USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bəşəriyyətin tarixi ilə bağlı daha bir iddia


https://img.baki-baku.az/news/2023/09/photo_7983.jpg?v=MjAyMy0wOS0wNCAxMDozODowMQ==

Alimlər yeni araşdırmalar nəticəsində iddia ediblər ki, bəşəriyyət  900 min il əvvəl yox olmaq təhlükəsi ilə üz-üzə qalıb.  Belə ki, Şərqi Çin Normal Universitetinin alimləri xüsusi proqram modeli hazırlayıblar. Ondan müasir gen nəsillərinə baxmaq və keçmiş populyasiyanın sayını proqnozlaşdırmaq üçün istifadə ediblər. 
 
Tədqiqatçılar müxtəlif ölkələrin əhalisindən olan 3154 insanın DNT-sini təhlil ediblər. Nəticədə Orta Pleystosen kimi tanınan şiddətli soyuqlar dövrünə yaxınlaşdıqca insan irqində cəmi 1280 fərdin qaldığı və soyuqların 117  min il davam etdiyi ortaya çıxıb.  Bu müddət ərzində bəşəriyyətin təxminən 99 faizinin itirildiyi təxmin edilib. 
 
Tədqiqatın baş müəllifi Yi-Hsuan Pan bu şəxslərin harada yaşadığı, fəlakətli iqlim dəyişikliklərinin öhdəsindən necə gəldikləri və təbii seleksiyanın olub-olmaması kimi bir çox sualların araşdırıldığını və bütün bu tapıntıların insan təkamülündə yeni bir sahə açdığını bildirib. 

Əfsanə ƏHƏDLİ




Redaktorun seçimi

Rəqabət artdıqca inhisarçılıq zəifləyir
  • İqtisadiyyat
  • 09:45 24.09.2023
Rəqabət artdıqca inhisarçılıq zəifləyir
Ermənistan Rusiya silahlarından imtina edib
  • Siyasi təhlil
  • 09:10 24.09.2023
Ermənistan Rusiya silahlarından imtina edib
Şəhidlərə ehtiram, yoxsa...
  • Daxili siyasət
  • 09:00 24.09.2023
Şəhidlərə ehtiram, yoxsa...

Maraqlı