa cəhd göstərmişdilər: birinci dəfə səlahiyyətdən sui-istifadə ittihamları ilə, ikinci dəfə isə 2020-ci il prezident seçkilərinin rəsmi nəticələri elan edildikdən sonra D.Tramp tərəfdarlarının Kapitoliyə hücumu ilə bağlı. Ancaq belə işlərdə məhkəmə rolunu oynayan Senat D.Trampa iki dəfə bəraət vermişdi, çünki orada səs çoxluğu olan respublikaçılar ittihamı dəstəkləməmişdilər.

Nümayəndələr Palatasının respublikaçıları tərəfindən irəli sürülən ittihamlar Co Bayden ailəsinin maliyyəsi, xüsusən də prezidentin kiçik oğlu Hanter Baydenin şübhəli xarici əlaqələri ilə bağlıdır. 53 yaşlı Hanter atası, ABŞ vitse-prezidentinin (2009-2017-ci illər) Barak Obama administrasiyasındakı əlaqələrindən Ukrayna və Çində biznes qurmaq və sövdələşmələr etmək üçün istifadə etməkdə ittiham olunur. Oğul Baydenin 2017 və 2018-ci illərdə 100 min dollardan çox gəlir vergisini vaxtında ödəmədiyi iddia edilir. Bu səbəbdən, eləcə də mümkün qeyri-qanuni silah saxlamaqla bağlı Hanter Bayden artıq istintaq altındadır. Avqust ayında ABŞ-ın baş prokuroru Merrik Qarland Delaver ştatının prokuroru David Veissi prezidentin oğlunun işi üzrə səlahiyyətləri genişləndirilmiş xüsusi müşavir təyin edib.

İndi Nümayəndələr Palatasının spikeri Mayk Conson prezident Co Baydenin impiçmenti üzrə məhkəmə prosesi ilə bağlı rəsmi səsvermə ilə irəliləyəcəyinə ümid etdiyini bildirib. M.Conson Baydenin impiçmentini zəruri addım adlandırıb, çünki Ağ Ev onun ailə üzvlərinin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalara mane olur. Spikerin sözlərinə görə, o, Nümayəndələr Palatasının nümayəndəsi Eliza Stefaniklə birlikdə iki dəfə ABŞ-ın keçmiş prezidenti Donald Trampın impiçment üzrə müdafiə komandasında çalışmışdı. O vaxt demokratlar prosedurdan “partiyanın siyasi məqsədləri üçün” istifadə etmişdilər. “Biz bu istifadəni pisləmişdik. Bu isə tam başqa məsələdir”. M.Conson əlavə edib ki, bəzi yurisdiksiya komitələri Bayden ailəsi arasında yanlış hərəkətlərə dair sübutlar tapmaq üçün əla iş görürlər. Amma Ağ Ev minlərlə səhifəlik sübutu gizlədir. 

Bəs respublikaçıların impiçmentə nail olmaq şansları varmı? Mütəxəssislərin fikrincə, Respublikaçı çoxluğun uğur qazanma şansı azdır. Birincisi, araşdırmalardan sonra Co Baydenin hakimiyyətdən uzaqlaşdırılması prosedurunun həqiqətən başlanacağı məlum deyil. İkincisi, Co Baydenin son nəticədə vəzifəsindən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı məlum deyil. İmpiçment proseduruna başlamaq üçün Nümayəndələr Palatasında səs çoxluğu tələb olunur. Respublikaçıların indi orada bir az üstünlüyü var - parlamentin aşağı palatasında 435 deputatından 222-si “fillərə” məxssdur. Bununla belə, Respublikaçı çoxluqda da məsələ ilkə bağlı yekdil fikir yoxdur. Hətta bəzi nüfuzlu respublikaçı Co Baydeni hakimiyyətdən uzaqlaşdırmaq planlarını tənqid edib.

Lakin Nümayəndələr Palatası uğur qazansa belə, prezidentin impiçmenti barədə qərarı birbaşa Konqresin yuxarı palatası - Senat qəbul etməli olacaq. Orada Co Baydenin təmsilçisi olduğu Demokratlar Partiyası artıq cüzi çoxluğa malikdir. Ona görə də, sonda prezidentin günahkar bilinərək vəzifəsindən azad edilməsi ssenarisi faktiki olaraq mümkün deyil. Çünki belə bir qərara senatorların üçdə ikisi səs verməlidir.

S.ELAY




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səbuhi MƏMMƏDOV