USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Humanitar minatəmizləmə prosesində vahid platforma yaradılmalıdır


https://img.baki-baku.az/news/2023/12/photo_10005.jpg

Azərbaycanda minalar əleyhinə bir sıra ixtisaslaşmış qeyri-hökumət təşkilatları var. Qadın minaaxtaran qrupların fəal şəkildə minaaxtarma qruplarına cəlb edilməsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyə dəstəyi ilə icra edilmiş layihələr çərçivəsində  Ermənistanın minaistesal edən ölkə kimi dünyanın bir sıra hesabatlarına salınması uğurlu nəticələrdir. Bu məhz QHT-in sözügedən sahədə önəmli iş apardığının nəticəsidir. Bu baxımdan, əldə olunan nəticələrin davamlı olması üçün vətəndaş cəmiyyəti, özəl sektor, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirlməsi və səylərin birləşdirilməsi üçün vahid platformaların yaradılmasına ehtiyac var.

Bu fikirləri “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib.

O qeyd edib ki, Ermənistan işğal dövründə Azərbaycan ərazilərində 1.5 milyondan çox mina, partlamamış hərbi-sursat basdırıb. Mütəxəssislərin rəyinə görə, işğaldan azad edilən ərazilərdə aşkar edilən minaların yerləşdikləri yerlər, hərbi sursatların növləri və s. texniki kimi hallar son 30 ildə hər il basdırılıdğını, hər hansı səbəbdən yeni minalarla əvəzləndiyini deməyə əsas verir. Vətən müharibəsindən sonra 338 nəfər azad edilən ərazilərdə minaya düşüb, 65 nəfər həlak olub. 273 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar içərisində 9-u uşaq və gənc, 1 nəfər qadındır. 1991-ci ildən bu yana Azərbaycan 3418 nəfər minadan zərər çəkib.

A.Əliyeva bildirib ki, minatəmizləmə fəaliyyətinin 90 faizdən çoxu daxili resusrlarımız hesabına həyata keçirilir. Minatəmizləmə məsələlərində beynəlxalq ictimiayyətin bəzi hallarda  etinasız yanaşması nəticə etibarilə, Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinin ləngiməsi ən fundamental yaşamaq hüququ əlindən alınmış məcburi köçkünləri öz evlərinə layiqli şəkildə qayıtmasının məhdudlaşmasına gətirib çıxarır. 

Anar ƏLİ,

XQ




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət