- Daxili siyasət
- 14:58 27.04.2023
Elm adamları fizika qanunlarına tabe olmayan yeni obyektin ətraflı müşahidələrini aparıblar. “M82 X-2” adlanan obyekt Günəşdən təxminən 10 milyon dəfə parlaqdır.
“The Astrophysical Journal” elmi jurnalında NASA-dan olan tədqiqatçılar obyektin təfərrüatları barədə ətraflı məlumat veriblər.
Mütəxəssislərin fikrincə, hətta “M82 X-2”nin mövcudluğu fizika qanunlarına ziddir. Alimlər bu cür obyektləri ultra-parlaq rentgen mənbələri (“ULX”) adlı sinfə aid edirlər.
Onlar Günəşdən milyonlarla dəfə çox enerji yayırlar. Bu enerji miqdarı fizikada “Eddinqton limiti” kimi tanınan qanunu pozur.
Alimlərin bildirir ki, əgər obyekt “Eddinqton limiti”ni keçərsə, onun parçalanması gözlənilir.
NASA tədqiqatçıları yeni obyektin bu limiti mütəmadi olaraq 100-500 dəfə keçərək onları təəccübləndirdiyini vurğulayıblar.
Qeyd edək ki, yeni müşahidələr “M82 X-2”nin, şübhəsiz ki, rentgen şüalarından çox parlaq olduğunu təsdiqləyib.
Əvvəlki nəzəriyyələr həddindən çox parlaqlığın, bir növ optik illüziya ola biləcəyini irəli sürsə də, yeni araşdırma bunun belə olmadığını göstərib.
Bundan əlavə, astronomlar əvvəllər “ULX”lərin əslində, qara dəlik ola biləcəyinə inanırdılar. Lakin NASA tədqiqatçıları “M82 X-2”in neytron ulduzu olduğunu müəyyən ediblər. Neytron ulduzlarının cazibə qüvvəsi Yerin cazibə qüvvəsindən təxminən 100 trilyon dəfə güclüdür.
Aytən NƏCƏFOVA