USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Qətllər şəhəri" - San-Pedro-Sula


https://img.baki-baku.az/news/2020/09/photo_854.jpg?v=MjAyMC0wOS0xNyAxMjozMTowMg==

Döyüşçülər dəstəsi sakitcə hüquq-mühafizə orqanları ilə qanun pozucuları arasında toqquşmanın baş verdiyi yerə irəliləyir. Ancaq gecikiblər. Həmkarlarından biri ağır yaralı halda yerə yıxılıb can verir. Əks tərəfin də itkisi var - bir nəfər ölüb, üçü yaralanıb. Mərkəzi Amerikada yerləşən Hondurasın böyüklük nöqteyi-nəzərdən paytaxt Tequsiqalpadan sonra ikinci şəhəri olan San-Pedro-Sula üçün belə səhnələr artıq tam adiləşib. Şəhərdə hər gün orta hesabla üç nəfər qətlə yetirilir. Bura qeyri-rəsmi şəkildə «qətllər şəhəri» adı alıb. San-Pedro-Sula artıq ikinci ildir, dünyanın ən qəddar şəhəri adının da daşıyıcısıdır. Orada yaşayan hər yüz min adama 169 əvvəlcədən planlaşdırılmış qətl hadisəsi düşür. Hər on gündən bir 33 adam öldürülür.

Şəhərdə cinayətkarlıqla mübarizə üçün resurslar məhduddur. Hondurasa gələnlərin tərkibi isə Meksikanın narkotik bazarında özünə yer tapmayanlardan və ABŞ-ın miqrasiya xidmətinin ölkədən çıxardıqları şəxslərdən ibarətdir. Onlar isə hər gün öldürməklə məşğuldurlar. Artıq qətlə yetirilənləri yığıb-yığışdırmaq olmur. Hondurasda isə maraqlıdır ki, cəmi üç ölüxana var. Onlardan yalnız biri San-Pedro-Sulada yerləşir.

Əslində Honduras regionda zorakılığın geniş vüsət aldığı yeganə ölkə deyil. Nəzərə alaq ki, dünyanın ən qəddar ölkələrindən 39-u Latın Amerikasında yerləşir. İctimai təhlükəsizlik, ədalət və sülh üzrə Şuranın məlumatlarına görə, əzazillik baxımından San Pedro-Suladan sonra ikinci yeri Meksikanın kurort şəhəri olan Akapulko tutur. Bu mənada üçüncü yer bir qədər şübhəli görünsə də, Venesuelanın adı açıqlanmayan şəhərlərindən birinə məxsusdur. Çünki Venesuela haqqında dürüst məlumatlar toplamaq çox çətindir. Sözügedən təşkilatın hesabatı əsasən köhnə məlumatlara əsaslanır.

Mövzudan yayınmayaraq deyək ki, Honduras hakimiyyəti qərarlaşmış acınacaqlı durumdan çıxış yolu üçün xarici sərmayedarlara ölkədə üç nümunəvi şəhər tikmək icazəsi verib. Olduqca maraqlı səciyyə daşıyan bu ideyaya münasibət bildirən yerli məmurlar inanırlar ki, belə bir təşəbbüs ölkəni firavanlığa çıxaracaq.

Planlaşdırılır ki, 15 milyard dollarlıq vəsait qoyulacaq ideal şəhərlərdə daxili qanunlar, müstəqil vergi sistemi fəaliyyət göstərəcək. Qanunların icrasına nəzarəti isə yerli polis və hakimiyyət həyata keçirəcək. Şəhərlər beynəlxalq ticarət sazişlərinə qoşulmaq və özlərinin daxili imiqrasiya siyasətini yeritmək imtiyazına malik olacaqlar. İqtisadçıların fikrincə, bu sayaq tədbirlər korrupsiya ilə mübarizə aparmağa, cinayətkarlığı aradan qaldırmağa şərait yaradacaq.

Hesablamalara görə, birinci şəhərin tikintisi 5 min yeni iş yerinin yaranmasına səbəb olacaq. Əgər işlər yolunda getsə, əlavə vakansiyaların sayı da artacaq. Yeni şəhərlərin təyinatına gəlincə, onlar əsasən tekstil və xidmət mərkəzləri olacaqlar. Amma layihələrə qarşı çıxanlar da var. Onların qənaətincə, yeni şəhərlər dövlət içərisində dövlət statusu daşıyacaqlarından, bu, ölkənin konstitusiya ilə nəzərdə tutulmuş əsaslarına ziddir.

"Baki-Baku.az"




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Maraqlı