USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dünya savaşdan doymur

Silah satışına tələbat azalmır


https://img.baki-baku.az/news/2023/12/photo_10002.jpg

Ukraynada davam edən müharibəyə görə silah sifarişlərinin artmasına baxmayaraq, 2022-ci ildə dünyanın 100 ən böyük hərbi-müdafiə şirkətinin silah satışından əldə etdiyi ümumi gəlir 597 milyard dollar təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 3,5 faiz azdır. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir. İnstitutun ekspertlərinin sözlərinə görə, azalma əsasən ABŞ-ın iri şirkət gəlirlərinin azalmasının nəticəsi olub. Bununla belə, silaha tələbatın artması növbəti illərdə satış gəlirlərinin əhəmiyyətli dərəcədə artacağını göstərir.

SIPRI bildirir ki, Rusiya-Ukraynaya münaqişəsi və dünyadakı geosiyasi gərginlik 2022-ci ildə silaha tələbatın kəskin artmasına səbəb olub. Bununla belə, yeni sifarişlər almasına baxmayaraq, bir çox Amerika və Avropa silah şirkətləri Ukrayna müharibəsi ilə daha da şiddətlənən işçi qüvvəsi çatışmazlığı, artan xərclər və tədarük zəncirinin pozulması səbəbindən istehsal gücünü əhəmiyyətli dərəcədə artıra bilməyib. Bundan əlavə, ölkələr ilin sonunda yeni sifarişlər təqdim etdiklərindən tələbatın artması hələlik bu şirkətlərin gəlirlərinə təsir göstərməyib. Eyni zamanda, SIPR-ın proqnozuna görə, hələ də yerinə yetirilməyən sifarişlər və yeni müqavilələrin sayının kəskin artması göstərir ki, yaxın bir neçə ildə silah satışından qlobal gəlirlər əhəmiyyətli dərəcədə arta bilər. SIPRI qeyd edir ki, bir çox silah şirkəti yüksək intensivlik müşahidə olunan müharibə üçün silah istehsalına keçməkdə çətinlik çəkib: “Bununla birlikdə, xüsusilə sursat tədarükü üçün yeni müqavilələr imzalanıb ki, bu da 2023 -cü ildə və sonrakı illərdə gəlirlərin artmasına səbəb olaca”.

Bundan başqa, analitiklər vurğulayırlar ki, gəlirlərin azalması ilk növbədə ABŞ şirkətləri ilə bağlıdır: reytinqdə yer alan ABŞ-ın 42 şirkəti 2022-ci ildə bir il əvvəl ilə müqayisədə 7,9 faiz az qazanıb. Ancaq analitiklər inanırlar ki, vəziyyət istər-istəməz dəyişəcək: “Biz Ukraynadakı müharibə ilə bağlı yeni sifarişlərin axını görməyə başlayırıq və nəticədə ABŞ-ın bəzi böyük şirkətləri, o cümlədən “Lockheed Martin” və “Raytheon Technologies” yeni sifarişlər alıb. Bununla belə, bu şirkətlərin mövcud sifariş gecikmələri və istehsal gücünü artırmaqda çətinliklər səbəbindən bu sifarişlərdən əldə olunan gəlirin şirkətlərin hesablarında əks olunması çox güman ki, iki-üç il çəkəcək”.

Hesabatda qeyd olunur ki, ilk 100-lükdə yer alan Avropa şirkətlərinin gəlirlərində 0,9 faiz cüzi artım qeydə alınıb. Reytinqdə təmsil olunan dörd alman silah istehsalçısı cəmi 1,1 faizlik kiçik artım qeydə alıb. “Rheinmetall”, “Hensoldt” və “Diehl” fərdi olaraq gəlirlərini 6-13 faiz aralığında artıra biliblər. Lakin “ThyssenKrupp”, əksinə, 2022-ci ildə silah satışından bir il əvvələ nisbətən 16 faiz az qazanıb. Asiya və Okeaniyadan olan silah istehsalçıları isə satışlarını daha sürətlə - 3,1 faiz artırıblar və ardıcıl ikinci ildir ki, ümumi illik gəlirlərinə görə Avropadan olan rəqiblərini qabaqlayırlar. SIPRI-nin hərbi xərclər və silah istehsalı proqramının tədqiqatçısı Syayo Lanın sözlərinə görə, Çin, Hindistan, Yaponiya və Tayvan şirkətləri hökumətin hərbi modernləşdirməyə davamlı investisiyalarından faydalanıblar.

Eyni zamanda, SIPRI-nin qeyd edir ki, daha az texnoloji cəhətdən mürəkkəb məhsullar üzrə ixtisaslaşmış şirkətlər tələbatın kəskin artmasına cavab olaraq istehsal həcmini daha tez artıra biliblər. Buna misal olaraq, Türkiyənin “Baykar” şirkətini göstərmək mümkündür. Qardaş ölkənin bu şirkəti 2022-ci ildə gəlirini təxminən iki dəfə artırmağa müvəffəq olub. SIPRI-nin baş tədqiqatçısı Dieqo López da Silvanın sözlərinə görə, daha az texnoloji mürəkkəb məhsullar üzrə ixtisaslaşmış şirkətlər tələbatın kəskin artmasına cavab olaraq istehsal həcmini daha tez artıra biliblər. Məsələn, “Bayraktar TB-2” pilotsuz aparatının istehsalçısı olan Türkiyənin “Baykar” şirkəti ilk 100-lüyə daxil olub. Xüsusilə qeyd etmək lazımdır ki, “Baykar” şirkətinin silah satışından əldə etdiyi gəlirlər 94 faiz artıb və bu da reytinqdəki bütün şirkətlər arasında ən sürətli artım tempidir.

SIPRI-nin 2022-ci il üçün ilk 100-nə yalnız iki Rusiya şirkəti daxil olub – “Rostex” və Birləşmiş Gəmiqayırma Korporasiyası. Tədqiqatçılar bunu Rusiya müdafiə sənayesinin qeyri-şəffaflığı və mövcud məlumatların olmaması ilə əlaqələndirirlər. Yuxarıda adıçəkilən iki şirkətin silah satışından əldə etdiyi ümumi gəlir 2022-ci ildə 12 faiz azalıb. Analitiklər iddia edirlər ki, bu, Rusiya hakimiyyətinin silah istehsalını artırmaqla bağlı bəyanatlarına ziddir. SIPRI bu ziddiyyəti qismən yüksək inflyasiya və Rusiya silah ixracının azalması ilə izah edir. Mütəxəssislər, həmçinin qeyd edirlər ki, şirkətlər sovet dövründən qalma silahların bərpası ilə bağlı işləri yeni istehsal kimi təqdim edə bilərlər. Eyni zamanda, hesabatların qeyri-şəffaflığı səbəbindən SIPRI-ın hesabatında “Almaz-Anteya” və ya “hava hücumundan müdafiə sistemləri və raketlər kimi müharibə ilə əlaqədar yüksək tələbat olan avadanlıq kateqoriyalarını istehsal edən” Taktiki Raket Silahları Korporasiyası kimi şirkətlər nəzərə alınmayıb. 2022-ci ilin sonunda Rusiya bütün ölkələr arasında silah satışından əldə edilən ümumi gəlirə görə siyahıda 5-ci yeri tutub.

S.ELAY




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səbuhi MƏMMƏDOV