USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Üzeyir Hacıbəyli - 135: mühüm suallar və əhəmiyyətli cavablar


https://img.baki-baku.az/news/2020/09/photo_915.jpg?v=MjAyMC0wOS0xOCAyMzoyMDozOQ==

Bu gün dahi mütəfəkkir, bəstəkar, ictimai-siyasi xadim Üzeyir Hacıbəylinin doğum günüdür. "Bakı-Baku.az" 135 yaşı tamam olan bu böyük insanın həyat yolunun və təcrübəsinin məhsulu kimi meydana çıxan bir sıra suallara cavablarını təqdim edir. Suallar və cavablar günümüzlə də səsləşdiyindən, oxucularımız üçün də maraq kəsb edəcəyi düşüncəsindəyik.

Sual: Biz, nə üçün geridə qalmışıq?
C a v a b: Çünki bizi irəli aparanlar, cibləri ağırlıq etdiyinə görə yorulub yolda qalıblar. Ciblərinin də nə səbəbə ağır olduğunu mən bilmirəm. «Vısşiy kurs» qurtarmışlarımızdan xəbər al, desin.

S u a l: İdareyi-ruhaniyyələrimiz nə vaxt düzələcəkdirlər?
C a v a b: İdareyi-ruhaniyyələrimizin düzəlməsi «Stanislav» və «Anna» nişanlarının çoxalmasına bağlıdır. Döşümüz nişanlarla təzyin edildikcə, idareyi-ruhaniyyələrimiz müzəyyən olub, düzələcəkdir. Nişan almağın da yolunu mən bilmirəm. «Molla Nəsrəddin»in əvvəlinci səhifəsi ilə bərabər «Tərcümanı»ın nömrəsindən xəbər al, desin.

S u a l: Məktəblərimiz nə vaxt islah olunaçaqdır?
C a v ab: Ana dilimizi bilmərra unudandan sonra, ana dilini unutmaq yolunu da bilmirəm. Zaqafqaziya seminariyası müəllimlərindən xəbər al, desin.

S u a l: Bizə nə lazımdır?
C a v a b: Dinc, dinməz oturub, öz hüquq və ixtiyaratını almaq üçun mübarizə edən millətlərə tamaşa eləmək. Məşğuliyyət üçün bir-birimizi öldürmək. Qanlılıq salmaq, amma «heç bir kağıza qol qoymamaq və heç bir məclisdə iştirak etməmək». Bunun da hikmətini bilmirəm. Peterburq şəhər hakimi ilə bərabər Axund Bayezidovdan xəbər al, desin.

S u a l: Biz nə vaxt qəflət yuxusundan oyanacağıq?
C a v a b: «Mədəniyyət» sübhü açılıb, «mərifət» günəşi çıxandan sonra. Bunun da nə vaxt olacağını mən bilmirəm. Bizi ruslara yetişdirmək istəyən Şahtaxtinski kimi məzunlardan xəbər al, desin.

S u a l: Biz nə etməliyik?
C a v a b: Sözün doğrusu heç nə, çünki bir işə iqdam etdikdə, onu başa aparmaq lazımdır, biz isə hər bir işimizi daim yarımçıq qoyuruq, bunun da səbəbini mən bilmirəm. Bütün adamlarımızdan xəbər al, desin.

S u a l: Nə üçün bizim elmimiz yoxdur?
C a v a b: Hanı elm?




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Maraqlı