USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nyu-Yorkun məşhur parkında Azərbaycan Bayrağı ucaldılıb


https://img.baki-baku.az/news/2023/10/photo_9117.jpg

ABŞ-ın Nyu-York şəhərinin maliyyə mərkəzi hesab olunan “Wall Street” küçəsində yerləşən məşhur “Bowling Green” parkında 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Dövlət Bayrağının qaldırılma mərasimi keçirilib.

Azərbaycan Nyu-York Assosiasiyası üzvlərinin təşkilatçılığı ilə baş tutan mərasimdə Nyu-York meriyasının təmsilçiləri, azərbaycanlı diplomatlar, soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.  

Mərasim iştirakçılarını salamlayan Azərbaycan Nyu-York Assosiasiyasının prezidenti Ercan Yerdələnli və vitse-prezidenti Zəminə Mirhadıyeva bayram münasibətilə təbrik ediblər. Builki bayramın fərqli olduğuna, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Qarabağ üzərində tam bərpa edilməsi fonunda keçirildiyinə diqqəti cəlb ediblər.  

Sonra Azərbaycan Dövlət Himninin sədaları altında üçrəngli şanlı bayrağımız Nyu-York səmasına ucaldılıb və ABŞ bayrağı ilə yanaşı dalğalandırılıb.

Tədbir zamanı soydaşlarımız və şəhərin turistləri Azərbaycan bayrağının fonunda şəkillər çəkdiriblər.

Qeyd edək ki, Azərbaycan Dövlət Bayrağı şəhərin ilk rəsmi parkı və nəhəng bayraq meydanı kimi tanınan “Bowling Green”də 10 gün müddətində dalğalandırılacaq. Oktyabrın 27-dən isə Azərbaycan bayrağını Türkiyə bayrağı əvəz edəcək. Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə bu yerdə Türkiyə bayrağı səmaya ucaldılacaq.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Maraqlı