USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

26 avqust ilk tranzistorlu radiolar satışa çıxarılıb


https://img.baki-baku.az/news/2023/08/photo_7807.jpg

Radio yarandığı gündən dünya əhalisinin gündəlik həyatlarının bir hissəsini təşkil edir. İnsanlar radio vasitəsilə maraqlı verilişlər, musiqilər dinləyə, gündəmin əsas xəbərlərini tez və rahat əldə edə bilirlər. İlk radiolardan tutmuş müasir radiolara qədər dövrə nəzər salsaq görərik ki, digər sahələrdə olduğu kimi radio sahəsi də çətin mərhələlərdən keçimişdir. İlk yaranan radio “Transistor” adlanır və transistor əsaslı sxemdən istifadə olunan kiçik portativ radio qəbuledicisidir. İlk kommersiya tranzistorlu radio 1947-ci ildə yaradılıb və “Regency TR-1” adlanır. Ardınca, 1957-ci ilin avqustun 26-da daha kiçik ölçüyə malik Sony TR-63 radiosu yaradıldı və ucuz qiymətə satışa çıxarıldı. Bu radiolardan avtomobillərdə də istifadə olunurdu. 

1950-ci illərin sonlarında, qızğın rəqabət nəticəsində daha mürəkkəb dizaynda tranzistorlu radiolar düzəldildı. Zaman keçdikcə daha kiçik formaya malik "Jimmy Carter Fıstıqşəkilli" radiolardan tutmuş "Silah formalı" radiolara və "Ork Eggship formalı Mork" radiolarına qədər yeni radiolar yarandı. Bəzi korporasiyalar bizneslərini reklam etmək üçün tranzistorlu radiolardan istifadə edirdilər. 

Təxminən 1980-ci ildən başlayaraq, bu ucuz tranzistorlu radiolar əvvəlcə “Boombox” və “Sony Walkman”, sonra isə portativ CD pleyerlər, Audio və MP3 pleyerlər, nəhayət, daha yüksək səs keyfiyyətinə malik rəqəmsal əsaslı cihazlar və smartfonlarla əvəz olundu. 

Sonra, 1887-ci ildə Alman riyaziyyatçısı Heinrich Hertz Maksvellin nəzəriyyəsindən istifadə edərək radio dalğalarını kəşf etdi. İtalyan ixtiraçı Guglielmo Marconi isə simsiz sistemlər və teleqraflardan istifadə edərək uzun məsafəli dalğa siqnallarının ötürülməsi ilə bağlı ilk kəşfini etdi. O, 20-ci əsr boyunca radionun sonrakı inkişafında əsas rol oynayacaq qısa dalğalı simsiz rabitəni qurdu. 

ABŞ (Amerika Birləşmiş Ştatları) radio sahəsində heç də Avropa ölkələrindən geridə qalmırdı. Belə ki, burada radionu daha da sürətli inkişaf etdirmək üçün 1926-cı ildə Şərq sahillərindən Missuri ərazisinə qədər uzanan və 19 stansiyanı özündə birləşdirən “National Broadcast Company” (NBC) quruldu. Həmin ildə ona rəqib olan “Columbia Broadcasting System” (CBS) yarandı. 

Bu gün də radioda müraciət edilən mövzular və dəvət edilən maraqlı qonaqlar dünya mədəniyyəti, adət-ənənələri, səyahət, tarix və digər mövzularla bağlı müzakirələr aparır, həyat hekayələrini və təcrübələrini dinləyicilərlə paylaşır, bir sıra suallara cavab verərək çoxistiqamətli mövzulara marağı artırırlar. Buna görə də radio dinləmək və maraqlı mövzular öyrənmək insana xoş təsir bağışlayır və gözəl hisslər yaşadır.

 Fidan SALMANOVA




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Maraqlı